Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üzr istəməkdən çəkinməyin!
Üzr istəməkdən çəkinməyin!
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 20
Baxılıb: 943
Səs ver:
Ən yaxşı tərbiyə örnək ola bilməkdir. Bir şeyi yüz dəfə deməkdənsə, bir dəfə yaşayaraq göstərmək daha təsirli və inandırıcı olur.

Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının gözəl tərbiyə ilə sağlam yetişməsini arzu edirlər. "Gözəl tərbiyə” dedikdə, əlbəttə, ilk növbədə adamın ağlına ədalətli olmaq, haqqın tərəfində durmaq, başqalarına qarşı səmimi, təvazökar davranmaq, insanlara xeyir verməyə çalışmaq, zülmə boyun əyməmək... kimi keyfiyyətlər gəlir.

Bu saydıqlarımın içərisində ədalət və təvazökarlıq, heç şübhəsiz, çox mühüm yer tutur. Əslinə qalanda əksər müsbət keyfiyyətlər eyni ağacın budaqları kimi bir-birinə bağlıdır.

Biz insanıq və xətalardan, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərək xətalar edirik. Xətamızı anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol, ən xeyirli seçim də budur.

Siz ailə başçısısınız və övladlarınız sizin hər əməllərinizə göz qoyur, sizdən öyrənirlər. Öyrənmək deyəndə, sınanmış bir gerçək var ki, uşaq eşitdiyini yox, gördüyünü götürür. Əgər siz övladınıza söz verib yerinə yetirməmisinizsə, bir də onunla dürüstlükdən, mərdlikdən, ədalətli olmaqdan danışmağınız əbəsdir. Çünki uşaq o yalanınızı üzə vurmasa da, ürəyində söylədiklərinizə yox, elədiklərinizə görə sizə dəyər verəcək. Valideyn üçün də bu, çox ağır fəlakətdir ki, övladı ona inanmır, sözünə etimad eləmir, amma bunu üzə vurub onu üzmür, sadəcə, ağır yük kimi ürəyinin bir tərəfində saxlayır.

Ola bilsin ki, bir söz vermisiniz və necə olubsa, o vədinizi unutmusunuz. Övladınız da o sözü sizə xatırlatmağa həya edir, istəmir ki, qəlbinizi qırsın və ya sizə inanmadığınızı üzünüzə desin. Üstündən xeyli keçəndən sonra birdən verdiyiniz o söz yadınıza düşür. Övladın nəzərində öz etimadınızı bərpa etmək üçün mütləq üzr istəmək lazımdır. Təkcə üzr istəmək yetərli deyil, verdiyiniz sözü də yerinə yetirməyə çalışmalısınız. Əgər iş işdən keçibsə, yəni o vədiniz daha bir əhəmiyyət daşımırsa və ya onu yerinə yetirmək mümkün deyilsə, o xətanı kompensasiya edə bilmək üçün təkliflər irəli sürməlisiniz. Yəni əsas məsələ etimadı bərpa etmək, övladın nəzərində yalançı valideyn kimi tanınmamaqdır.

Başqa misallar gətirək: sizə lazım olub və heç fərqinə varmadan övladınız üçün çox gərəkli bir kağızı və ya hər hansı yazını onun icazəsi olmadan götürmüsünüz. İndi övladınız o itkinin yerini doldurmaq üçün xeyli əziyyət çəkməlidir. Əlbəttə, üzr istəmək lazım gələcək.

Başqa bir misal: dərs ili başlayıb, amma siz hansısa problem üzündən övladınıza vəd etdiyiniz şeyləri hələ də ala bilməmisiniz. Əlbəttə, həm üzr istəmək, həm də həqiqəti onunla paylaşmaq lazımdır.

Dərs ilini uğurla başa vuracağı təqdirdə, ona velosiped hədiyyə edəcəyinizi demişdiniz, yenə sizdən asılı olmayan və ya hansısa üzrlü səbəbə görə gecikir və övladınız o xəyalına qovuşmaq üçün çox səbirsizlik edir. Yenə həm üzr istəyəcək, həm də gerçəyi söyləyib, bir qədər də gözləməsini xahiş edəcəksiniz.

Təkcə övladdan deyil, həyat yoldaşından, bacıdan, qardaşdan, qonşudan, daha doğrusu, kimə qarşı xəta işləmisinizsə, ondan üzr istəmək sizi ağıllı övladın gözündə daha da ucaldar.

Təbii ki, həssas davranmalı və mümkün qədər xətalardan, günahlardan uzaq durmağa çalışmalıyıq. Amma əlimizdən bir xəta çıxdısa, onu aradan qaldırmaq üçün də əlimizdən gələni etməliyik. Sizin övladınız başa düşməlidir ki, insan başqalarının haqqını tapdamamağı, tapdadısa, xətasını anlayan kimi haqqı, ədaləti bərpa etməyi özünün həyat prinsipinə çevirməlidir.

Əgər siz ailədə, uşaqlarınızın qulağı eşidə-eşidə qonşunun qeybətini edirsinizsə, onun haqqında iftira danışırsınızsa, inanın ki, ən böyük ziyan özünüzə dəyəcək. Çünki bu qədər ağır bir hadisədən sonra övladınız nə qədər çalışsa da, öz nəzərində sizin dürüst insan obrazınızı formalaşdıra bilməyəcək.

Üzr istəmək mənəvi yüksəklikdir, üzr istəyən ədalətli adamdır. Həm də cəza alacağından qorxmadan, güclü, üstün olduğu halda üzr istəmək, qarşı tərəfin kim olmasından, sosial durumundan asılı olmayaraq ondan halallıq istəmək böyüklükdür.

Üzr istəməyi əskiklik sayan, haqsız olduğunu bilə-bilə inad edən, təkəbbürlü davranan heç vaxt yaxşı adam ola bilməz.

Təvazökarlıq insanın böyüklüyünün, təkəbbür isə kiçikliyinin ölçüsüdür. El arasında deyildiyi kimi, ağac nə qədər çox bar verirsə, başını o qədər aşağı dikər. Barlı ağac kimi dolu olub, təvazökar davranmaq üstünlükdür.

Bu məsələdə orta yolu tutmaq çox önəmlidir. Təkəbbür göstərmək zərərli, özünə zülm etmək olduğu kimi, xəta işləməyi və üzr istəməyi adət halına gətirmək də insana bir şey qazandırmaz. Amma bütün hallarda üzr istəmək təkəbbürdən daha yaxşıdır.

Biz uşaqlarımızdan üzr istəməyi bacarmalıyıq ki, onlar da bir xəta işlədiklərini anlayan kimi üzr istəyə bilsinlər. Yəni tərbiyənin təməli valideynlərin üzərinə düşür. Bu mövzuda valideynlər nə əkərlərsə, onu da biçərlər. Doğrudur, bəzən bu prinsip də özünü doğrultmur, amma hər halda biz valideyn olaraq boynumuza düşənləri qüsursuz şəkildə yerinə yetirməklə mükəlləfik.

Üzr istəməyi bacarmayan övlad ya bunun qarşılığını nə zamansa ağır cəza ilə ödəməyə məhkum olur, ya da bu təkəbbürünə görə cəmiyyətdən çıxdaş edilir. Əslində bu cür insanları kimsə sevməz, onlara etibar, etimad etməz. Üstəlik də, təkəbbür elə bir mənəvi xəstəlikdir ki, uzaq çevrədən başlayaraq mərkəzə doğru yaxınlaşır və bir gün övlad eyni münasibəti ən yaxınlarına, valideynlərinə belə göstərir.

Üzr istəyəni bağışlamaq da mənəvi ucalığın, böyüklüyün əlamətidir. Bəndələrinin günahlarını bağışlayan Allah bu yolu tutan qullarını sevər.

Evdə övladlar böyüyür. Siz bəzən onlarla söhbət edirsiniz və bu söhbət zamanı öyüd-nəsihət verirsiniz, amma əmin olun ki, onlar sizdən eşitdiklərini deyil, gördüklərini götürürlər. Ona görə də nə dediyinizi və nə deyəcəyinizi irəlicədən yaxşı-yaxşı ölçüb-biçməlisiniz. Övladınızın ədalətli, təvazökar, səmimi, xeyirxah olmasını istəyirsiniz. Bunun üçün gərək onda görmək istədiyiniz keyfiyyətləri özünüz yaşayaraq nümayiş etdirəsiniz. Uşaq sizin söylədiklərinizi sözdən deyil, gördüklərindən alaraq öz ruhuna, xarakterinə hopdurmalıdır. Əgər bunu bacarsanız, demək, məqsədinizə nail ola bilmisiniz.

Üzr istəməkdən çəkinməyin. Siz övladınızdan üzr istəyin ki, o da böyüyüb bir xəta işləyəndə başqalarından üzr istəyə bilsin. Yoxsa hansı əməl boşa gedəcək ki?! Bir gün hər şeyin hesab-kitabı olmayacaqmı?- Əlbəttə, olacaq. Var, inanın ki, var, hər alınan nəfəsin, hər atılan addımın hesab-kitaba çəkiləcəyi bir gün var. Övladınızı o günə hazırlamaq istəyirsinizsə, bu dediklərimiz haqqında ciddi-ciddi düşünməlisiniz. Düşünün, doğru istiqamətdə düşünmək də ibadətdir. Düşünün, Allah köməyiniz olsun!


Şərhlər: 20
Baxılıb: 943
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Cimbom Nilay
səhvim olan zaman həmiçə üzr istəmişəm. Mən beləyəm, tanısınlar məni qoy, mən beləyəm.. 122
1 iyun 2015 21:50
# 20
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
ece uslu
səhvim olan zaman həmiçə üzr istəmişəm
7 fevral 2015 23:21
# 19
Nazan
neye gore
6 fevral 2015 20:56
# 18
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
kama99
twk maraqliydi
6 fevral 2015 10:44
# 17
ismayilova ulker
Tam yazmaq ustədiyimi yazmısan bacı. Həqiqətən belədi...
Sitat: arzum-aysum
Men həmişə demişəm, uşaq gördüyünü götürür. Necə deyərlər "aşıq gördüyünü calir" ona görə də uşağın yanında çox ehtiyatlı davranmaq, hər bir hərəkətə, ağızdan çıxan hər bir sözə diqqət etmək lazimdi
5 fevral 2015 03:15
# 16
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
leyla_258
men hec vaxt uzr istemekden cekinmerem...........
4 fevral 2015 18:21
# 15
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
sona
Eger sehvim varsa her zaman uzur istemiwem istiyeremde. Uzur istemeyin ozu boyuklukdu. Ve her adam bacarmaz bu boyukluyu
4 fevral 2015 16:43
# 14
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
FISTIK
men uzur istiyerem ola biler sefimde yoxdu teki inciklik olmadin kusulluk olmasin deye uzur istiyerem. amma bu o demek deyilki her kese bezi yaxinlarimdan. umumilikde kicikde olsa sefim varsa uzur istiyirem. vede bagisdiyanam kinli deylem
4 fevral 2015 13:33
# 13
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
medine yusif
Sehvim varsa uzr isteyirem. Ama bele hec vaxt!
4 fevral 2015 13:21
# 12
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
emis
uzr istemeyi hami bacarmalidir menim kimi(yalansa)
4 fevral 2015 11:36
# 11
Gulu-Qezi
cox duzgun qeyd edilib
4 fevral 2015 10:41
# 10
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
ayan97
Uzr istemeyi xoslamiram eyer yox sehvim varsa uzr istiyerem.. hrc xoslamiram kimse mennen uzr istesin... Esas odi sehvini basa dussun...
4 fevral 2015 10:41
# 9
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Melissa
men uzr isteye bilmerem.
4 fevral 2015 10:28
# 8
Tomris Müslümova
sehvim yoxdusa meni oldur uzr istemerem dunya dagilsada
4 fevral 2015 10:26
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Bestoş
sef eliyende hemiwe uzur isteyirem ama bezi insanlar qururla uzr istemirler
4 fevral 2015 10:03
# 6
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
arzum-aysum
Men həmişə demişəm, uşaq gördüyünü götürür. Necə deyərlər "aşıq gördüyünü calir" ona görə də uşağın yanında çox ehtiyatlı davranmaq, hər bir hərəkətə, ağızdan çıxan hər bir sözə diqqət etmək lazimdi
4 fevral 2015 09:44
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Fialka
Üzr istəməyi əskiklik sayan, haqsız olduğunu bilə-bilə inad edən, təkəbbürlü davranan heç vaxt yaxşı adam ola bilməz
Təvazökarlıq insanın böyüklüyünün, təkəbbür isə kiçikliyinin ölçüsüdür.
Çox gözəl izah olunub ancaq bəzi valideynlər düşüncə tərzi başqadı çoxları bunlara riaət etmir bilmirlərki uşaq ağ kağızdı nə yazsan o da qalacaq ...
4 fevral 2015 09:41
# 4
BARBI
Eger heqiqeten sehvim varsa uzr istemeyi bacariram
4 fevral 2015 09:37
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
xeyalperest
Bir tevezokarligi bacarmiram. Tewekkur

Bir tevezokarligi bacarmiram. Tewekkur
4 fevral 2015 09:26
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
lili)
calisiramki el terbiye verimki sehv etmesinler yox eger ediblerse 5 deqiqe dusunme sansi var ve hemen uzur isdeyirler
4 fevral 2015 09:00
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz