Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadinlar.Biz Saytinin Qizlari kabuslar evinde
Qadinlar.Biz Saytinin Qizlari kabuslar evinde
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 1824
Səs ver:

Bir gün Karamela başda olmaqla Qadinlar.biz saytinin qızları meşəyə gəzməyə getmişdilər. Lakin birdən bərk yağış yağmağa başladı. Çarəsiz qalan qızlar ilk qabaqlarına çıxan evdə oturub yağışın kəsməyini gözləməyi qərara aldılar. Gəlib bir evə çıxdılar. Heç nədən xəbərsiz evə girdilər. Evə girən kimi qapı arxadan bağlandı. Qızlar nə qədər çalışdılarsa, aça bilmədilər. Ev çox qaranlıq idi. Hər tərəfi toz basmışdı. Amma başqa çarələri də yox idi. Burda oturub gözləməli idilər.

Sən demə, bu ev kabusların evi imiş. Onun keçmiş sakinləri evi kabusların qorxusundan qoyub qaçmışdılar. Ev çox böyük idi, qızlar da hamısı çox acmışdılar. Evi gəzib otaqlara baxmağı qərara aldılar, həm də fikirləşdilər ki, bəlkə yeməyə nəsə taparlar. Elə hər şey də bundan sonra başladı.


Naza24 həyətdə nələr olduğunu görmək üçün həyətə çıxdı. Orada çoxlu ağ parçalar asılmışdı. Birdən ağların arxasında kiminsə dayandığını gördü. O, Kloun kabus idi və Naza24-u görən kimi qışqırmağa başladı,kabus onu qorxutmaq istəyirdi. Naza24 isə:

- Yekə oğlansan, bu nə şarlardı tutmusan əlində? Özün də ki gizlənmisən prostinanın arxasında. Çıx ordan, mən sənə başa salacam qorxulu sənsən, yoxsa mən =)

 

alt

Luna01 isə yemək axtarırdı. Gəlib bir otağa çıxdı və burda soyuducu olduğunu görüb sevindi. Fikirləşdi ki, bəlkə orda yeməyə nəsə tapa bilər. Soyuducunun qapısını açanda burda kəsilmiş baş olduğunu gördü və qışqırmağa başladı. Yemək də yadından çıxdı, tez qızların yanına qaçdı =)


alt

Nuray isə gəlib bir otağa çıxdı. Burada televizor var idi. Televizorda onun ən sevimli serialı gedirdi. Tez televizorun qabağına keçib seriala baxmağa başladı. Birdən arxadan 2 əlin ona yaxınlaşdığını gördü və heç halını pozmayıb dedi:

-Bir imkan ver də, görürsən ki, seriala baxıram. Heç indi qorxutmağın yeridi?Serial qutarsın, sonra qorxudarsan. Söz verirəm onda qorxacam... =)


alt

 

Karamela isə heç özü də bilmirdi ki, hara gəlib çıxıb. Bura çox qaranlıq idi. Hər tərəf sökülmüşdü. Birdən yerin altından bir kabus çıxdı. İkisi də bir-birini görən kimi qorxub qışqırmağa başladılar. karamela elə qışqırdı ki, kabus qışqırmağına peşman oldu. =) Hələ əlindəki fanarı da kabusun başına vurub dedi:

-Sən niyə qışqırırsan? Mən bəyəm qorxulu görünürəm ki? Gül kimi qızam. Mən qışqırmalıyam e, utanmaz-utanmaz sən qışqırırsan amma...başın batsın

=)

alt

 

Soledead da Karamelanin qışqırığını eşidib onu axtarmağa başladı. Amma özü də bilmədən gəlib elə bir yerə çıxdı ki... Birdən ayaqlarından kiminsə onu aşağı dartdığını hiss etdi. Qışqırırdı, amma köməyə gələn yox idi. Artıq kabusların əlləri demək olar ki, onu tamamilə özlərinə çəkmişdilər.

 

alt

Babies bütün bu səsləri eşidirdi. Amma onun üçün fərqi yox idi ki, nələr olur, kim niyə qışqırır... O, evin zirzəmisinə gəldi. Pilləkənlərin altında kiminsə olduğunu hiss eləyirdi. Əvvəl aşağı düşməkdən qorxsa da, marağı onu aşağı enməyə məcbur eləyirdi. Yavaş-yavaş pilləkənləri düşməyə başladı, pilləkənlərin altındakı gülməli kabusu görüb gülərək dedi:

-Mən səndən qorxulu görsənirəm eee... =) Sən güzgüdə heç baxmısan özünə?.=) Sən öz canın, çəkil pilləkənin aşağısından, mən düşüm aşağı, yoxsa mən düşüb səni orda görsəm məndən incimə... =)


alt


Kapriznaya isə həmişəki kimi güzgü axtarırdı ki, özünə baxsın. Axır gəlib bir otaq tapdı, burda güzgünü görüb çox sevindi. Amma o bilmirdi ki, güzgünün arxasında güzgü kabusu var. Və birdən kabus üzə çıxdı.Kapriznaya qorxub divarın küncünə qaçdı. Güzgü axtarmağına peşman olaraq öz-özünə deyirdi:

-Burdan çıxım bircə, bir də heç vaxt güzgüyə baxmayacam. Bu kabus da mənə paxıllıq eləyir eee. Ona görə qoymur ki, güzgüyə baxım. Bilir ki, ondan qəşəngəm..=)


alt


Gunaska 88 isə düşdüyü otaqdan heç cür çıxa bilmirdi. Çünki balaca hörümçəklə heç cür dil tapa bilmirdi....

-Ya sən düş mənim üstümdən, ya da düş... =) Çox iyrənc görsənirsən eee. Axırıncı dəfə nə vaxt çimmisən, sən öz canın... İndi hamı çıxıb gedəcək, mən qalacam burda, ondan sora məndən incimə də. Səni ayaqlarından asacam... =)

 

alt

Isgenderova-nin isə heç yeri gəzməyə həvəsi yox idi. Onun üçün pilləkənlərdə oturub qızları gözləyirdi. Amma burda da kabuslar onu rahat buraxmadı. Canavar kabus onun üstünə atılıb onu yemək istəyirdi, ancaq özünü itirməyən isgenderova dedi:

-Dadım da yoxdu, nə istəyirsən məndən?! Saytda redaktorlar rahat buraxmır, bura da gəldim sən qoymursan oturum rahat. Nə qışqırırsan, gör nə boyda açıb eee ağzını.. =) .Görməmiş...=)


alt

 

Canik isə çox yorulmuşdu, dincəlmək üçün bir otağa gəldi. Çarpayıda uzanıb yatmaq istəyirdi ki, bir də gördü çarpayının altından iki əl çıxdı. Çox qorxsa da, çox da əsəbləşmişdi:

-İndi sənin əlindən yata bilməyəcəm də mən, hə...?! =)Yerdə oyuncaq doludu, get onlarla oyna. Öz mişkamı sənə verən deyiləm. Bu kabuslar da yaman iştahalıdılar eee. Nə görürlərsə istəyirlər... =) Get oyna, mən yatıram.


alt

zerif isə kabuslarla dil tapa bilmişdi deyəsən... =) O, bir otaqda oturub qadın kabusla söhbət edirdi:

-Sənin ağzındakı qurdlar dadlıdı? Bu qədər qurdu ağzına necə yerləşdirmisən? Aaa, elə çıxdıqca qurtarmır eee... =) Ay qız, cavab ver də, bax, indi küsüb gedəcəm aaa... =)

Yox, deyəsən dil tapa bilməmişdi, çünki heç bir sualına cavab ala bilmirdi=)

 

alt

Sunflover isə heç nədən xəbərsiz bir kabus qadının qucağında yatmağa çalışırdı. Kabuslarla da dil tapır da... Kabus isə qışqırırdı, onu yatmağa qoymurdu Sunflover yuxulu-yuxulu yavaşca dedi:

-Sən birinci ağzını bağla. Bayaqdan ağzından bir düz-əməlli qurd çıxmıyıb. Mən sənin yerində olsam, heç ağzımı açmazdım... =) Özün də mənə lay-lay çal, yorulmuşam, yatmaq istiyirəm....=)

 

alt

Başqa bir kabus isə ağzını açdı ki, məni yesin, elə burda ayıldım. Bildim ki, bayaqdan gördüklərim bir yuxu imiş və çox sevindim... Belə yuxudan sonra çətin ki, bir də yata bilim... =)

Daha şirin yuxular görmək arzusu ilə.... İnşallah heç kim incimədi )))

 

 



Şərhlər:
Baxılıb: 1824
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz