Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Göz yaşlarının gözəlliyə də faydası varmış
Göz yaşlarının gözəlliyə də faydası varmış
Göndərən: Wiyinka
Şərhlər: 23
Baxılıb: 1331
Səs ver:
Göz yaşlarının gözəlliyə də faydası varmış.Normal halda insan dünyaya göz açandan son günlərinə qədər ağlayır. Psixoloqların bildirdiyinə görə, göz yaşları müxtəlif səbəblərdən yaranır. Orqanizm üçün ən xeyirlisi isə güclü emosiyaların təsirindən axan göz yaşlarıdır. Bu cür göz yaşları insanı rahatladır, stressə davamlı edir və ömrü uzadır.Göz yaşları gözün yuyulması və təmizlənməsi üçün çox vacibdir. Belə ki, göz qişası çox həssas olur və əgər göz yaşarmasa, o, tezliklə quruya bilər. Çox vaxt da kompüter qarşısında uzun müddət keçirən insanların gözlərində quruluq müşahidə olunur. Bu quruluq özünü elə göstərir ki, sanki gözün içində nəsə qalıb. Ona görə də bu cür narahatlıqla üzləşən adamlara gözlərini tez-tez yumaq məsləhətdir. Lakin bəzilərinə bu kömək etmir. Quruluğun qarşısını almaq üçünsə onlara süni göz yaşlarından istifadə etmək lazımdır. Qeyd edək ki, göz yaşı əsas olaraq su və duzdan meydana gəlir və göz üzərimizin sürüşkən qalmasını təmin edir. Göz yaşı orta hesabla gündəlik 150-300 qrama qədər ifraz olunur. Və bir müddət sonra burun boşluğuna axır.Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, refleks və emosional göz yaşları olur. Refleks göz yaşları gözü qorumaq məqsədilə ifraz olunan göz yaşlarıdır. "Refleks göz yaşları soğan doğradıqda, gözə toz düşdükdə gözlərimizin yaşarması nəticəsində ortaya çıxır. Refleks gözyaşları ifraz olunanda, bu, ağlamaq kimi hesab olunmur. Əslində isə insan güclü emosiyaların təsirindən ağlayır. Məhz bu cür göz yaşları sağlamlıq üçün olduqca vacibdir".A.Qurbanova qeyd edib ki, bəzi insanlar əhvalını pozmamaq və şüuraltı olaraq öz zəifliyini qəbul etməmək üçün ağlamaqdan çəkinirlər. Bu isə olduqca ziyandır. Onun sözlərinə görə, ağlamağı saxlayan insan daha əsəbi olur və belələri arasında psixi xəstəliklərdən əziyyət çəkənlər də çoxdur. Bəzi insanlar isə ağlamaq istəsələr də, bunu edə bilmirlər. Bu isə ona görə baş verir ki, uşaqlara həyatının ilk illərindən ağlamaq qadağan olunur. "Xüsusilə də oğlanların ağlamağı zəiflik və kişiyə yaraşmayan hərəkət kimi qiymətləndiyi üçün onları ağlamağı qoymurlar. Bu səbəbdən də insan uşaqlıqdan ağlamağını saxlamağı öyrənir. Bəzi insanlar isə o qədər göz yaşlarını saxlayırlar ki, ağlamaq istədikdə göz yaşı əvəzinə onların burunları axır".İnsan ağlayarkən orqanizmdən zərərli kimyəvi maddələr ixrac olunur. Ağlamaqla stressi yaradan və onun daha da çoxalmasına səbəb olan maddələr də azalır. Bu maddələr əsasən də cavan orqanizm üçün təhlükəlidir. Bu səbəbdən də uşaqlar böyüklərə nisbətən daha çox ağlayırlar. Uşaqların ağlamağı təbii özünü müdafiə reaksiyasıdır və uşağın sağlamlığını qoruyur. Göz yaşlarında bakteriyaları öldürən maddələr də zəngindir. Ən qəribəsi isə göz yaşlarının süd vəzilərini fəallaşdırmasıdır. Bununla yanaşı, ağlamaq ömrü uzadır. "Belə ki, çox ağlayan adamlar daha çox yaşayır və sağlam olurlar. Ürəkdən ağlayıb və ürəyini boşalda bilən adamlar stresslə də asan mübarizə apara bilərlər".Qadınların kişilərdən daha çox yaşadığını deyən müsahibim bunu qadınların daha emosional olması və çox ağlaması ilə əlaqələndirir. Kişilər arasındasa ağlayanlar isə nadir hallarda olur. Onlar bir qayda olaraq ağlamadığı üçün emosiyalarını boşalda bilmirlər. Nəticədə də mənfi emosiyalar daxildə toplanır və tədricən sağlamlığa mənfi təsir göstərirlər. Qadınlarsa emosiyalarını gizlətmir və ağlamağa meylli olur.Statistikaya görə, qadınlar ildə 64 dəfə ağlayır, kişilər isə 17 dəfə. Lakin çox ağlamağın da ziyanı var. Belə ki, müntəzəm ağlamaq bəzi insanların əsəb sisteminin gərginləşməsinə, insanın haldan düşməsinə səbəb ola bilər. Ağlayarkən də sərhədi gözləmək və elə ağlamaq lazımdır ki, orqanizmə xeyri olsun. Ümumiyyətlə, insanlar ağladıqdan sonra özlərini fərqli hiss edə bilərlər. Əksər insanlar özlərini rahat hiss etsələr də, bəziləri ağladıqdan sonra özlərini daha da pis hiss etməyə başlayırlar. Adətən belə insanlar psixoloji pozğunluqlardan və yüksək həddə çatan narahatlıqdan əziyyət çəkirlər. Bu cür insanlar ağladıqdan sonra özlərini daha da ağır və gərgin hiss edirlər.Psixoloqun dediyinə görə, insan adətən ağlayan adama baxanda ona yazığı gəlir və göz yaşlarına laqeyd qalmaq çətin olur. Çox vaxt da bunu nəzərə alan uşaqlar və böyüklər də göz yaşlarından kiməsə psixoloji təzyiq göstərmək üçün istifadə edirlər. Bu səbəbdən də həqiqi emosiyaların təsirindən yaranan göz yaşlarını süni şəkildə yaradılan göz yaşlarından ayırmaq lazımdır.Nəzərə çatdıraq ki, ağlamağın gözəllik üçün də böyük faydası var. Belə ki, göz yaşları xırda yaraları sağaldır, gözün altındakı dərinin qocalmasını ləngidir.


Şərhlər: 23
Baxılıb: 1331
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
My sun
Ayyy onda mən dünya gözəli olaramkiii122
18 fevral 2015 20:36
# 23
Bağışla gözlərim,mən sevdim sən ağladın.
lili)
sulu gozem bir sey olmamis gozumun yasi axir
17 fevral 2015 09:00
# 22
acisko
Mende diyirem bu guzellik hardandi mende sen deme aglamaqdan imiw 122
Cox kovrek insanam nese olan kimi bawdiyiram aglamaga 15
17 fevral 2015 00:51
# 21
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
Wappuw
Eseblewende aglayiramm
17 fevral 2015 00:45
# 20
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
qonaqa
Biomirdim teşekkürler maraqlidi
16 fevral 2015 23:55
# 19
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
tatyana
bilmirdim indi bildim,goz yaslarimiz sevincden olsun her zaman
16 fevral 2015 22:39
# 18
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Luna-90
Qiz vaxti hec aglamamisam aile qurandan cox aglamisam ana olandan sonra cox hessas olmusam her seye agliyiram adi uzgun kinoya baxandada agliyiram ozum ozumdeki deyisikliye inanmiram.
16 fevral 2015 21:58
# 17
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
xeyalperest
Tebiidi bu heyatda hec bir şey yersiz deyil hetta goz yaşdarida.men evvel cox aglamirdim ama indi adi bir hadisede gozum dolur duzdu honkurtu vurmuram ekser hallarda ama agliram ve bir azda rahatlaşiram sanki o goz yaşdari daxilime axir ve bedenimi yuyur xususende ureyimi
16 fevral 2015 21:00
# 16
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
qanadli melek
Aglamadiqim gunum varki
16 fevral 2015 20:58
# 15
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Qlamurr
Çətin anlarımda o qədər ağlamışam,indi də hərfən ısəbdən ağlıyıram,bundan sonra rahatlaşıram,yüngülləşirəm....faydalı olduğunu eşitmişdim,ancaq bu qədərini bilmirdim....inşallah hamımızın gözündən yalnız sevinc göz yaşları axsın...tşk...canım...
16 fevral 2015 20:44
# 14
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
gulka azeri
MARAQLI IDI bilmediklerim de var idi yazida.aglamaq mene cox yaxin 1duygudu evveller her gun agliyirdim uzuntuden esebden sressden indi gec gec artuq ureym de daslasub deyesen...heckim kederden aglamasin sevincden aglasin insallah

MARAQLI IDI bilmediklerim de var idi yazida.aglamaq mene cox yaxin 1duygudu evveller her gun agliyirdim uzuntuden esebden sressden indi gec gec artuq ureym de daslasub deyesen...heckim kederden aglamasin sevincden aglasin insallah

mende esebden aglayib sakitlesirem cox teessufki
16 fevral 2015 20:31
# 13
emis
Mən də sulu gozem tez tez hemde çox ağlayıram çox rahatlayiram ağlayanda göz yaşı haqqında bu qədər bilmirdim maraqliydi çox sağolun
16 fevral 2015 20:02
# 12
neri
men cox aglanagam hec faydasin bilmirdm tskr
16 fevral 2015 19:46
# 11
Sert
Little girl
Men aglamasam rahatlasa bilmirem.Yaxsi ki de aglayaraq ozumu bosaldiram.

Tesekkur.
16 fevral 2015 19:40
# 10
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Nazan
men aglamaq gozellesdirir deye bilirdim
16 fevral 2015 19:12
# 9
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ruzgargulum
Göz yaslarinin xeyirli oldugunu bilirdim ama bu qederde bilmirdim senin sayende orgendim canim heyatda cox ağlamışam itirdiklerim insanlardan basima elen hadiselerden şükür allaha indi o qederde derdim yoxdu aölasamda sevin göz yaşlarına ağlayıram.Rəbbik her bir kese sevin göz yaslari nesib etsin
16 fevral 2015 18:57
# 8
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
sona
Cox kovrek insanam
Goz yawinin xeyirli oldugunu ewiwdim
16 fevral 2015 18:39
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Tomris Müslümova
oyy onu deyin menim bacima gozunun yasin ovcundadi ama men yoxx 01
16 fevral 2015 18:33
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
naxçıvan balası
Göz yaşların xeyirli olduğunu bilirdim men çox sulu göz qızammciyy
16 fevral 2015 18:32
# 5
aynur2002
mENDE BİROLAN KİMİ GOZUMUN KRANLARİ ACİLİR BASLAYİR SUYUNU TOKMEYE 122
16 fevral 2015 18:30
# 4
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
BARBI
Mende aglayan deyilem acizlikdir aglamaq
16 fevral 2015 18:23
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Göz yaşlarının göz üçün xeyrli olduğun bilirdim ancaq bu qədər ətraflı şəkildə yox , maraqlı araşdırmadır ki, məhs göz yaşları ömrü uzadır birdəki o fikirlə razılaşmıram ki, kişilər ağlamaz deyə onlar da insandı və bu təbii haldı qeyri adi baxmaq lazım deyil
16 fevral 2015 17:40
# 2
guler19
göz yaşının bu qeder xeyirli olmağın bilmirdim. REBBİM her birimizə sevinc göz yaşları qismət etsin amin
16 fevral 2015 17:35
# 1
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz