Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zulmetin Qalibiyyeti
Zulmetin Qalibiyyeti
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 991
Səs ver:
http://imgs.su/tmp/1322724938-656.jpg
Bu hekayəm sevgiyə və sadiqliyə ümidin hələ də sönmədiyini sizlərə çatdirmaq məqsədi ilə yazılmışdır...Düşünürəm ki, bizim biz olduğumuzu sübut eləyən yeganə üstünlüyümüz çıxışsız,əlacsız anımızda belə növbəti saniyədə xilas yolunun olacağına daima ümid etməyimizdir.

Qaranlıq idi otaq...Gecə öz zülməti ilə bütünlüklə çökmüşdü otağa...Pərdələr sonuna qədər bağlanmışdı otağa düşən hər hansı bir işığın qarşısını almaq üçün.Bəlkə də zülmətin hökmranlıq elədiyi yeganə otaq idi bura.Əslində kəhkəşana bənzəyirdi burası. Fərqi isə bunda idi ki,burda yalnız iki planet var idi..Dərinliyi ilə insanı özünü kəşf eləməyə ehtiraslandıran...İki yaşıl planet...İki sayrışan zümrüdü ulduz...Dərinliyi ilə yamyaşıl bataqlığa bənziyən iki göz...Zillənmişdi tavana...Gec-gec qırpılırdı...Dərinliyinə getsək necə də yorğun olduğunu,artıq düşüncələrdən tutulduğunu görmək olardı...Zümrüdün illərlə çardaqda qalmış və bulanıqlaşmış tablosuna oxşayırdı bu gözlər...Gündəlik məsuliyyətlərdən,probləmlərdən yüklənmiş sönük alovla alovlanırdı.Azadlığının axtarışında olan muzdlu döyüşçü...Son tapşırığının nə vaxt veriləcəyi xəyallarıyla havalarda uçan döyüşçü kimi idi bu gözlər...Artıq dözə bilmədi bu ağırlığa bağlandı bu gözlərin qaranlıq pərdəsi...Qovuşdu öz əbədi sakit həyatına...
Bəs kim idi bu cüt xəzinənin sahibi...
(O günün əvvəli)
Səhər günəşi öz tam rəngi ilə usta rəngsaz kimi əlvan rənglərə boyayırdı hər yeri,hər ürəyi...Tələsik qalxdı yatağından,ev paltarını geyindi və yemək yeməyə qaçdı...Demək olar ki,səhər yeməyi üçün açılmış süfrə hazır idi.Yuxarı mərtəbədən çılğın ayaq səsləri gəlirdi...Süfrə başında hamı bu çılğınlığa gülməkdən özünü saxlaya bilmirdi...Aha, budur artıq o səslər pilləkənlərdə gəlirdi.Amma bu dəfə başqa səslər də köməyə gəlmişdi:"Aha!!!Bu saat! Ay ay ay...Gəlirəm gözləyin məni də...Gəldim!Gəldim!"
Və bu səhnə bir guppultu ilə sona yetdi...Hamının gözü yerdə uzanmış qızda idi.Özünü saxlaya bilməmişdi və yıxılmışdı o...Hamı qəhqəhə ilə gülürdü ona...Elə bu an onun anası:
- Tələsmə, qızım...Tələsməə...Bu gün bazardı.Bu gün iş günü deyil...
- Nəəə?Aman Allahım, təmiz yadımnan çıxıb. Off...Bilsəydim daha çox yatardım...-dedi, stulda oturdu və başını stola söykədi.
Onun belə dəymə-düşərliyi səhər hamını şən əhvala kökləmişdi.
- Amma yenə də yaxşı ki,oyanmışam.Qızlarla görüşməliyəm - dedi və üzündə qulağına kimi dərin gülüş yarandı,tünd qara gözləri qara almaz kimi par-par yanmağa başladı.
Yanvar idi...Çöldə soyuq və kəskin qış keçirdi.O tələsik otağına qalxdı,çöl paltarlarını giydi,qapının ağzına qaçdı.Orda isə açıq krem rəngli palto,qırmızı çəkmə,qırmızı şərf və elə də yaşına uyğun gəlməyən,yuxarısında iri qotaz olan qırmızı papağını geyindi... Şərfini burnunun üstünə qaldırdı və qapını açıb çölə çıxdı.Evlərinin darvazasına tərəf asta-asta gedirdi...Və darvazadan da küçəyə ayaq basdı.Əvvəl ətrafa boylandı və küçənin sonuna baxanda yüngülcə gülümsədi.Səhər gözlərində olan həmin işıltı yenə də parıldıyırdı son həddinəcən.Küçənin sonunda onun ürəyini son dərəcədə fərahlandıran nə idi axı...Kim bilir?
Kim bilirdi ki,o sayrışan zümrüdü ulduzlar bu dəfə səhər sayrışacaqdı o küçənin sonunda.Açıq qəhvəyi saçlari,ağbəniz dərisi və yorğun gülüşü olan bu ulduz...Qızın bir anlıq sevincinin səbəbkarı idi.Əvvəl asta addımlarla hərəkətə gələn qız,qaçaraqdan tullandı o gözlərin qollarına...Onun çılğln gülüşü bütün küçəni sanki canlandırmışdı...Girmişdi sevdiyinin qoluna,bərk-bərk qucaqlamışdı onu..Və beləcə gəzirdilər qarın içində.
- Bilirsən?-dedi qız sakit səslə..
- Nolub?De görək-şirin ləhcəylə cavabladı oğlan.
- Qəribə yuxu görmüşəm bu gün.
- Nə?
- Görürdüm ki...-səsi qorxudan titrəməyə başladı qızın.Oğlan da qızın səsində olan bu ani dəyişiklikdən narahat oldu və dayandı.
- Danış görüm nə yuxudur ki belə,sənin səhərdən dayanmaq bilməyən gülüşünü belə kədərli notlara köklədi.
- Özümü qaranlıq bir yerdə görürdüm,sanki ətrafımdakı bütün zülmət çökürdü get-gedə ruhuma...Ağırlaşırdım anbaan.O an sənin gözlərini gördüm o qaranlıqda.Çağırırdım səni var gücümlə,amma səsim çıxmırdı.Sənsə get-gedə uzaqlaşırdın məndən...Mənə elə gəlirdi ki,ruhum uzaqlaşırdı cismimdən...Sanki...
- Sanki nə?
- Sanki ölüm tutmuşdu qolumdan sürüyürdü,uzaqlaşdırırdı məni ondan...-dedi və gözləri doldu.Onun belə təsirə düşməsindən narahat olan oğlan birdən bərk-bərk qucaqladı onu və üzündə fərah gülüşlə:
- Qorxma, mən səni bax belə qucaqlayacam və səni heç hara aparmağa qoymayacam...Söz verirəm, mən həmişə səninlə olacam. Buna bir an belə şübhə eləmə.
Bu ani hərəkətdən əvvəl təəccüblənən qız sonra onun qucağının bu soyuqda ona verdiyi iliq duyğudan xoşhallanaraq gülümsəməyə başladı.Oğlanın qollarından cəld hərəkətlə çıxdı,iki addım önə getdi və yenə həmin şən səslə:
- Buna həmişə inanmışam...Ona görə bir qram da qorxmuram, sevgilim...
O yenə girdi oğlanın qoluna və bu havada yenə davam elədilər öz yollarına...Artıq gün günortanı keçmişdi,onlar çay içmək üçün girdikləri kafedən çıxdılar.Və yolun kənarıyla qızın evinə tərəf getməyə başladılar.Bu an qız birdən sevincdən qışqırdı və:
- Ora bir bax...Mən də istəyirəəəm...
- Nə?
- Bax orda...Orda türklər necə deyiiir...Aha tapdım..."Pamuk şeker". Ondan satırlar...
- Uşaqsan ki, uşaq...-dedi və gülümsədi oğlan.
- Bilirəm.
- Yaxşı, gözlə burda. Alıb gəlirəm.
Oğlan yola çıxdı və qızın istədiyini almağa getdi.Qızsa yerində dayanmış və oğlanın arxasınca baxırdı,arada isə gülümsəyirdi.Birdən ayağının üşüdüyünü hiss elədi və ayağına baxmaq istəyəndə yerdə oğlanın pul qabısını gördü.Bu anda artıq oğlan qızın istədiyini almışdı,əlini cibinə atdı onun boş olduğunu görəndə arxaya çevrildi və o an baş verənlər onu sanki yerinə pərçimlədi...Göz bəbəkləri tam sona kimi gərilmişdi,demək olar ki heç görünmürdü...
Pul qabını oğlana vermək üçün yola çıxan qız,əks tərəfdən gələn və yol buz bağladığı üçün dayana bilməyən maşının qurbanına çevrilmişdi...Səhnə dəhşətli idi.Maşın dayanmışdı,ön şüşəsi sınıq-sınıq idi,bəzi yerlərində qan ləkələri.Onnan bir neçə metr aralıda isə qız tərpənməz uzanmışdı yerdə...Oğlan sanki iflic olmuşdu o an düşünə,hərəkət eliyə danışa bilmirdi..Dayanmışdı elə yerində...Birdən arxadan deyən təkan onu qaytardı geriyə...Satıcı qaçırdı hadisə yerinə tərəf...O an hər şeyi başa düşdü...Zəncirini qırmış kim qaçdı sevdiyinə tərəf.Al qan içində uzanmışdı sevgilisi...Başını qoydu dizləri üstünə və boğula-boğula,çarəsizcə səsləyirdi onu.Bu an qız açdı gözlərini və qırıq-qırıq:
- O...o....o.... Bur....b.b.b.burdadı...-dərindən nəfəs aldı və:-Qorxuram...qorxu........
Və...Və eşidilmədi son sözü axıra kimi.Oğlan titrəyirdi.Gözləri qan dolmuş kimi qırmızı idi.Ağlayırdı.Saxlaya bilmirdi göz yaşlarını..Elə bu an qeybdən kimsə onun adını son nəfəsinə kimi qışqırdı.Yadına düşdü qızın yuxusu.Baxdı onun bəmbəyaz üzünə,öpdü buz kimi soyuq əllərini və üzünü səmaya tutub var gücü ilə qışqırdı qızın adını...
Təcili yardım maşını gəldi ora..Apardılar qızın cansız bədənini.Susmuş və haldan düşmüş oğlan asta-asta uzaqlaşmağa başladı ordan.Bütün bədəni tir-tir əsirdi şokdan.Çatdı öz qaldığı evin qapısına...Bura qədər olan yolda bir dəfə də qırpmamışdı gözlərini...Açdı qapını.Artıq hava qaranlıq idi.Uzaq yolu ayaqla gəldiyi üçün donmuşdu bütün bədəni.Soyundu üstündəkiləri.Açdı dərmanların saxlandığı qutunu.Babasının ürək nasazlığı üçün qəbul elədiyi bütün həbləri götürdü ordan...Artıq yatağına çatanda yerə atdı hamısını boş halda...Açdı bütün pərdləri,zülmətə büründü bütün otaq.Uzandı buz kimi soyuq yatağına.Səssizliyin və zülmətin hökmranlıq elədiyi dünyanın qaranlıq taxtına.Soyuq bədənin getdikcə daşlaşdığını hiss eləyirdi artıq...Zilləmişdi getdikcə donan baxışlarını otağın tavanına.Sanki soyuqdan tab gətirməyib getdikcə çatdıyan zümrüdə bənzəyirdi onlar..Getdikcə bütün cazibəsi axıb gedirdi qaranlığa...
"Zümrüdün illərlə çardaqda qalmış və bulanıqlaşmış tablosuna oxşayırdı bu gözlər...Gündəlik məsuliyyətlərdən,probləmlərdən yüklənmiş sönük alovla alovlanırdı.Azadlığının axtarışında olan muzdlu döyüşçü...Son tapşırığının nə vaxt veriləcəyi xəyallarıyla havalarda uçan döyüşçü kimi idi bu gözlər...Artıq dözə bilmədi bu ağırlığa bağlandı bu gözlərin qaranlıq pərdəsi...Qovuşdu öz əbədi sakit həyatına..."
- Gözlə məni...Axı sənə söz vermişdim - oldu son sözləri.
Yandıra-yandıra çıxdı o ürəyindən,alovlanaraq süzüldü dodaqlarından.Və silkələdi demək olar zülməti və otağın divarlarını...Beləliklə, axdı o iki ulduz, vaxtsız qovuşdu parıldayan qara günəşinə söz verdiyi kimi...



Şərhlər:
Baxılıb: 991
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz