Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boşanmaq istəmirsinizsə, yataqlarınızı ayırın!
Boşanmaq istəmirsinizsə, yataqlarınızı ayırın!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1741
Səs ver:

http://imgs.su/tmp/1322321688-656.jpg


"Əzizim, bəlkə, öz çarpayında yatasan"

Dünyada evli cütlüklər arasında yeni bir dəb yayılıb: yataq otaqlarını ayırmaq!

Əvvəllər yataqları ayırmaq boşanma əlaməti idisə, indi bu, evliliyi davam etdirmək üçün bir vasitədir...

Deyək ki, evlənməyə hazırlaşırsınız. Evinizə əşyalar alıb, otaqları bəzəyirsiniz. Birdən sevgiliniz deyir ki, bəs mənim yataq otağım hanı? Təbii ki, əvvəlcə bunun bir zarafat olduğunu düşünürsünüz, amma sonra məlum olur ki, yox, zarafat deyilmiş...


İllərdir kişi və qadın birlikdə eyni yataq otağında yatıblar, boşanmalar, davalar da heç bitməyib, bəs yataq otaqları ayrılsa, bu problemlər yenə olarmı?

"Yeni nəsil" bunu yoxlayır...

Sevgiliniz sizi yatmağa qoymur?

Sosioloqlar bu trendin yayılmasını ilə bağlı 300 evli cütlüklə apardıqları danışıqlar nəticəsində belə bir nəticə əldə ediblər:

"İnsanlar indi daha çox fiziki deyil, zehni əməklə məşğul olurlar. Gündəlik həyat da stress və əsəblə doludur. Beynimizin normal dincəlməsi və növbəti günə hazır olmağımız üçün yuxu əsas şərtdir. Yataqları ayırmağın səbəblərindən biri yuxusuzluq problemidir. Bəzən partnyorlardan birinin xorultusu və ya yeni doğulmuş uşağın ağlaması yuxusuzluğa, o da öz növbəsində, evliliklərdə mənfi auranın yaranmasına, dava-dalaşlara yol açır.

Bundan başqa, bəlkə, partnyorlardan biri gecə internetdə vaxt keçirmək istədi. Bu, təbii ki onun həyat yoldaşını narahat edəcək. Otaqlar bəzən şəxsi azadlıqlar üçün də ayrılır.

Ayrı yatmaq həmçinin darıxma hissini də gücləndirir ki, bu da münasibətin həmişə cavan qalmasını təmin edir".

Dəblə ayaqlaşmaq lazımdırmı?

Təsəvvür edin, bütün gün birlikdə vaxt keçiribsiniz, əylənibsiniz, amma gecə ki gəldi, hərə bir otağa çəkilir. Bu vəziyyət, əlbəttə, cütlüklərin intim həyatlarına da öz təsirini göstərir.

Araşdırmalar göstərib ki, yataqları ayırmaq yetkin evliliklər üçün effektiv ola bilər, amma yeni evli cütlüklərin bir-birilərindən soyumasına yol açır.


Nəinki otaq, ev də ayrıla bilər

Hazırda Avropa və Amerikada bir çox evlərin dizaynı dəyişib; evlərdə iki yataq otağı, iki hamam, bir zal var...


Hətta iki yataq otağı olan evlərə tələbat o qədər artıb ki, hesablamalara görə, 2015-ci ildə evlərin 65%-i bu parametrlərdə olacaq.


Hələ bu harasıdır? Bəlkə yaxın vaxtlarda hətta ayrı-ayrı evlərdə yaşamaq da dəb oldu?


Sizcə, insanlar bir-birindən uzaq qaldıqca yaranan darıxma, həsrət hissi artdıqca boşanmalar azalacaqmı? Və ya evliliklər daha yaxşı və xoşbəxt olacaqmı?

 



Şərhlər:
Baxılıb: 1741
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz