Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyatdan nələr öyrəndim?
Həyatdan nələr öyrəndim?
Göndərən: tek umidim sen
Şərhlər: 15
Baxılıb: 576
Səs ver:
Sonsuz bir qaranlığın içindən doğuldum. İşığı gördüm, qorxdum.
Zamanla işıqda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum. Gün gəldi, sonsuz qaranlığa yola saldım sevdiklərimi. Ağladım.

Yaşamağı öyrəndim.
Doğumun, həyatın bitməyə başladığı an olduğunu, aradakı hissənin, ölümdən oğurlanan vaxtlar olduğunu öyrəndim.

Zamanı öyrəndim.
Yarışdım onunla…
Zamanla yarışılmayacağını, zamanla barışılacağını, zamanla öyrəndim…

İnsanı öyrəndim.
Sonra insanların içərisində yaxşılar və pislər olduğunu…
Sonra da hər insanın içərisində yaxşılıq və pislik olduğunu öyrəndim.

Sevməyi öyrəndim.
Sonra güvənməyi…
Sonra da güvənin sevgidən daha qalıcı olduğunu, sevginin güvənin sağlam təməli üzərində qurulduğunu öyrəndim.

İnsan bədənini öyrəndim.
Sonra bədənin altında bir ruh olduğunu…
Sonra da ruhun, əslində, bədənin üstündə olduğunu öyrəndim.

Dünyanı öyrəndim.
Sonra dünyanı işıqlandırmağın yollarını öyrəndim.
Sonda dünyanı işıqlandıra bilmək üçün əvvəl ətrafını işıqlandırmalı olduğunu öyrəndim.

Çörəyi öyrəndim.
Sonra sülh üçün çörəyin bol istehsal edilməli olduğunu…
Sonra da çörəyi ədalətlə bölmənin, bol istehsal etmək qədər əhəmiyyətli olduğunu öyrəndim.

Oxumağı öyrəndim.
Özümə yazmağı öyrətdim sonra…
Və bir müddət sonra yazmaq, özümü öyrətdi mənə…

Tərk etməyi öyrəndim.
Sonra dözməyib qayıtmağı…
Daha sonra da özümə rəğmən getməyi…

Dünyaya tək başıma meydan oxumağı öyrəndim gənc yaşda…
Sonra kütlələrlə birgə getməli olduğum fikrinə gəldim.
Sonra da əsl gedişin kütlələrə qarşı olmalı olduğunu öyrəndim.

Düşünməyi öyrəndim.
Sonra qəliblər içində düşünməyi öyrəndim.
Sonra sağlam düşüncənin qəlibləri yıxaraq düşünmək olduğunu öyrəndim.

Namusun əhəmiyyətini öyrəndim evdə…
Sonra namusdan məhrum olandan namus gözləmənin namussuzluq olduğunu, həqiqi namusun, günah əlinin altında ikən  günaha əl sürməmək olduğunu öyrəndim.

Həqiqəti öyrəndim bir gün…
Və həqiqətin acı olduğunu…

Sonra da dozasında acının, yeməyə olduğu qədər həyata da ləzzət qatdığını öyrəndim.

Hər canlının ölümü dadacağını, ancaq yalnızca bəzilərinin həyatı dadacağını öyrəndim.


Şərhlər: 15
Baxılıb: 576
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sona
Zamanı öyrəndim.
Yarışdım onunla…
Zamanla yarışılmayacağını, zamanla barışılacağını, zamanla öyrəndim…
12 fevral 2015 00:51
# 15
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Nazan
Dünyanı öyrəndim.
08
11 fevral 2015 18:52
# 14
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Qlamurr
Həyat insana nələr öyrətmirki.......
11 fevral 2015 17:20
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
Hər canlının ölümü dadacağını, ancaq yalnızca bəzilərinin həyatı dadacağını öyrəndim.


Həqiqəti öyrəndim bir gün…Və həqiqətin acı olduğunu…
Sonra da dozasında acının, yeməyə olduğu qədər həyata da ləzzət qatdığını öyrəndim.
11 fevral 2015 16:58
# 12
Fialka
Yaradılışdan ta ölənədək öyrənə öyrənə gedirik
11 fevral 2015 16:47
# 11
ayan97
Heyatda her şeyin yalan olduğunu oyrendim... Heç kime güvenmemek lazım Oldugunu oyrendim...
11 fevral 2015 15:08
# 10
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
naxçıvan balası
Heyatda her şeyin yalan olduğunu heç kime güvenmemek lazımdı onu öyrendim
11 fevral 2015 12:16
# 9
SEVGI DENIZIM
vefasiz insanlarin oldugunu oyrendim birde cox sevmeyi oyrendim
11 fevral 2015 11:54
# 8
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
angel H-va
cox maraqlidir.men anamdan bawqa hec kime guvenmemeyi oyrendim.nebilim hele oyreneceyimiz o qeder wey var ki.

cox maraqlidir.men anamdan bawqa hec kime guvenmemeyi oyrendim.nebilim hele oyreneceyimiz o qeder wey var ki.
11 fevral 2015 10:00
# 7
KRALİCEM
Heyatda hexkese inam olmadiqinin oyertidin
11 fevral 2015 09:57
# 6
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Heyatda insanlara guvenmemeyi onlari sevmemeyi oyrendim
11 fevral 2015 09:51
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
canr
Heyat davam edir
11 fevral 2015 09:28
# 4
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
lili)
doqrudu vallah oyrene oyrene gedirik
11 fevral 2015 08:20
# 3
efsane..
cox dogru sekilde ifade olunub durmadan oyrenirik
11 fevral 2015 07:46
# 2
xeyalperest
Axirdan 3 cu ve ilk ikisini helede oyrenirem tewekkur
11 fevral 2015 07:12
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz