Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oxuyan qızla sevgili olmaq
Oxuyan qızla sevgili olmaq
Göndərən: tek umidim sen
Şərhlər: 17
Baxılıb: 1071
Səs ver:
Oxuyan bir qızla sevgili ol. Pulunu pal-paltar əvəzinə kitablara sərf edən bir qızla sevgili ol. Kitablarından dolayı rəfinə sığa bilməz o. Oxuyacağı kitabların siyahısını tutan, 12 yaşından bəri kitabxana kartı olan bir qızla sevgili ol.
Oxuyan bir qız tap. Oxuyan bir qız olduğunu çantasında hər zaman oxumaqçün kitab gəzdirməyindən anlaya bilərsən. Kitab dükanında sevgiylə rəflərə baxan və axtardığı kitabı tapanda səssizcə sevinəndir o. Bukinistdə köhnə bir kitabın səhifələrini qoxlayan gözəl xanımı gördünmü? Bax, o oxucudur. Üstəlik kitabın səhifələri saralıbsa qoxlamadan durmaz...

Kafedə kimisə gözləyərkən oxuyan qızdır o. Fincanına göz gəzdirsən qəhvəsinin soyuduğunu görərsən, çünki kitaba dalıb. Yazarın yaratdığı dünyada qeyb olub. Sən də bir stul çək, otur yanında. Sənə tərs-tərs baxa bilər, çünki kitab oxuyan qızlar narahat edilməyi sevməzlər.

Ondan kitabı sevib sevmədiyini soruş. Ona yeni bir qəhvə sifariş ver. Murakami haqqında nə düşündüyünü soruş. Coysun "Ulisis”ini başa düşdüyünü deyirsə, deməli intellektual görünməyə çalışır. Alisanı çox sevir, yoxsa Alisa olmaq istəyir, bunu soruş.

Oxuyan bir qızla sevgili olmaq çox asandır. Doğum günündə, Yeni ildə və ona kitab ala bilərsən. Ona sözlər hədiyyə et, şeirlərdən və mahnılardan hədiyyə olan sözlər. Ona Neruda, Paund, Sekston, Kamminqs hədiyyə et. Sözlərin eşq olduğuna inandığını bilsin.

Real həyatla kitablardakı həyatı ayırd edə bilər, amma yenə də həyatını bir az da olsa ən sevdiyi kitabdakı həyata bənzətməyə çalışacaq. Bunda sənin günahın yoxdur. Hər hansı bir üsulla bunu yoxlayacaq. Ona yalan danış. Sintaksis bilirsə yalan dediyini də başa düşəcək. Sözlərin arxasından başqa şeylər var: niyyət, dəyər, təfərrüat, ünsiyyət. Dünyanın sonu olmayacaq. Onu boş ver. Çünki oxuyan bir qız dərələrin hər zaman zirvələrlə bitdiyini bilir. Hər şeyin sona çatacağını bilir.

Hekayənin davamını hər zaman yaza bilərsən. Təkrar-təkrar başlaya bilər və hələ üstəlik qəhrəman olaraq da qala bilərsən. Bu həyatda bir-iki pis adama yer vardır. Olmadığın hər şey üçün niyə qorxursan iki? Oxuyan qızlar da bilirlər ki, obrazlar kimi insanlar da inkişaf edə bilərlər. "Alatoran” silsiləsi istisnadır.

Əgər oxuyan bir qız tapsan onu yanından ayırma, ondan ayrılma. Gecənin bir yarısında kitabı sinəsinə basmış ağlayan vəziyyətdə tapa bilərsən onu, ona çay dəmlə və qucaqla. Onu bir neçə saniyəliyinə itirə bilərsən, amma həmişə sənə geri qayıdacaq. Kitabdakı obrazlardan elə danışacaq ki, elə bil həqiqidirlər. Çünki bir anlıq olsa belə həqiqətdirlər. Ona bir hava şarında, ya da bir rok konsertində evlənmə təklifi et. Ya da növbəti dəfə xəstələnəndə qəfildən de. Skaypdan de onunla evlənmək istədiyini. Qəhqəhəylə elə güləcəksən ki, niyə hələ də sinən partlayıb qana boyanmayıb deyə təəccüb edəcəksən.

Sevginizin tarixçəsini yazacaqsız, qəribə uşaqlarınız və qəribə adları olacaq. Uşaqlarınıza icazə verərsiz "Şapkalı pişik” və "Aslan”a eyni gün baxsınlar. Yaşlandığınızda qışda birlikdə gəzintiyə çıxarsız, sən botinkalarındakı qarı təmizləyərkən o da əzbərdən Kits oxuyacaq.
Oxuyan bir qızla sevgili ol, çünki bu sənin haqqındır. Xəyal edilə bilən ən rəngli həyatı sənə verə biləcək bir qıza layiqsən. Əgər ona sadəcə monotonluq, itirilmiş saatlar və alayarımçıq məsləhətlər verə biləcəksənsə, tənha qalman daha xeyirlidi. Əgər dünyanı və onun ardındakı dünyaları istəyirsənsə, onda oxuyan qızla sevgili ol. Ya da ən yaxşısı yazan bir qızla sevgili ol sən.


Şərhlər: 17
Baxılıb: 1071
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
mumkun olan birseydi
16 fevral 2015 17:16
# 17
SEVGI DENIZIM
men oxumus insanlarla unsiyyeti lap cox sevirem
15 fevral 2015 20:21
# 16
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Ayti86
Oxuyan qizla sevgili olmaq bir terefe, evli olmaq daha cetindir. Sagolsun yoldawim ki, evlendiyimizden 5il menim oxumagima dozdu. Sebr eden biri, sonunda qalib geler. Amma hec bir qiza, oxuyarken aile qurmagi meslehet gormurem.
14 fevral 2015 20:08
# 15
~~ `Home is, wherever YOU are my Love `~~
Nazan
mence yaxsi fikirdi
14 fevral 2015 17:43
# 14
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
my_angel
Sitat: roksi1995
kitab oxuyan adamla sohbet etmek eylenmek maraqli olur cunki o kitab vasitesile her seyden xeberdar olur

beli
14 fevral 2015 17:12
# 13
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
xeyalperest
Kitab oxumagi xoşduram.burda yazilanlari oxuduqca ozum gedib ele qizla dost olmaq istedim tewekkur
14 fevral 2015 15:35
# 12
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
roksi1995
kitab oxuyan adamla sohbet etmek eylenmek maraqli olur cunki o kitab vasitesile her seyden xeberdar olur
14 fevral 2015 15:20
# 11
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Şəbnəm Vüsal
kitab oxumagı cox sevirəm.qrup uşaqları səhər imtahandı deyib hazırlaşanda mən kitab oxuyuram.dedektiv romanların isə vurgunuyam.
14 fevral 2015 14:59
# 10
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
BARBI
Sadece oxuyan qiz yox her seyden xeberi olan eylenceli qizla sevgili ol
14 fevral 2015 13:16
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Qlamurr
Həddindən çox kitab oxuyan olmuşam,hətta deyərdim ki,oxuduğum kitabların sayını itirmişəm,ancaq mənfi və müsbət tərəfləri var,mənfi tərəfi odur ki,o qədər oxuyursan ki,insanlardan uzaqlaşırsan(məsələn mən çox ünsiyyət quran deyiləm,insanlara soyuq insan təəsüratı yaradıram),romanlardakı kimi insanlarla qarşılaşmıyanda üzülürsən,insan reallıqla roman arasında qalır,belə desək hardasa robotlaşır,öz təcrübəmdən deyirəm,ancaq müsbət tərəfləri də çoxdu,savadlı,intellektual olursan,həyata baxışın fərqli olur....bir sözlə oxumaq lazımdı,ancaq ifrat dərəcədə yox....insan həyatında hər şey olmalıdı.....
14 fevral 2015 13:04
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
leyla_258
teki,butun qizlar oxuya bilse 09
14 fevral 2015 11:55
# 7
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Tomris Müslümova
oyy men mekteb vaxti cox oxuyurdum indi azca yzaqlasmisam
14 fevral 2015 11:25
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aynur2002
Oxuyan qizla sevgili olmaq bir ayri curdu.
14 fevral 2015 11:17
# 5
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Bestoş
mence oxuyan qizdan niyede sevgili olmasin
14 fevral 2015 09:57
# 4
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
lili)
oxuyan qizlarin fikri kitabda olur ona gorede alinmir ikiye bolune bilmir
14 fevral 2015 09:54
# 3
ayan97
Mende oxiyan qizam 16 si mekteb acilir telfonu unudacam qiymetlerim yaxsidir amma birazda qaldiracam vee o zaman geleceye yakisir melleme olacam insallah…)
14 fevral 2015 09:27
# 2
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Fialka
Əgər ona sadəcə monotonluq, itirilmiş saatlar və alayarımçıq məsləhətlər verə biləcəksənsə, tənha qalman daha xeyirlidi. Əgər dünyanı və onun ardındakı dünyaları istəyirsənsə, onda oxuyan qızla sevgili ol. Ya da ən yaxşısı yazan bir qızla sevgili ol sən..
Çox gözəl mənalı cümlələrdi əsasda sonda deyilənlər təşəkkürlər
14 fevral 2015 08:40
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz