Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
O kişilərdir, nə vaxtsa qayıda bilər. Qadınlar həmişəlik gedir
O kişilərdir, nə vaxtsa qayıda bilər. Qadınlar həmişəlik gedir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 953
Səs ver:

http://imgs.su/tmp/1322488062-656.jpg

 

Onu ilk dəfədən bəyənmişdim.Məni təbii səmimiliyi ilə təəccübləndirmişdi.Danışmaq

istəyəndə birbaşa demirdi,elə maraqlı bəhanələr tapırdı

ki.Özünəməxsus vərdişləri vardı.

Belə qadınlar kişiləri başlı-başına buraxır.Sən bilirsən ki,o sənindir,və səndən heç yerə

getməyəcək.Amma ondan ayrılmaq da istəmirsən.Ona

hər zaman qayıtmaq olar.O səni sevir.Başa düşəcək və bağışlayacaq.

Onunla həmişə özünsən,onunla hər zaman rahatdır sənə.Çünki onda çoxlarında olmayan

bir keyfiyyət var-o sevdiyinə sədaqətlidir.Başqa cür

ola

bilmir.

Sədaqət,etibar dostluq kimidir,pulla almaq olmur. Bilirsən ki dostun avaranın

biridir.Amma alçaq deyil.Buna görə də dostundur.Çətin anlarda

yanında olacaq,dayaq duracaq.Amma hər şey yaxşı olanda ikinizin də avaralığınız böyüyür.

alt

Mən onunla vaxt keçirə bilməyəndə deyirdim işlərim çoxdur.O isə həmişə inanırdı.O mənə

həmişə inanırdı.Sonra mən aldatmaqdan

yoruldum.Dedim ki ayrılaq.Ona çətin idi,amma razılaşdı:

-Yaxşı,əgər sən belə lazım bilirsənsə ayrılaq.

-Sən məndən incimirsən?

-Yox,mənim səninlə bağlı həmişə xoş xatirələrim olacaq.

O heç vaxt açıq-saçıq mesajlar yazmırdı.2 ayda bir dəfə zəng edərdi, onda da maraqlanardı

ki mənimlə hər şey qaydasındadırmı.Bəzən də mən

onu eşitmək istəyirdim, özüm zəng edirdim. Deyirdim zəng etmişəm biləsən ki mənimlə

hər şey yaxşıdır, narahat olmayasan).O gülürdü və

mən

hiss edirdim ki, o əvvəlki kimi mənimdir.

alt

Mən dostlarımla vaxt keçirirdim,qızlarla əylənirdim. Amma bu da nə vaxtsa adamı

bezdirir.Onda mən ona qayıtmaq istədim.Və bir axşam ona

zəng etdim...Deyəsən vaxtsız zəng etmişdim.Elə bil sinəmdən bıçaq keçdi. Elə bir ağrı

duydum.

Siz də yəqin ki nə vaxtsa belə bir vəziyyətdə olmusunuz? Qızla bir yerdəsən, birdən ona

zəng gəlir. Sənin yanında uzanaraq cavab verir ki

məşğuldur,rəfiqəsinin ad günündədir.Sonra da sənə gileylənir ki, bax necə qırsaqqız

oğlanlar var ey əl çəkmirlər adamdan.

Əla vəziyyətdir elə deyil? Sən də onu əzizləyirsən, özünü qalib hiss edirsən. Düşünürsən

ki,qoy zəng etsinlər...onsuz da o sənindir.

Bax elə bir anda da yəqin mən zəng etmişdim.O zəngimə cavab verdi, amma mən səslər

arasından yuxulu kişi səsini də ayıra bildim.

-Salam

-Sən danışa bilirsən?

-Yox,mən sonra sənə zəng edərəm.


alt

İllər ərzində ilk dəfə idi ki o zəng etmədi. Nə o axşamı,nə də sonralar. Mən başa

düşdüm.Mən onu tanıyırdım. O sevdiyi adamdan ayrılmayacaq

və heç vaxt da ona xəyanət etməyəcək.

Sənin çox sayda qadınların ola bilər. Amma onlardan bir və ya ikisi həmişəlik yadında

qalacaq. O qadınlar ki sənə etibarlı idi. Amma bunu

yalnız onlar gedəndən sonra başa düşəcəksən.

O kişilərdir, nə vaxtsa qayıda bilər. Qadınlar həmişəlik gedir.

alt


Şərhlər:
Baxılıb: 953
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz