Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Su ilə bağlı 9 vacib məqam
Su ilə bağlı 9 vacib məqam
Göndərən: Wiyinka
Şərhlər: 13
Baxılıb: 951
Səs ver:
Hər kəs gündə 8 stəkan su içməlidir
Su içmək bədənimizin suya lazım olan tələbatını ödəməyin ən qısa yoludur. Ümumiyyətlə isə, gündəlik olaraq qadınların 8 stəkan, yəni 2 litr, kişilərin isə 3 litr və ya 12 stəkan maye qəbul etməsi (yalnız su yox) məsləhət görülür.

Su içmək bədənimizi toksinlərdən təmizləyir
Su bədəndəki toksinləri mütləq şəkildə təsirsiz hala gətirməsə də, məsələn, böyrəklər bəzi zərərli maddələri suyun köməyilə bədəndən atır. Lazımi qədər su içmədikdə böyrəklər öz funksiyasını yerinə yetirməkdə çətinlik çəkir və həmçinin bu, sonda maddələr mübadiləsinə də mənfi təsir edir.

Qablaşdırılmış sular dişdə çürüklərin yaranmasına səbəb olur
Qablaşdırılmış sular öz-özlüyündə diş çürüklərinə səbəb olmaz, lakin tərkibində kran sularına əlavə olunan flüor olmadığından dolayı yolla bu, problemin yaranmasına gətirib çıxarır, çünki flüor sümük və diş minası üçün çox vacib elementdir. Sürətlə artan qablaşdırılmış su istifadəsi də bu baxımdan diş çürüklərinin artımına səbəb olur.

Su dərimizin nəmli saxlamğa kömək edir
Su içməyin dərini daha cavan göstərdiyi hesab edilsə də, əslində, içdiyimiz suyun miqdarının dərimizin görünüşünə təsiri olduqca azdır. Yəni bədənin susuz qalmadığı müddətdə həddindən artıq su içmək dəridə yaranan quruluğun qarşısını almayacaqdır. Çünki dəridəki nəmin səviyyəsi birbaşa daxili faktorlardan asılıdır və içdiyimiz su epidermisə, yəni dərinin üst təbəqəsinə təsir etmir.

Su içmək çəki atmağımıza kömək edir
Su içmək birbaşa arıqlamğa yardımçı olmasa da, bu prosesə kömək etdiyini deyə bilərik. Belə ki, pəhriz dönəmində kalorisi yüksək olan digər içkilər əvəzinə su içmək həddən artıq kalori almağın qarşısını alır, bundan başqa insanın toxluq hiss etməsinə səbəb olur və bu da daha az yemək yeməyə və tez doymağa gətirib çıxarır. Soyuq su isə əlavə olaraq maddələr mübadiləsinin sürətlənməsinə kömək edir.

Susamaq bədənin susuz qaldığını göstərir
Ümumiyyətlə, bu fikir yanlışdır, çünki susamaq bədənin susuz qaldığını bildirmir. Bədənin susuzluğu qanın konsentrasiyasının 2 faizə qalxdığı an başlayır.

Yüksək səviyyəli idmanla məşğul olduqda su əvəzinə idmançılar üçün nəzərdə tutulan içkilərdən içmək daha yaxşı olardı
Bu fikir də yanlışdır. Ola bilər ki, bu cür içkilər gözəl reklam olunsun, lakin su bədəni idman etdiyiniz zaman lazım olan maye və maddələrlə təmin edə bilər, həm də bu cür içkilər sudan daha bahadır. Dadı gözəl olan vitaminli içkilər əsasən yarış sonrası idmançılar tərəfindən bədəndəki duzun miqdarını tənzimləmək üçün içilə bilər, lakin sadə idman hərəkətləri edən, ya da idman zallarında məşq edənlərin bundan istifadə etməsinə ehtiyac yoxdur.

Həddindən artıq su içmək mümkündür
Müəyyən sağlamlıq problemləri olan insanların həddindən artıq su içməsi onlar üçün riskli ola bilər. Məsələn, yüksək təzyiq xəstələri, ürək xəstəliyi olanlar çox su içməkdən qaçmalıdırlar. Böyrək xəstəliyi olanların isə qəbul edəcəyi suyun miqdarını həkimlərilə öncədən məsləhətləşməyi yaxşı olardı. Həzmi çətinləşdirdiyi üçün yemək zamanı da su içmək bir o qədər məsləhət deyil.

Plastik butulkaları təkrar istifadə etməyin
Plastik butulkalar içindəki mayeni içdikdən sonra təkrar doldurub istifadə edənlər üçün böyük risk daşıyır. Plastik butulkaların tərkibində olan kimyəvi maddələr bir neçə dəfə istifadə edildikdən sonra içində olan suya da qarışır və bu da ağızda bakteriyaların yaranmasına səbəb olur.


Şərhlər: 13
Baxılıb: 951
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sona
Aa plastik qabda suyun bu qeder ziyanli oldugunu bilmezdim. Su icen deyilem qiwda vapwe icmirem yaydada o qederde cox icmirem
17 fevral 2015 16:18
# 13
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
adsiz-a
bulari bilirdim amma yenede saqol canim
17 fevral 2015 15:01
# 12
qanadli melek
Su icmirem hec cay icirem
17 fevral 2015 13:05
# 11
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
emis
Əvvəllər su çox içirdim ama axır vaxtlar çaya yaman mel salmışam suyun bu qədər xeyirli olduğun bilirdim ama birseyle razı deyiləm su ariqladmir həm də adamı doyuzdurmur

Əvvəllər su çox içirdim ama axır vaxtlar çaya yaman mel salmışam suyun bu qədər xeyirli olduğun bilirdim ama birseyle razı deyiləm su ariqladmir həm də adamı doyuzdurmur
17 fevral 2015 12:10
# 10
Luna-90
Bunlarin hamsini bilirem ancaq su ice bilmirem.
17 fevral 2015 11:55
# 9
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Qlamurr
Suyun orqanizm üçün faydalı olduğunu bilirəm,ancaq təəssüf ki,çox su içən deyiləm,əsasən də qışda içmirəm.....plastik qablarda su saxlamağın belə ziyanlı olduğunu bilmirdim...tşk...
17 fevral 2015 11:37
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
rəmsə
Mən çox su iÇirəm yay qış.Amma krannan yox ya qaynanmış su,ya da qablaşdırılmış.Butulkanı da eşitmişdim bilirdim.
17 fevral 2015 10:55
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Fialka
Suyun faydaları haqqında bilirəm əsasən yayda çox istifadə edirəm qışa nisbətən , ancaq plastik butulkanı bilmirdim
17 fevral 2015 10:15
# 6
Bestoş
yayda cox su icirem ama qiwda yox
17 fevral 2015 09:59
# 5
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
BARBI
Aaa bax butulkaya mende doldururam demeli ziyanliymis
17 fevral 2015 09:33
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lili)
men dehset su icirem yayda qisda cay icirem ancaq butulkalarida bilirdim
17 fevral 2015 09:24
# 3
tatyana
su haqqinda bilirdim,amma su butulkasi haqqda bilmirdim
17 fevral 2015 09:05
# 2
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
xeyalperest
Axrinci bilmirdimki hec emen doldurub icirem yeni eke rahat olur bunu bilmeyim yaxsi oldu tewekkur
17 fevral 2015 08:56
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz