Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəbul edək hamımız pisik!!!
Qəbul edək hamımız pisik!!!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 941
Səs ver:
http://imgs.su/tmp/1322552368-656.jpg

Hamımız pishik, yəni sən... bəli bu anda bu yazını oxuyan sən pissən və dünyanın belə bərbad bir hala gəlməsinin səbəbisən. Niyə çaşırsan ki? 'bu adam belə yalançıdır, belə düşüncəsizdir, belə sözünə sadiq deyildir' deyən sən deyilsənmi? başqası söyləyərkən təsdiqləyən sən... !
'bizim insanımız kitab oxumur' deyiləndə heç üstünə götürməyən və bu əskiklikləri həmişə onlar edir' deyə başqalarına yıxan və özünə toz qondurmayan sən... oxumayaraq özünü cahil edib cəhalətin bütün pisliklərini ətrafa saçan sən...və təbii ki mən!
Hər kəs günahı başqasına atır yaxşı bu dünya niyə bu qədər iyrənc, kobud və çirkindir? kim boz rəngə rəngləyir həyatımızı? sən o qədər təmizsənsə mən niyə yolda gedərkən yerə atılmış kola qutularına təpik atıram ? sən o qədər dürüstsənsə niyə başqalarının arxasından danışırsan, dedi-qoduya fürsət tapanda böyük keflə qatılırsan? həyatı bərbadlaşdıran davranışlara gözəl adlar taxıb böyük zövqlə bunlara davam edən sən və mən deyilikmi? yalanları 'ağ yalan' adını taxıb söyləmirikmi? yalanın ağı olarmı?.
Borc alırsan sən, adam istəmədiyi təqdirdə geri ödəməzsən, istədiyində düşmən kəsilərsən? sən deyilsənmi yoldaşından götürdüyün telefonu sağa-sola atan, başqa bir şeyi evin bir küncünə atan, itirən... Götürdüyün hər şeyi sahibinə soruşmadan başqalarına verən və sonra 'buna verdim o da itirib' deyən də başqası deyil... əmanət üçün arxasından qaçdıran da başqası deyil... sonra sizə giley edilərkən bir telefonun, qələmin, üç qəpiyin, bir bilmirəm nəyin sözünü edir' deyən sənsən! Və ən əhəmiyyətlisi bunun kimi milyonlarla nümunə davranışdan biri özünə ediləndə günlərlə millətə sızlanan, şikayət edən, 'bunlar belədir, kimsəyə kömək etməyəcəksən bu dünyada' deyən səndədir əsl qəbahət!
Qırmızı işıqda gözləməyən, sarıda siqnala yüklənən, dönüşlərdə siqnal verməyən də sənsən, hər növbədə irəli keçməyə çalışan da sənsən, hər işində araya tanışları qoyub onlarla kimisə geridə qoyan da sənsən, piknikə gedəndə ortalığa zibilləri atıb gedən də sənsən, partaya oturan kimi özünün və ya sevgilinin adını partaya qazıyan da sən, əlindəki zibilləri "balığlar yesin" deyə dənizə atan da sən! əvvəlcə yerə tüpürüb sonra da ayağına "ilişdirib" evinə aparan da sən! başqalarına verdiyin sözləri dərhal unudan, özünü tərifləməyə gələrkən 'mən yalanı heç sevmərəm, mən bunu etmərəm, bundan nifrət edərəm və s' ilə manqalda kül buraxmayan amma davranış olaraq heç diqqətli olmayan, iç motivləriylə hərəkət edən eqoizm abidəsi sən, mən və biz.
Yenə üstünə götürməyəcəksən 'mən bunları əsla etmərəm' deyəcəksən və bu həyatı mən sənə və sən mənə sıxıcı hala gətirməyə davam edəcəyik. Bir dərdimiz olduğunda saatlarla izah edəcəyik, kömək gözləyəcəyik, amma kiminsə çətin anında işimiz çıxacaq və ona əlimizi uzatmadan qaçıb itəcəyik.
Heç birimiz bu yazının hamısını oxumayacağıq, çoxumuzun içi sıxılacaq və yarısına gəlmədən buraxacaq, başını quma basdıracaqdır. Çünki qəbul etmək vicdanına yük olacaq ki bu da ağır bir yükdür,

hamımız pishik çünki sevginin qədrini bilmirik.
hamımız pishik çünki köməkləşməyi bilmirik.
hamımız pishik çünki yalnız özümüzü düşünürük.
hamımız pishik çünki dünyanın bizim üçün döndüyünü sanırıq.
hamımız pishik çünki birlikdən məhrumuq.



Şərhlər:
Baxılıb: 941
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz