Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nə üşün ət yeməliyik?
Nə üşün ət yeməliyik?
Göndərən: emis
Şərhlər: 15
Baxılıb: 656
Səs ver:
Ət insanın sağlamlığı üçün ən lazım olan məhsullardan biridir. Məhz ətdən biz orqanizmin normal fəaliyyəti üçün lazım olan bir çox maddələri alırıq.

Onlardan ən vacibləri - zülallardır. Bu zülallar insanın həzm sistemində amin turşulara kimi parçalanır və daha sonra bu aminturşulardan orqanizm ona lazım olan zülalları sintez edir.

İnsan orqanizmi zülalları ehtiyat üçün yığmır. Bu səbəbdən orqanizm daim qida ilə zülal almalıdır. İnsan zülalları həm bitkilərdən, həm də ətdən (burada həmçinin toyuq və balıq əti nəzərdə tutulur) alır. Lakin ətdən zülallar almaq daha asandır. Ətdə insanın orqanizmi üçün bütün lazım olan əvəzolunmaz turşular var. Beləliklə, gün ərzində 1 neçə tikə ət yeməklə insan orqanimin zülallara olan ehtiyacını tam  ödəyir.

Bəli, bəzi bitkilərdən də zülallar almaq olur. Lakin ətdən fərqli olaraq bu daha çətindir - müxtəlif bitkilərdə bir və ya bir neçə aminturşuları olur (yəni hamısı yox). Beləlikə, insan aminturşulara olan ehtiyacını ödəmək üçün daim müxtəlif bitkiləri kombinasiya etməlidir. Bu isə heç də asan iş deyil.

Zülallar orqanizmin normal fəliyyətində əsas rollardan birini oynayırlar:

- İlk növbədə zülal orqanizmdə "tikinti"  funksiyasını yerinə yetirir. Zülallar bizim dərimizin, daxili orqanlarımızın, əzələlərimizin, gözlərimizi, immun və qan sistemlərimizin və s. əsasıdır.

- Zülallar orqanizmdə nəqliyyat funksiyasını yerinə yetirir. Xüsusi zülallar orqanizmin fəaliyyəti üçün lazım olan maddələri özünə birləşdirir və orqanizmin müxtəlif yerlərinə çatdırır.

- Zülallar immun sisteminin fəaliyyəti üçün olduqca vacibdir.

Əgər uzun müddət ərzində insan orqanizminə zülallar daxil olmazsa, bu bir çox pozulmalara gətirib çıxardacaq:

- Bizim dərimiz kollaqen zülalından ibarətdir. Orqanizm zülal çatışmazlığından əziyyət çəkdikdə, dəri qocalmağa başlayır - qırışır, sallanır. Bundan əlavə dirnaqlar da kövrək olur, laylanır, saçlar quru və cansız görünür.

- Zülalların çatışmazlığı zamanı zülallarda olan ehtiyacını ödəmək üçün orqanizm daxili orqanlardan istifadə etməyə başlayır. İlk növbədə orqanizm zülalları əzələ toxumasından götürməyə başlayır, daha sonra daxili orqanlara keçir.

- Bizim hormonlar da zülallardan ibarətdir. Məhz bu səbəbdən zülaların çatışmazlığı zamanı insanın hormonal fonunda pozulmalar yaranır.

- Zülalların çatışmazlığı uşaq orqanizmi üçün xüsusilə ziyanlıdır. Bu halda uşağın inkişafı və boyatması ləngiyir.

- Zülalların çatışmazlığı immun sisteminin zəifləməsinə səbəb olur.

Zülallardan əlavə ətdə orqanizmin normal fəaliyyəti üçün lazım olan bir çox vitamin və mikroelementlər var. Bunlardan ən əhəmiyyətlisi dəmirdir. Orqanizmdə dəmirin çatışmazlığı müxtəlif pozulmalara yol açır. Dəmir orqanizm boyu oksigenin daşınması prosesində iştirak edir. Dəmir çatışmazlığı zamanı orqanizmin oksigenlə təchiz olunması pozulur ki, bunun nəticəsində orqanizmdə müxtəlif pozulmalar yaranır. Dəmirin ən dəyərli mənbəyi ət sayılır. Ətdə olan dəmir orqanizm tərəfindən bitkilərdə olan dəmirlə müqayisədə daha yaxşı mənimsənilir.

Beləliklə, ət insanın rasionunda daim olmalıdır. Dietoloqların araşdırmalarına görə, hər gün 100 qr ət yeyən insan orqanimini bütün lazım olan aminturşular və dəmirlə təmin edir. Əzələ toxuması çox olan, ağır fiziki işlə məşğul olan kişilərə gün ərzində 2-3 dəfə çox ət tələb olunur. Ət yağsız olmalıdır və suda, buxarda və ya sobada (folqada, yağ əlavə olunmadan) bişirilməlidir. Qızardılmış, hisə verilmiş ət, kolbasa və sosis məmulatları, ət konservləri sağlamlıq üçün ziyanlıdır.

Həddən artıq miqdarda ət qəbul etmək olmaz. Bu insanın sağılamlığına ziyan gətirə  bilər.


Şərhlər: 15
Baxılıb: 656
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ismayilova ulker
Et menim vazkecilmezimdir...Birgun et yemesem ela biliremki ac qalmusam.
18 fevral 2015 00:11
# 15
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
tatyana
Sitat: qanadli melek
Et yemeklerin hamisini sevirem beh behlede yeyirem)

hee sen yeyende gorurem beh behle yediyni))
et yemesez daha yaxsi olar,men yemirem
17 fevral 2015 21:50
# 14
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Nazan
sevmirem
17 fevral 2015 21:47
# 13
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
aynur2002
Et yeyirem terkibinde B vitamini var
17 fevral 2015 21:10
# 12
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Melissa
et adami qocaldir
17 fevral 2015 20:24
# 11
BARBI
men hec et yeyen deyilem cox nadiren yeyirem
17 fevral 2015 19:13
# 10
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fiorella
Qan artran maddeler var oncun
17 fevral 2015 18:22
# 9
lelos
ət yemeyini sevirem en coxda kotlet alkis
17 fevral 2015 18:18
# 8
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Fialka
Əti çəkilmiş halda bişiriləndə sevirəm başqa cür istidadə etmirəm
17 fevral 2015 18:10
# 7
rəmsə
Faydalarını bilirdim,istifadə edirəm,tşk
17 fevral 2015 18:10
# 6
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
qanadli melek
Et yemeklerin hamisini sevirem beh behlede yeyirem)
17 fevral 2015 17:44
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Qlamurr
Ət yeməklərini çox sevirəm,ancaq mal əti,digər ətləri heç sevmirəm və yemirəm....
17 fevral 2015 17:41
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
sona
tike eti sevmirem ve yemirem.cekilmiw eti yeyirem o da tekce et olaraq yox. Meselen kotlet sevmirem. Ama dolmalarin icinde yeyirem.
17 fevral 2015 17:38
# 3
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Tomris Müslümova
bu vegeterianlar nece dozuller etsiz men cox sevirem eti
17 fevral 2015 17:35
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
AYKA-ISI
etden biwirilen her weyi beyenirem
17 fevral 2015 17:34
# 1
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz