Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şizoaffektiv pozğunluq
Şizoaffektiv pozğunluq
Göndərən: Narınc Rüstəmova
Şərhlər: 9
Baxılıb: 548
Səs ver:

Şizoaffektiv pozğunluq diaqnoz olaraq bir adama, ya da ailəyə deyildiyində olduqca təəccübləndirici bir anlayış halına gəlir. Narahat bir baxışdan sonra ümumiyyətlə eşitdiyimiz söz, "yəni şizofreniyamı?” olar. Buna görə şizofreniya və şizoaffektiv pozğunluğun fərqlərini açıqlamaq faydalı olardı.

Bütün dünyada edilən tədqiqatlar, şizoaffektiv pozğunluğun, ifadə şiddəti gərəksə xəstəliyin nəticələri baxımından həm şizofreniyalı həm də əhval pozğunluqlarından fərqli bir seyr göstərdiyini vurğulayır. Psixiatriyada istifadə edilən və hər kəsin eyni xəstəliyə eyni adı verə bilməsi üçün lazımlı, standartlaşdırma məqsədli inkişaf etdirilmiş diaqnoz təlimatında,şizoaffektiv pozğunluq,psixotik pozğunluqlar qrupu içində ayrı bir xəstəlik olaraq təyin olunmuşdur. Diaqnoz qoymaq üçün adamın şizofreniyanın bəzi əlamətlərini və depressiya ya da mani kimi affektiv pozğunluğun bəzi əlamətlərini bir yerdə göstərməsi lazımdır.Məsələn,adam xəyallar görə bilər,xəyali səslər eşidə bilər,təqib edildiyinə dair bir paranoyası ola bilər,bir tərəfdən də zaman-zaman çöküklük,zövq ala bilməmə, yuxu pozğunluqları ilə müşahidə olunan depressiya,ya da özünə inam artımı,ruhi və fiziki sürətlənmə, yuxusuz olmağa baxmayaraq yorğun hiss etməmə,yüksək sürətlə danışma kimi manik əlamətlərözünü biruzə verər.Bu vəziyyətlərdə üç diaqnoz ola bilər.Bu çox texniki sayıla biləcək bir mövzudur ancaq internet çağı ilə birlikdə ailələrin və xəstələrimizin axtarışı,informasiya səviyyəsi diqqətə çarpan artmışdır.Sağlam və aydın məlumata çatmaq bəzən çətin olur,bu səbəblə qısaca toxunmaq uyğun olacaq.Bir adamda bəhs etdiyim üzrə psixotik əlamətlər və depressiya əlamətləri bir yerdə görülürsə üç diaqnoz ağla gəlir,hər üçünün də gedişatı və müalicə prosesləri bir-birindən fərqlidir.

Birincisi şizofreniya və ikinci diaqnoz olaraq depressiya yaşana bilər. Bu ən pis gedişatlı formadır. Ortada iki müxtəlif diaqnoz vardır. Depressiya əlamətləri ortadan qalxdıqda da psixotik əlamətlər eniş çıxışlarla davam edəcək.

İkinci ehtimal, psixotik xüsusiyyətli depressiyadır. Tək diaqnoz vardır, depressiya. Ancaq bu, depressiya içində şübhələr, xəyali səslər kimi psixotik əlamətlər saxlayan bir depressiyadır. Ən yaxşı gedişatlı qrupdur. Depressiyanın müalicəsi ilə psixotik əlamətlər də ortadan itəcək. Göstəricilər bir-birinin üstündə ortaya çıxmışdır. Yəni adamın psixotik əlaməti həmişə depressiv hücum əsnasında meydana çıxar.

 

Üçüncü qrup isə şizoaffektiv pozğunluqdur.Yenə ortada tək diaqnoz var.Klinik gedişat şizofreniyaya görə daha yaxşı, depressiyaya görə daha ağırdır. Adamın depressiya (və ya manik) əlamətləri xəstəliyin müddətində,zaman olaraq əhəmiyyətli yer tutur, təkrarlayıcı olur. Ancaq əhəmiyyətli olan depressiya ya da maniya kimi əhval əlamətləri olmadan da ən az iki həftə müddət ilə adamın psixotik əlamət göstərməsidir. Məsələn, bir adam 3 ildir davamlı psixotik əlamət göstərir, bu üç il ərzində də bir dəfə altı ay depressiya keçirmişsə, diaqnoz böyük ehtimalla şizofreniya və depressiya olarkən adam üç il ərzində üç dəfə depressiya atakı, bir dəfə də maniya atakı keçirmiş, bu atakların xaricindəki zamanların əhəmiyyətli qismində də psixotik əlamət görülübsə,diaqnoz şizoaffektiv pozğunluq olar.

Şizoaffektiv pozğunluğu tamamilə ortadan qaldıran bir müalicə forması yoxdur. Amma əlamətlər müvəffəqiyyətli şəkildə idarə oluna bilər. Şizoaffektiv pozğunluq əlamətləri insandan-insana böyük miqyasda dəyişə bilər və yüngül və ya şiddətli ola bilər.Ən çox müşahidə olunan şizoaffektiv pozğunluq əlamətləri bunlardır:

Depressiya dövrü:

  • İştahsızlıq
  • Çəki itkisi və kilo alma
  • Yuxu vərdişlərində dəyişikliklər (çox az və ya çox yatmaq)
  • Təşviqat (həddindən artıq narahatlıq)
  • Enerji əskikliyi
  • Adi fəaliyyətlərə qarşı maraq itkisi
  • Dəyərsizlik və ya ümidsizlik duyğuları
  • Günahkarlıq düşüncələri
  • Düşünə bilməmək və ya konsentrə ola bilməmə
  • Ölüm və ya intihar düşüncələri

Maniya dövrü:

  • Biznes və sosial fəaliyyət də daxil olmaqla artmış fəaliyyət
  • Artan və ya sürətli danışma
  • Sürətli,bir-biri ilə yarışan düşüncələr
  • Yuxu ehtiyacında azalma
  • Mənlik hörmətindən şişmədiqqət dağınıqlığı
  • Zərər verici və riskli davranış (məsələn,həddindən artıq xərcləmə,sürətli avtomobil istifadə etmə)

Psixotik əlamətlər:

  • Sayıqlamalar (gerçəyə söykənməyən və əksinə isbat edilsə belə israr edilən qəribə inanclar)
  • Hallüsinasiyalar (məsələn,səslər eşitmə kimi gerçək olmayan hisslər)
  • Düşüncələrin sıralı olmaması
  • Qeyri-adi davranışlar
  • Yavaş hərəkətlər
  • Üz ifadəsi və danışmada duyğu əskikliyi
  • Səhv motivasiya
  • Danışma və ünsiyyət problemləri

Psixoz əlamətləri hər kəsdə dəyişik şəkillərdə görülər və bu məzmunda psixotik bir xəstəliyə müəyyən bir ad vermək ya da etiketləmək erkən mərhələlərdə hər zaman faydalı deyil.Bununla birlikdə,bir adamda psixoz əlamətləri görüldüyündə ümumiyyətlə,müəyyən bir psixotik xəstəlik diaqnozu qoyular.

Diaqnoz,bir xəstəliyin adamın göstərdiyi simptomlara görə təyin olunmasıdır.Diaqnoz,xəstəliyin səbəblərinə və ifadə nə qədər sürdüyünə bağlı olaraq qoyulur.Bir adamda psikoz əlamətləri ilk dəfə görüləndə,bu mərhələdə xəstəliyi təyin bir çox faktorun hələ dəqiq olmaması səbəbiylə,nə cür bir psixotik pozğunluq olduğu diaqnozunu qoymaq xüsusilə çətindir.


Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi



Şərhlər: 9
Baxılıb: 548
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
masallah nur topu kimi bir depresiyam var
26 yanvar 2015 21:12
# 9
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
emis
boyy Allah uzaq elein qorxdum bir anliq
26 yanvar 2015 15:46
# 8
rəmsə
Bizim bir uzaqdan qohumumuzda vat bu xəstəlik.O hətta cinlər filanda gördüyünü deyir
26 yanvar 2015 13:22
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
sona
men bele bir nesili taniyiram. Bir nesilde 5 neferde var bu xestelikden. İrsi xestelikdi Allah wefa versin her kese
26 yanvar 2015 13:06
# 6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
KRALİCEM
Bele xesdelik olan birirni taniyiram allah sefa vsin
26 yanvar 2015 12:48
# 5
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Gulu-Qezi
melumata gore sag olun
26 yanvar 2015 12:46
# 4
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Qlamurr
Məndə eşitdiyim qədərilə bu xəstəlik çox vaxt irsi olur,ancaq belə bir xəstəliyin daşıyıcısı olan insan tanımıram.Məlumatlandırdığınız üçün tşk...
26 yanvar 2015 12:34
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Bu xəstəlik haqqında coxda məlumatım yox idi,şükür ətrafımda belə bir halla qarşılaşmamışam inşallahdaki qarşılaşmaram allah əziyyət cəkənlərə şəfa versin.
26 yanvar 2015 11:35
# 2
BARBI
bu xestelikde olan bir tanidigim var eyni bu hallari kecirir bu xestelik hem de irsen kecir .allah bizi bele xesteliklerden qorusun
26 yanvar 2015 09:45
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz