Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuda Gəzənlər - SOMNABULİZM
Yuxuda Gəzənlər - SOMNABULİZM
Göndərən: Nazlı_qız
Şərhlər: 16
Baxılıb: 670
Səs ver:
Yuxudadır, amma gəzir...

Bəzi insanlar yuxudaykən ayağa durur, gəzir, danışır, qışqırır, hətta qəribə hərəkətlər də edir. Yuxudan oyunanada isə onlardan nəyə görə belə etdiyini, bilmədiyi bir dildə necə danışdığını soruşanda bundan xəbərsiz olduqlarını deyirlər. Bu cür insanlar somnabulizmdən əziyyət çəkirlər.

Onlar yuxudaykən özünü oyaq kimi aparır, evdən çıxa, maşın sürə və başqa təhlükəli hərəkətlər də edə bilərlər. Bəzi hallarda somnabulizmin qurbanlarının adam da öldürməyi, müxtəlif ağır cinayətlər törətmələri məlumdur.   

Qeyd edək ki, somnabulizmin əlamətləri tez-tez təkrarlanarsa, mütəxəssisə müraciət etmək lazımdır. Bundan əziyyət çəkənlər yuxuda olarkən yataqdan qalxıb gəzməyə başlayır. Onlar yuxuda danışa, hansısa hərəkətləri icra edə bilərlər. Kənardan müşahidə etdikdə elə təəssürat oyanır ki, oyaqdırlar. Diqqət yetirdikdə bəzi əlamətlərə görə belə adamların yuxuda olduğunu bilmək olar. Yuxuda özünü oyaq kimi aparan adamın hərəkətləri asta və rəvan olur. Onların gözü açıq olsa da heç nə eşitmir və anlamırlar. Adətən onlara elə gəlir ki, evlərində deyil, başqa yerdədilər. Belə əlamətlər həftədə 2-3 dəfə özünü göstərə bilər.

Müsahibim bildirib ki, somnabulizmdən əziyyət çəkənlər özlərinə və yaxınlarına zərər gətirə bilərlər. Belə adamların pəncərədən düşdüyü hallar da olub. Çox vaxt onlar yuxuda pəncərəni qapı ilə səhv salıb yıxılırlar. Bəziləri həyətə çıxır, maşın sürməyə başlayır ki, bu da onlar və ətrafdakılar üçün təhlükəlidir. Buna baxmayaraq somnabulizmin əlamətləri özünü göstərəndə həmin adamı oyatmaq olmaz. Onlar qorxuya düşüb psixoloji zədə də ala bilərlər. Lakin onları sakitcə yataqlarına və ya təhlükəsiz yerə qayıtmağa kömək etmək olar.

Psixoloqun dediyinə görə yuxu boyu somnabulizmin əlamətləri uzun sürmür. Bir gecə ərzində yarım saat ola bilər. Adətən o, özü yatağına qayıdıb yatmağa davam edir. Oyananda isə baş verənlərdən xəbərsiz olur. Belə adamların otaqlarında pəncərələr, qapılar möhkəm bağlanmalı, yerə şüşə və ya iti əşyalar qoyulmamalıdır ki, ayaqları zədələnməsin. Bundan başqa yaxınları diqqətli olmalıdırlar ki, o, qapını açıb çıxmasın. Yaxşı olar ki, belə adamlar evdə tək qalmasınlar.


Şərhlər: 16
Baxılıb: 670
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ece uslu
aaaaaaaaaaaaaa 122 bu hallarin hami mende var evveller daha cox olurdu indi arada bir olur, yuxuda gezende neler etmemiwem neler azsan bir kitab olar sonra mene deyirler ki bunlari etdin deyirem menim hec neden xeberim yoxdu
buna gore de yatanda hemiwe qapini kiritleyirik ki men acanda sese ayilsin evdekiler
31 yanvar 2015 19:20
# 16
ayan97
Mende olmib amma bacimda var idi.. soram vaxt getdikce tergitdiii
31 yanvar 2015 18:26
# 15
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
ismayilova ulker
Bu xestelik haqda esitmisem men lunatik esitmisdim adini. Tam adini bilmirdim. Sukur bela bir xestelik yoxdu. Amma haqqinda etrafli bilmek yaxsi oldu.
31 yanvar 2015 18:24
# 14
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
lili)
menim oqlum gedir herden qapidan qaytarmisiq
31 yanvar 2015 18:18
# 13
isveç.de
Məndə uşağlıqda çox gəzmişəm yuxuda122anam yazığ helə məni qapıdan qaytarırdı122 indi elə bir şey yoxdur.
31 yanvar 2015 17:31
# 12
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Gulu-Qezi
wukur bele wey olmayib hec
31 yanvar 2015 17:18
# 11
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
EsmaNur
mende bele problem yoxdu sükür
31 yanvar 2015 16:39
# 10
acisko
Mende hec vaxt olmuyub bele bir wey
31 yanvar 2015 15:09
# 9
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
emis
bele bir usaq taniyirdim men sukur bizderde yoxdu
31 yanvar 2015 15:08
# 8
sona
Mendede uwaq vaxti bu hal var idi. yuxudan durub çöl qapisina gedirdim. Mama qapinin agzina nem eski qoydu ve boyudukce tergitdim bu xasiyeti
31 yanvar 2015 14:28
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
AYKA-ISI
wukur bele probemim yoxdu bir bu qalmiwdi buda olsaydi tamam olardim xesteliyin adini bilmirdim uyurgezer turkler bele deyir

wukur bele probemim yoxdu bir bu qalmiwdi buda olsaydi tamam olardim xesteliyin adini bilmirdim uyurgezer turkler bele deyir
31 yanvar 2015 12:58
# 6
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Tomris Müslümova
mende de yoxdu bele seyler ama faydali xeberdi.
31 yanvar 2015 12:55
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Bu xəstəlik haqda məlumatım var,ancaq xəstəliyin adını bilmirdim,maraqlı oldu,bu hallar uşaq vaxtı məndə də,qardaşımdada olub,düzdü indi keçib gedib...Mən evin içində gəzirdim,yenədə özüm oyanırdım,ancaq qardaşım daha təhlükəli hərəkətlər edirdi,məsələn bir dəfə mama görüb ki,qardaşım yerindən durub getdi,geri qayıtmadı,durub evi axtarıb,gedib ki,mətbəxdə pəncərəni açıb,oturub,ayaqlarını aşağı salıb,təsəvvür edin ikinci mərtəbə,mama oyatmadan qucağına alıb gətirmişdi...ondan sonra mama yatağının yanına nəm əski qoyurdu..
31 yanvar 2015 11:53
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Bu xəstəlik haqqında eşitmişdim ancaq dəqiq adın bilmirdim şükür belə bir vəziyyətlə qarşılaşmamışam müalicə yoxdursa əgər ehriyatlı olmaq şərtdir
31 yanvar 2015 10:44
# 3
BARBI
Teesufki bele problemler coxdur ve mualiceside yoxdur
31 yanvar 2015 10:35
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Luna-90
Uzaq olsun mence redki insanlarda olar.yuxuda nese danismaq olur insan yorgun oldugu vaxtlarda ancaq daha bu qederide yox.gunde 1 moda cixmaq yerine gunde 1 xestelik modasi esidirik...
31 yanvar 2015 10:12
# 1
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz