Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaçılması mümkün olmayan qorxu
Qaçılması mümkün olmayan qorxu
Göndərən: ismayilova ulker
Şərhlər: 15
Baxılıb: 604
Səs ver:
Başqa qorxulardan fərqli olaraq qaranlıq qorxusundan qaçmaq mümkün deyil.Qorxu insana təbiətdən verilən hissiyatdır. Bu hiss bizdə narahatlıq yaratsa da bizi təhlükəli hadisələrdən qoruyur. Müəyyən həddə qədər olan qorxu bizi zərər verəcək davranışlardan yayındırır.

Qorxular ictimai, sosial həyata sirayət etdikcə isə həyatı çəkilməz bir vəziyyətə gətirir. Statistikaya görə, yetkin insanların 30 faizində müxtəlif qorxular olur. Bu qorxuların ən başında isə niktofobiya - qaranlıq qorxusu durur. Əslində insanlar qaranlıqdan deyil, qaranlığın içində olandan qorxurlar.

Freydizmə görə, kiçik yaşlarda olan travmalar sonradan belə fobiyanın yaranmasına səbəb olur. Əksər insanlarda travma qorxulu yuxu olur. Freyd bu fobiyanın aradan qaldırılması üçün göstərir ki, insan həmin yuxunu yadına salmalı və yuxunu fikrən dəyişdirməli, yəni xoşbəxt sonluqla bitdiyinə özünü inandırmalıdır. Bu mümkün olmadığı təqdirdə qorxu patoloji vəziyyətə çatdıqda isə son çıxış yolu psixoloqa müraciət etməkdir.

Psixoloq Nigar Əliyevanın sözlərinə görə, qaranlıq qorxusundan xilas olmaq üçün insan özünü qaranlığa öyrətməlidir. Qaranlığa öyrənən insan qorxusunu nisbətən azaltmış olur. "Bu qorxuya aklofobiya, skotofobiya da deyilir. Yetkinlərdə bu qorxular fobiya halına düşmədən keçib gedir. Bu qorxu adətən qorxulu filmlərdən sonra yaranır. Gecə reallaşan bir çox pis və şiddət dolu hadisələri əks etdirən qorxulu filmlərə baxanda qaranlıqla bağlı qorxular yaranır" - deyən N.Əliyeva hesab edir ki, digər qorxu növlərinin əksinə qaranlıq qorxusunu uzaqlaşdırmaq daha çətindir: "Klounlardan qorxursunuzsa, sirkə getməzsiniz, pişikdən qorxursunuzsa, onlardan uzaq ola bilərsiniz. Amma gecələrdən və qaranlıqdan uzaq qaçmaq mümkün deyil".

İnsanlar arasında belə fikir yaranıb ki, qaranlıqdan qorxursansa, gərək işıqda yatasan. Amma həmsöhbətimizin sözlərinə görə, bu, fobiyanı daha da ağırlaşdırır. Dediyinə görə, özünü qaranlıqda qorxulu heç nəyin olmadığına inandırmaq qorxunun aradan qaldırılmısını daha da asanlaşdıracaq: "Bir halda ki, siz otağı işıqlı vəziyyətdə görmüsüz və təhlükəsiz olduğunu bilirsiniz, o zaman qaranlıqda otağı işıqlı təsəvvür edərək, ordakı əşyaların yerini fikirləşərək qorxunu azalda bilərsiz".

Qaranlıq qorxusu yaşayan insanlar qaranlıq yerlərdə oturmağa çəkinir, narahatlıq hiss edirlər. Sonra bu qorxu bütün düşüncəyə hakim olur və qısa müddət içərisində fobiyaya çevrilir. Bu qorxunu yaşayn insanlarda qaranlıq tərəfindən udulma hissi və çox şiddətli çaxnaşma yaranır: "Qaranlıqdan qorxanlarda qaranlıqda sinə ağrısı, baş gicəllənməsi, nəfəs alma çətinliyi, ürək döyüntüsünün artması, tərləmə, huşunu itirmə, titrəmə, əl və ayaqlarda qıcıqlanma (sanki dərinin altında nəsə gəzir), bədən istiliyinin birdən artması və ya azalması, ölmək və ya dəli olmaq üzrə olduğunu düşünmək hissləri yaranır".

Psixoloq hesab edir ki, bu qorxu insanın gücünü soran ən böyük qorxular arasındadır. Çünki praktikada qaranlıqdan qorxanların çox az bir hissəsi özünü bu qorxudan xilas edə bilir. Bu qorxuyla təkbaşına mübarizə aparıb, uğurlu nəticə əldə etmək çox çətindir: "Bu qorxunu aradan qaldırmaq üçün həssaslığı azalda biləcək müalicə mütləqdir. Bu müalicə adamın qaranlığa heç bir mənfi reaksiya verməməsini möhkəmlətmə məqsədi ilə aparılır. İnsan müalicə əsnasında gecə vaxtı küçədə terapisti ilə birlikdə gəzir. Hipnotik müalicə də qaranlıq qorxusunun mənşəyini təyin etmə baxımından çox faydalıdır. Hipnoz vasitəsilə adamın qorxusunun əsas səbəbi aydınlaşdırılır və o səbəbi aradan götürməyə cəhd edilir".

N.Əliyeva deyir ki, qorxu nə qədər tez alınsa, qorxunu idarə altına alma ehtimalı da o qədər güclü olur. Mütəxəssislərin fikrincə, qaranlıqdan qorxunu aradan qaldırmağın digər bir yolu isə musiqi ilə sakitləşmədir. Qorxduğunuz zaman sevdiyiniz musiqiləri dinləyin, bu zaman qorxu yaddan çıxacaq, yerini xoş hisslər alacaq.


Şərhlər: 15
Baxılıb: 604
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
ELE OLUR KI,MEN COOOOX PIS QORXURAM.
26 fevral 2015 17:09
# 15
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Ask Doktoru
En boyuk qorxum sevgilimden ayri qalanda bas verir men ondan ayri olanda qarnliqdan qorxuram
25 fevral 2015 23:34
# 14
Aliye
ask meleyi
qaranliq yy cox qorxuram 18
25 fevral 2015 21:19
# 13
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
GünƏşimƏ_AiD_
menim bayra tek cixmaq fobim var.cixa bilmirem.gedsemde harasa tek.bir gozum arxaada olur.ne bilim pis fobiyada.birde axsam qarnaliqdan yatmaqdan qorxuram.qaranliq olsada mutleq televizor aciq olmadi.ses gelelidi qulaqma.. dash_mini
25 fevral 2015 18:11
# 12
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
emis
qaranliqdan qorxmuram cox vaxt evde tek oluram hec ele olur kampurterin qabaginda o qeder otururamki havanin qaraldiginnan xeberim olmur hec isgida yandirmiram bele problemim yoxdu
25 fevral 2015 17:39
# 11
Fialka
Qaranlıqdan uşaqlıqdan bəri qorxuram ancaq bu qorxunu azda olsa üstələmişəm gecə qorxulu filmlərə baxmıram çünki qorxudan yata bilmərəm düz qeyd olunub ki, uşaqlıqda olur belə tramvalar ...
25 fevral 2015 16:35
# 10
Şəbnəm Vüsal
qaranlıqdan qorxuram.həm lap uşaqlıqdan.gecələr işıqlı otaqlardan birindən digərinə kecməyə belə qorxurdum.amma indi biraz düzəlmişəm.yenə də qorxuram amma.nə etsəmdə bu qorxunu əzib kecə bilmirəm. 06
25 fevral 2015 15:13
# 9
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Qlamurr
Qorxu insanın psixologiyası ilə bağlıdır,qorxunu insan özü təlqin edir,beyninə yeridir,normalda hər şey insandan qorxur....qaranlıqla bağlı qorxu problemim yoxdu..
25 fevral 2015 13:52
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Ask Doktoru
Qorxuram deye geceler ble film gedende baxmiram cunki yuxuma girir yata bilmirem
25 fevral 2015 13:42
# 7
Aliye
qanadli melek
Men qorxuram qorxulu filme baxa bilmirem geceni sehere yuxumda gorurem
25 fevral 2015 13:40
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Bestoş
qorxum yoxdur hec neden qaranligi cox sevirem
25 fevral 2015 12:22
# 5
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
cinqosh
Qaranlıq küçə, qaranlıq yerlər, qaranlıq blok mənim üçün çox qorxuludu.o qorxunu özüm yaradıram daxilimdə. indi kimsə məni öldürəcək, it qapacaq, yıxılacam quyuya və s. Ama evdə qaranlıqda oturmağı, yatmağı, televizora baxmağı sevirəm.
25 fevral 2015 11:56
# 4
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
xeyalperest
Men qaranliqdan qoxmuram.evde tek olanda gece işiqli evde qorxa bilerem yeni sirf nedense qoxuram yox.Allahdan başqa tebiiki tewekkur
25 fevral 2015 10:54
# 3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
efsane..
bos fikirlerdi evveller usaqliqda qaranliqdan qorxardim ama artiq bele bir sey yoxdu eksine pis olanda qaranliqda rahat oluram
25 fevral 2015 10:06
# 2
BARBI
Qorxu deye bir sey yoxdur sadece biz qorxunu ozumuz yaradiriq hansisa bir filmin sehnesine baxiriq o sehneni aglimizda tuturuq ve onu dusunuruk bu da qorxunun yaranmasina getirib cixarir
25 fevral 2015 09:28
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz