Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
GECİKMƏK bəlası,sizin də başınızda var?!
GECİKMƏK bəlası,sizin də başınızda var?!
Göndərən: Nazlı_qız
Şərhlər: 21
Baxılıb: 651
Səs ver:
Gecikdiyimə görə nələri itirmişəm???
Onlar üçün gecikmək artıq vərdiş halını alıb...

İnsanlar daim harasa tələsir. Bəziləri tələsdiyi ünvana vaxtında çatır, bəzilərisə gecikir. Mütəxəssislər bildirir ki, ilk baxışdan təyin olunan yerə vaxtında çatmaq çətin görünməsə də, bəziləri üçün bu problemdir.

Elə adamlar var ki, onlar üçün gecikmək artıq vərdiş halını alıb. Onlar nə qədər çalışsalar da hər yerə gecikirlər. Lakin bu yaxşı xüsusiyyət deyil. Belə ki, kimisə gözləmək hörmətsizlik əlaməti sayılır. Xüsusi ilə də bu hal daimə təkrarlanırsa, gözləyən şəxsdə şüuraltı olaraq gözlədənə qarşı xoşa gəlməzlər hisslər yaradır. Həmin adamla görüş onda üzücü, əziyyət verici hisslər yaradır və tədricən o, bu görüşdən yayınmağa başlayır. Artıq görüşə həvəslə və sevinə-sevinə getmir. Bəzən bu sevən cütlüklərin ayrılmasına da səbəb olur. Bu səbəb isə hər iki tərəf üçün gizli də qala bilər.

Yaxşı olar ki, təyin olunan yerə gecikməmək üçün vaxtı düzgün planlaşdırasız. Bunun üçün vaxtınızı hissələrə bölün. Misal üçün, əgər siz işə getməyə hazırlaşırsızsa, oyanmaq, idman etmək, yuyunmaq, geyinmək, səhər yeməyini yemək, evdən çıxmaq və başqa yerinə yetirməli olduğunuz məsələlərə görə nə qədər vaxtın tələb olunduğunu öyrənin. Buna uyğun olaraq vaxtınızı planlaşdırın. Lazım gəlsə bunun üçün zəngli saatı da qura bilərsiz.

Gecikməmək üçün yola sərf olunan vaxtı hesablayın. Həmin vaxta 10-15 dəqiqə də əlavə edin. Bunun sayəsində siz gecikməyəcəksiniz, həm də yolda müxtəlif hadisələr baş verə bilər. Əlavə 15 dəqiqə sizi həmişə xilas edəcək. Misal üçün, yolda qonşunuzu və ya çoxdan görmədiyiniz uşaqlıq dostunuzu görə bilərsiniz. Ona dərhal deməyəcəksiniz ki, mən tələsirəm, sonra danışarıq. Həmin 15 dəqiqəni ona, və ya başqa bir gözlənilməz hadisəyə sərf edə bilərsiniz.

Nəzərə alın ki, bəzi yerlərə getmək istəmədiyimiz üçün gecikirik. Misal üçün, çox adam həkimə getmək istəmir. Bunun üçün ya gecikir, ya da ora getməyi başqa günə planlaşdırır. Bu cür etməmək üçün sizi maraqlandıran və ya əyləndirən bir məşğuliyyət fikriləşə bilərsiz. Oxumağı sevənlər özü ilə maraqlı kitab götürüb vaxtından yarım saat tez qəbula gəlib gözləyərkən kitab oxuya bilərlər. Əlavə yarım saatı yaxınlıqdakı kafedə və ya parkda da keçirtmək olar.   

Bir məsləhətim də odur ki, dostlarınızdan gecikdiyiniz təqdirdə sizinlə amansız olmalarını xahiş edin: "Onlara deyin ki, sizi gözləməsinlər. Bu cəza sizi gecikməkdən xilas edə bilər. Bəzən hətta sizi səbrlə gözləyən bir nəfər sizdə gecikməyin vərdiş halına çevrilməsinə səbəb ola bilər”.

Gecikməyi tərgizmək üçün nəzərə alın ki, gecikməyin nadir hallarda bizə xeyri dəyir: "Hər adamın yəqin ki, gecikdiyi məqamları olub. Əgər siz çox tezt-tez gecikirsinizsə, bunun sizin üçün necə nəticələndiyini xatırlayın. Nə qədər də çətin olsa, "gecikdiyimə görə nələri itirmişəm?” sualına ətraflı düşünərək cavab verməyə çalışın”.


Şərhlər: 21
Baxılıb: 651
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ece uslu
geciken deyilem
8 fevral 2015 02:00
# 21
FISTIK
5- 10 deqqi gecikerem cox yox.
7 fevral 2015 13:35
# 20
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
ŞehZam
Oyy məndə vare 09
7 fevral 2015 00:04
# 19
ayan97
Helle gecikmirem amma bezen olur..
6 fevral 2015 22:40
# 18
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
ismayilova ulker
Çox nadir hallarda olur...
6 fevral 2015 22:38
# 17
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
BARBI
Gecikmeyi hec sevmirem cox deqiq insanam geciken insanlar mesuliyetsizdiler
6 fevral 2015 22:18
# 16
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Luna-90
Gedilesi yere vaxtinda gedirem.
6 fevral 2015 22:01
# 15
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Bestoş
gecikmekden zehlem gedir
6 fevral 2015 21:54
# 14
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
isveç.de
Mən gecikmirəm bir insana dedimsə gələcəm 20, dəqiqə əvvəl orda olaram. Gecikmək mənlik deyil. Kiminsə gecikməyində sevmirəm nə yaxşıkı yoldaşımda belədi mənimkimi oda gecikməyi sevmir.
6 fevral 2015 21:47
# 13
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Zeynebin nevesi
Men her yana gecikirem.Gerek hec olmasa gun 26 saat olsun ki,men her ishimi paryadkada catdirim :/
6 fevral 2015 21:19
# 12
Nazan
mendede ele olur
6 fevral 2015 20:30
# 11
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
lili)
gecikirem mende ha telessemde yenede gec qaliram
6 fevral 2015 19:33
# 10
Tomris Müslümova
olduqca mesuliyyetliyem dedimse elemeliyem 01
6 fevral 2015 18:22
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
zayka15
Axir vaxtlar mektebe gecikirem
6 fevral 2015 18:11
# 8
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
sona
Gozlemeyi sevmirem. Sevmediyim bir weyide ozum etmirem. Hec vaxt gecikmemiwem. deqiq insanam
6 fevral 2015 18:08
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Aysel Tatli
yadima gelmirki ne vaxtsa gedeceyim yere gecikim
6 fevral 2015 18:03
# 6
emis
yadima gelmir ama mutleq gecikdiyim bir yer olmus olar
6 fevral 2015 18:01
# 5
Fialka
Nadir hallarda ola bilsin ki, harasa gecikə bilərəm ancaq ümumilikdə çox dəqiq insanam , gecikməyi sevmirəm hətda olurki vaxtından tez də çatıram..
6 fevral 2015 17:53
# 4
Qlamurr
Çox dəqiq insanam,gecikməyi sevmirəm,gedəcəyim yerə heç vaxt gecikmirəm.....
6 fevral 2015 17:51
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
rəmsə
Gecikmək deməyin bu gün uşaqları məktəbdən götürməyə gedəndə gecikdim.Mən gedənə gördüm oğlum məktəbin həyətində palçıqlı yerdə oynayıb,ayaqqabıları bərbaddv
6 fevral 2015 17:46
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
guler19
sağolsun yoldaşım bir yere gedende elə teləsdirirki gedib belkə yarim saat gozləyirik bir yere gedende gecikmeyimiz hələ yadıma gəlmir))))
6 fevral 2015 17:39
# 1
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz