Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt olmaq üçün 20 tövsiyyə
Xoşbəxt olmaq üçün 20 tövsiyyə
Göndərən: Wiyinka
Şərhlər: 12
Baxılıb: 783
Səs ver:
Xoşbəxt olmaq hamının arzusudur və hər bir kəsin haqqıdır. İnsan həyatının xoşbəxt anlarla zəngin olması üçün müdriklərin, təbiblərin, psixoloqların, dünyagörmüş insanların müxtəlif məsləhətləri, tövsiyələri var.

20-ci əsrin tanınmış görücülərindən biri, bolqar bilicisi Vanqanın insan xoşbəxtliyi ilə bağlı 20 tövsiyəsini təqdim edirik.

1. Səhərinizi təbəssümlə açın. Təbəssümlə açılan səhər sizə gün ərzində uğur və sevinc gətirəcək.

2. Hər gün heç olmasa bir dəfə, hətta kiçik olsa da belə bir xeyirxah əməliniz olsun. Bunu etsəniz qocaldıqda keçmişinizə nəzər salarkən yaşanmış illəriniz üçün peşimançılıq keçirməyəcəksiniz.

3. Elə düşünməyin ki, bütün həyatınız hələ qarşıdadır. Bu yanlış düşüncədir. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır.

4. Bu günün işini sabaha saxlamaq kimi vərdişi özünüzdən uzaq edin.

5. Tənbəlliyin daşını atın. Təbiət öz hərəkətində dayanmaq və ləngimək bilmir, tənbəllik edib ləngiyənləri isə sərt cəzalandırır.

6. Kiçik yaşlarından uşaqları zəhmətə alışdırın. Əgər siz özünüz zəhmət çəkməyi sevmirsinizsə, bununla uşaqlarınıza pis nümunə göstərirsiniz.

7. Heç vaxt unutmayın, Allah kimə daha çox imkan və qabiliyyət verirsə ondan da daha çox cavabdehlik tələb edir.

8. Bəziləri elə düşünür ki, pulla məhəbbəti almaq mümkündür. Bu yanlış fikirdir. Pulla məhəbbəti almaq olmaz.

9. Asudə olmaq istəyirsinizsə hədər və boş yerə vaxt itirməyin.

10. Tələsin, amma həmişə ağılla tələsin.

11. Tez-tez ürəyinizin səsinə qulaq asın, görün o sizə nə deyir.

12. Nə isə deməzdən əvvəl yaxşı-yaxşı düşünün. Dediyiniz söz sizə xoşbəxtlik gətirməklə yanaşı, həyatınıza bədbəxtlik və bəlalar da gətirə bilər.

13. İnsanları mühakimə etməyə tələsməyin. Hər bir insanın özünəməxsus heç də asan olmayan həyatı var.

14. Qarşınıza gücünüz çatmayan, həlli mümkün olmayan vəzifə qoymayın. Çünki o vəzifənin öhdəsindən gələ bilməyəndə özünüzdən gileylənməyə başlayacaqsınız.

15. Xətrinizə kimsə dəyəndə, sizi kimsə incidəndə cavab verməyin. Vaxtınıza və əsəblərinizə qənaət edin.

16. Heç vaxt aldatmayın. Kiçik yalanlar belə böyük bədbəxtliyə səbəb ola bilər.

17. Axmaq adamlarla mübarizə aparmayın, mübahisə etməyin, onları düzəltməyə, dəyişməyə calışmayın. Çünki onlar xəstə yox, sadəcə səfehdirlər.

18. Sevdiyiniz insanlara diqqət və hörmətlə yanaşın, onları dinləməyi bacarın.

19. Keçmişinizdə baş vermiş hadisələrə görə peşimançılıq hissi keçirməyin, baş vermiş dəyişikliklərdən şikayətlənməyin.

20. Həyatınızda baş verən kədərli hadisələri sakit ürəklə qarşılayın. Heç nə və heç kim əbədi deyil. Bu kədər də ötüb geçəcək.


Şərhlər: 12
Baxılıb: 783
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aysel Tatli
eh bunlar hamisi bos seylerdir
10 fevral 2015 18:22
# 12
Rusi
tewekkurler
10 fevral 2015 18:05
# 11
naxçıvan balası
Teşekürler melumata göre keşke emel ede bilsem agla
10 fevral 2015 17:11
# 10
sona
İcimde bir sixinti varsa yada hell olmamiw bir problemim varaa hec uzum gulmur qaldiki xowbext olmag. Ama wukur bugunume cox xowbextem
10 fevral 2015 16:16
# 9
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Nazan
08 Bu günün işini sabaha saxlamaq kimi vərdişi özünüzdən uzaq edin.
10 fevral 2015 16:08
# 8
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
emis
Qeseng tövsiyələrdi ama gerek insanin ozundede birsey olsun Təşəkkür baji
10 fevral 2015 12:46
# 7
ayan97
Xosbext olmaga calisiram.. elimnen geldiyi kadar
10 fevral 2015 11:33
# 6
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Tomris Müslümova
calisaram eliyem
10 fevral 2015 11:29
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Lazımlı tövsiyələrdi,demək olar hamısını da bilirik ki,belə davranmaq lazımdı,ancaq əməl edən çox az insandı....insan gərək xarakterə sahib olsun,ağlı,məntiqi olsun,bu zaman hər stiuasiyadan çıxmağı bacaracaq....
10 fevral 2015 11:12
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Hamisi dogrudur ama emel eden yoxdur
10 fevral 2015 09:45
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Tövsüyələrdə həqiqət var ancaq bu tövsüyələrə riaət etmək üçün gərək insanın özlüyündə ola yoxsa əməl etmək alınmaz ..
10 fevral 2015 09:21
# 2
lili)
menim problemim hell olmasa xosbext hec ola bilmirem neynesemde insallahki hell olsun xosbextcilik yasayim
10 fevral 2015 09:01
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz