Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağrıyan başımız və ya başsızların baş kəsməsi
Ağrıyan başımız və ya başsızların baş kəsməsi
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 711
Səs ver:
Axırıncı dəfə yerli xəbərlərin hansına sevinmisiniz? Hansı Sizi doğrudan da xoşbəxt edib? Sizdə təbəssüm yaradıb? Mən canlı efirdə şpaqata oturan adamlara primitiv yumor hissiylə ağız dolusu gülənlər üçün maraqlı olan klişe xəbərləri demirəm. Mən salonundan it iyi gələn, sürücülərinin isə özlərini Formula 1 yarışında olduqlarını zənn edən marşrut avtobusların yanından keçdiyi  yeni tikilən möhtəşəm stadion barədə "aztv, aztv” hazırlanan "basıb-bağlama” reportajlardan da danışmıram. Mən Sizi heç olmazsa 2 dəqiqəlik məsud edən yerli xəbərlərdən danışıram. Son dəfə haçan belə xəbər eşitmisiniz?

Ötən gün şəhərin mərkəzində qanlı hadisə baş verib. Hələlik yayılan xəbərlərə görə, gənclər arasında yarnan mənasız münaqişə nəticəsində gənclərdən biri digərinin boğazına bıcaq soxaraq başını kəsib, o birisini isə ağır yaralayıb. Sonra hər şey standart şəkildə davam edib. Qətli törədən igid hadisə yerindən təbii ki, qaçıb, yaralını aparıblar xəstəxanaya, başı kəsilən bədbəxt isə meyid şəklində bir müddət yerdə uzanıb. Sonra onu da aparıblar, bu dəfə birdəfəlik. Aydın məsələdir ki, ətrafdakı həmvətənlər hadisə vaxtı münaqişəyə məhəl qoymayıblar, hər şeyi kino kimi kənardan izləyiblər və ancaq qətldən sonra əllərində telefon tələsik hadisə yerinə yığılışıblar ki, bəs aşxam faceookda "tema var”, "ayə çəkin, çəkin”.  

Təsəvvür edirsiniz, şəhərin mərkəzində, o qədər adamın gözü önündə bu cür dəhşət yaşanır və heç kim buna mane olmağa çalışmır? Mən təsəvvür edirəm. Lap əla təsəvvür edirəm. Onu da təsəvvür edirəm ki, oradan qısa ətəkli bir "uuf, ceyrandı, ceyran” keçsəydi, böyükdən kiçiyə hamısının yadına vətən, mentalitet-zad düşəcəkdi, hamı bu işə dərhal qarışmağa can atacaqdı. Ya da orada məsəlçün bir transvestit dayansaydı, hamı tökülüşəcəkdi onun başına ki, "ay uşaq, ged başqa həyətdə oyna, burada ana-bacımız var, bura Azərbaycandır, vətən, Dədə Qorqud, Səbzəli aş, qayıdın da nolub Sizə?Hamınız oğraşsız! ”. Amma orada adamın başını kəsdilər və bir "gözəl adamın balası” da tapılmadı ki, bu işin olmasına bir əmma dürtsün, qətlə mane olsun.

Adamlar var insanlıqdan, sevgidən, mənəvi dəyərlərdən uzaq abu-havada, qohum-qonşunun "tırkasına” gedərək ailə qururlar, sonra da özləri kimi mənəviyyatsız, heyvan instinktli uşaqları dünyaya gətirirlər. Bunların hamısı bir yana, o uşağa heç  tərbiyə də vermirlər. Tərbiyə vermirlər cəhənnəmə, sağlam adamlardan tərbiyə almaqlarına da heç bir imkan yaratmırlar. Əksinə, onların sağlam tərbiyə almamaları üçün sanki hər şeyi edirlər.

Atam balası, oğullarının oxumamasına, avara olamsına, tərbiyəsiz qalmasına bir söz demirlər, amma ata ananın yanında siqaret çəkilməsinə əsəbləşirlər, dava-dalaş salırlar. Qızlarının elm öyrənməməsinə  görə  fikir etmirlər, amma intim həyatlarında bir az inkişaf olan kimi yadlarına namus-flan düşür, dərd çəkirlər. Elə bil namus ancaq qızlarının vaginasından ibarətdir, yəni mənəvi anlayışdan söz gedə bilməz. Namus pərdədir, vəssalam.  Qızlarına həyatı öyrətməyib erkən yaşda bədbəxt edirlər, bu qeyrətsizlik sayılmır, amma özəl həyat söhbəti ortaya çıxan kimi qeyrətdən-zaddan danışırlar. Oğullarına yalan danışmamağı, qadınları təhqir etməməyi, insanlara hörmət edib onları sevməyi öyrətmirlər, o uşaqlar da böyüyür şəhərin mərkəzində kiçik mübahisəyə görə baş kəsirlər.

Bu qədər sünilik olar? Bu qədər ikiüzlülük olar? Bu qədər iyrənc yalan olar? Bunların xəbəri var ki, eşikdə 21 ci əsrdir? Ya cəhalət, insest bütün beyinlərini iflic edib?

Bəzən fikirləşirəm ki, bizim yaşlı nəsil ancaq ya bulvarda saatlarla domino oynayıb siyasətdən dəm vuraraq "Hamısı Amerikanın, Rusiyanın işləridir” deməklə məşqul olur, ya bütün günü ancaq "indiki gənclərdə tərbiyə yoxdur” məzəmmətləriylə zaman keçirir, qonşuların qeybətini edir, ya da metorda adamdan yer tələb edən baxışlarla adamı başdan ayağa süzür. Sanki cəmiyyətdəki bütün problemlərin səbəbi təkcə sənin pox  yeyib, qələt eləyib metroda oturmağındır. "Zato bizdə metroda, avtobusda qocalara yer verirlər.”

Lətifəsi sağlam ruhlu, ziyalı , gerçək ağbirçək və ağsaqqallardan uzaq, amma, böyüklər böyük olmayınca, zibil olduqca, kiçiklər də zir-zibil olacaq və bu baş kəsmələr davam edəcək.
Başınızı qoruyun!

© Rüzgar Mövsüm


Şərhlər: 17
Baxılıb: 711
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
GünƏşimƏ_AiD_
Heqiqetdi bu.cox qeribe oldum pis tesir etdi.ele seye qiraqdan durub baxmaq olar?soz demek vasbey soz tapmaq qeyri mumkun bir seydi.Allah bilir axirimiz hara gedir.bele saeylere gore xeberle baxmiram.cunki baxdiqca ureyim aqrayir.insanlarin insanliqlari qalmiyib.hec.vicdan deyilen sey yoxdu..Allah axiretimizi xeyir etsin.baska hecen
19 mart 2015 01:36
# 17
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Nazan
yaxsidi
6 fevral 2015 20:45
# 16
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
lili)
Meqaleni beyendim bizim tanidiqimiz idmanci 20 yaslarinda bir gencinde heyatina qiydilar vazqal ciqanlari heyif hec neyin usdunde satasdilar usaqa gorusubler hersinin dalinda bir talpa usaq oldurduler heyif men mehettel qaldimki bicaqlanandan sonra dostlar yaxina gelir taksi caqirib xesdexanaya catmamis dunyasini deyisir bu hadise mene cox tesir etdi yani insanliq bu qedermi olub qiraqdan durub baxmaqdansa komek etmek olmazdimi polis caqirmaq heresi bir terefinden tutublar biride bbicaqlayib indiki dovurden doqurdanda cox qorxuram vallah menimde oqlum boyuyur yazdiqlarinizin hamisi doqrudu ne deyek qocaalar hele aqsaqqalliq etmek evezine aqcaqqalliq edirler insanliq olubee vallah
6 fevral 2015 07:53
# 15
ismayilova ulker
Çox yerinə düşdü bu məqalə. Düz sözə nə deyəsən. Indi həqiqətən zəmanə tamam başqadı. Insanlar vəhşiləşib. Əlbəttə bir başı papaqlı olsaydı o gəncin başının kəsilməsinə imkan verməzdi. Düzdü namus qeyrət kəlməsi insanlarda tamam başqa tərəfə yönəlib. Namus deyəndə çoxunun başı ancaq bir tərəfə işləyir... Azdımı bədbəxt hadisələr zamanı əlində mob telefon youtuba kadr yerləşdirənlər. Deyirlər Avropa nə Avropa .? Avropalı bu qələti eləməzki bizimkilər edir. Avropadan hərşey götürdük bircə mədəniyyətdən başqa. Bizdə mədəniyyət sanki genetik gəlir. Mədəniyyətsizim Biqeyrətizm devridi indi. Məni ənçox yandıranda bu gün haqqında söhbət gedən gənclərin gələcəyin ağsaqqalı olub ortalarda gəzməsidi. Bunlar kimənə tərbiyə nə məsləhət verəcəklər ? Bunları düşünəndə bir filmdə deyildiyi kimi insanın tükıəri biz biz olur. Allah cəmiyyətimizi gələcəyimizi belə dırnaq arası ağsaqqallardan qorusun.
6 fevral 2015 00:33
# 14
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
FISTIK
Devran donube ha de ozunu ye tok basa sal, meqale yaz ve yaxud neyleee qabina qoyulan qoyulub.
5 fevral 2015 23:21
# 13
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
arzum-aysum
Adminimizden yenə də bir Az yumoristik ancaq coxxxxxx acı həqiqəti əks etdirən yazı. Həqiqətən də bu gün yaşadığımız cəmiyyət budu. Danilmasi qeyri mümkün, ancaq görməkdən gəldiyimiz cəmiyyət... Tərbiyə... Və günü gündən ölməkdə olan insanliq
5 fevral 2015 23:02
# 12
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Baharim ol
BIzde bu cemiyyetin insanlariyiq.ozumuz ozumuzede sual verek gorek men de orda olsaydim ise qarisardim yoxsa otub kecerdim yoxsa polis cagirardim? mence bunuda fikirlesmek lazimdir
5 fevral 2015 18:13
# 11
Ama yenede
uliçka
Cənab Mammadov, halal olsun... nə deyim düz söhbət
5 fevral 2015 14:45
# 10
Həyat kino kimidir,ən marağlı anında bitir
aynur2002
Ne deyim hec bilmirem
5 fevral 2015 14:29
# 9
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
gulunnn
duzdur ammaki hec kes bunu qebul etmek istemez caliwaqin bele olmasin
5 fevral 2015 13:43
# 8
efsane..
eh teessufki dogrudu cemiyyetimiz ireliye deyilde geriye gedir
5 fevral 2015 13:21
# 7
BARBI
Gozel yazilmis meqaledi biz bezen qebul etmekde cetinlik cekirik yazilannarin hamisi heqiqetdir. Indiki gencler cox deyisilib avropaya meyillilik var ister geyim ister terbiye ister danisiq yaxsi seyler ornek goturulmur ne qeder pis seyler var ornek gotururler usaqlarimizi zemane pozur kompyuter internet telefon hamisi eks tesir gosterir
5 fevral 2015 13:06
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ayti86
Meqalenk cox beyendim. Bele bir xeberi oxumaq istemezdim amma fakt bu hadise baw veribse yazilmaga deyer. Indiki gencler tam bawqa fikirlerle boyuyur. Kicik vaxtdan artiq gozu acilir ele hem qizlarin hemde oglanlarin. Cox vaxt bu valideyinlerin kontrolundan cixir ve ozluyunde baw alib gedir. Bezen ise ana oz iwinde, ata oz iwinde uwaga isr ilgi gosteren yox. Birde bele uwaq gedib pis dost cevresine duwdu mu? Onda iwi bitmiwdir, 100% pis yola addim atacaq. Zaten kayb edesi hic bir seyi yok!
5 fevral 2015 12:59
# 5
~~ `Home is, wherever YOU are my Love `~~
sona
bu xeberi cox beyendim. Tamamile bugunumuz yazilib bu xeberde. biri yolda yixilsin komek eden yox gulen ele salan cox. hamisida terbiyeden ireli gelir. Tewekkur movzu ucun
5 fevral 2015 12:52
# 4
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
xeyalperest
o Terbiye meselesi heqiqeten dogrudu.indi oglanlar avaralanmagi,nem genc yaşda siqaret ve ya muxtelif narkotik vasitelerden istifade etmeyi vezife bilirler yeni kisi olmaqcun bulari etmek lazimdi kimi duşunurler.başqasinin anasina bacisina soz atirlar ama ozderne gelende qeyret agaci olurlar.hamisinada sebeb valideyndi.duzdu ele valideyn var yaxsidi uşaq naxelef cixir ama olarda cox ama cox az hallarda olur.bir ana bilirki qizi min hoqqadan cixir hecne demir atanida firin firin firladirlar.deyesenki bir 20-25 yaşi var yox eee 13-15 yaş sorada qiz qoşulub qacanda alem deyir bir birne nemm
5 fevral 2015 12:34
# 3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
Əsas insan olmaqdı ən vacib vəzifə də insanlıqdı bəziləri isə iki üzlü yalançılığı kimlərinsə yönəltdiyi fikirlərlə doğru bildikləri səflərlə yaşamağı üstün tutur kimisidə mərd sözünü deyə bilən haqqın tərəfi ilə yaşayır doğru qeyd olunub məsələnin kökündədi problem nə qədər böyüklər böyük olmayacaq kiçiklərdə bu həyatda kiçik cılız yaşayacaq odur ki, məsləhət yerində deyilib başımızı qoruyaq
5 fevral 2015 12:29
# 2
Tomris Müslümova
oyy arrinci cumle lap yerine dusdu..ela
5 fevral 2015 12:28
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz