Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vizual, audial, kinestik və diskrit
Vizual, audial, kinestik və diskrit
Göndərən: tek umidim sen
Şərhlər: 12
Baxılıb: 567
Səs ver:
İnsanlar ətraf aləmdə baş verən hadisələri fəqli cür qavrayır, analiz edirlər. Baş verənlərə bir qrup insanlar daha çox dinamikliyə, formaya, məkana görə, başqa qrup insanlar səslərə, digərləri isə ətrlərə, hisslərə əsasən yanaşırlar. Bunlara əsasəsən insanları aşağıdakı qruplara bölürlər:
— Vizual
— Audial
— Kinestik
— Diskrit

Vizual tip insanlar daha çox təsvirlərə, obrazlara, formalara diqqət verir. Dünyanı görmə analizatorlarının vasitəsilə daha rahat dərk edirlər. Onlar öz nitqlərində daha çox görmə ilə hiss edələn fel, sifət, zərfliklər işlədəcəklər. ( gördüm ki, ilk baxışdan, al-əlvan və s.) Vizualların adətən baxışları yuxarıya yönəlmiş olmur. Səs-küy onlara mane olmur.

Vizuallar gördükləri hər bir şeyi yadda saxlamağa qadirdirlər, onlar kadrlarla yadda saxlayırlar. Vizuallar hər hansı məlumatı birbaşa mənbədən qeyd etməyi xoşlayırlar. Onlar bir yerdə durub insanları müşahidə etməyi üstün tutacaqlar. Onların diqqətini yayındırmaq daha çətin olur. Vizuallar yad məkana tez uyğunlaşırlar.Onlara verilən çətin tapşırıqları tez həll edirlər. düşünərkən mütləq nəyi isə cızacaq, əl altında qələm olarsa mütlər ondan kağız üzərində yazmaq üçün istifadə edəcəklər. Vizuallar danışarkən və ya eşidərkən deyilən sözləri obrazlaşdırırlar.

Audial tip insanlar ətraf aləmdə baş verənləri eşitmə analizatorı vasitəsilə daha rahat dərk edirlər. Nitqində daha çox eşitmə hissi ilə bağlı fel, sifət, zərfliklər işlədirlər. (dedi, məlahətlə, cikkildəşərək və s.). Onlar nitqlərində: — ”Bu inandırıcı səslənir.”, "Mənilə bu tərzdə danışma.” və s. Baxışları daha çox orta xəttə yönələcək. Hər hansı qıcıq səs onun diqqətini asanlıqla yayındıra bilər. Səslərin monotonluğu bu tip insanları tez yorur.Səsli hipnoza asanlıqla məruz qala bilərlər.

Onlar müzakirə etdikləri məlumatları daha rahat yadda saxlayırlar. Eşidərək münasibət bildirir, qeyd etməyə -məlumatı yazıya almağı tələsmirlər. Yüksək səslə danışmağı xoşlayırlar. Eşitdiklərini asanlıqla təkrar edə bilərlər. daha çox səsli düşünəcəklər.Bu zaman onları səsləmək, danlamaq pis təsir edə bilər. Audialların diqqəti təkcə deyilən sözlərə deyil, həmçinin danışıq tərzinə də mərkəzləşmiş olur. Onlar üçün nə deməyin vacib deyil, necə deməyin vacibdir.

Kinestik tip insanlar toxunma və iybilmə analizatorları vasitəsilə dünyanı daha rahat dərk edə bilirlər. Nitqindəki sözlər də bu hisslərə uyğun olur, məsələn: hiss etdim, yumşaq, isti, ətirli və s. Danışıq vaxtı eeee.., hmmm.., mmm… kimi səsli fasilələrdən çox istifadə edirlər, həmçinin, həmsöhbətlərinə, əl altında olan əşyalara toxunmağı sevirlər ki, bu da dinləyiciləri çox vaxt bezdirir. Kinestiklərin baxışları adətən aşağıya yönəlmiş olur. Onların yaddaşlarında daha çox ümumi təəssüratlar həkk olunur. Diqqətlərini bir obyektdə saxlamaq isə kinestetiklər üçün çox çətin olur. Kinestetiklər üçün qavrama prosesi daha çətin olur. Düşünərkən onlar daim hərəkətdə olacaq, əlləri ya qulaqlarında, ya burunlarında, ya da saçlarında olacaq.

Diskrit tip insanlar məntiqi qavrama və dərketmə prosesinə üstünlük verən bu tip insanlar həyata daha çox rasional yanaşırlar. Faktlara üstünlük verirlər. Analizatorlardan beyinə gələn siqnalları mövcud təcrübələrə əsaslandırır və buna əsasən davranış tərzini seçirlər. Nitqlərində düşünürəm, fərz, nə qədər faydalı və s. kəlmələrdən daha çox istifadə edirlər.

Eləcə də "Fikrini anladım.”, "Əla ideyadır.”, "Məntiqlidir.” və s. kimi cümlələrdən istifadə edirlər. Onlar düşünərkən uzun müddət səssiz oturacaq və bir müddət hansısa nöqtəyə baxacaqlar. Əgər qarşıdakı obyekt onda maraq oyatmırsa, o onu nə görəcək, nə eşidəcək, nə də hiss edəcək. Əks halda bu obyekt hər tərəfli şəkildə öyrəniləcək, yadda saxlanılacaq.
Beləliklə, deyə bilərik ki, vizuallar dünyanı görür, audiallar eşidir, kinestiklər hiss edir, diskritlər isə dəyişir.


Şərhlər: 12
Baxılıb: 567
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
nigarhesenli1
basa dusmedim
4 avqust 2015 23:46
# 12
uliçka
Diskriminasiya təşəkkürlər

Diskrit yazacaqdım sərf oldu
17 yanvar 2015 09:16
# 11
Həyat kino kimidir,ən marağlı anında bitir
sona
Heresinnen biraz var))
17 yanvar 2015 01:25
# 10
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
ŞehZam
Qərar verə bilmədim((
17 yanvar 2015 00:27
# 9
xeyalperest
Nem hec birne uygun olmadi bir azcik diskerit
16 yanvar 2015 20:29
# 8
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
emis
maraqli xeber oldu
16 yanvar 2015 20:29
# 7
ece uslu
Diskrit
16 yanvar 2015 20:05
# 6
ismayilova ulker
Burda qeyd olunanlarin hamisinda olan xususiyyetler var mende. Demak hamusina aidem. Tesekkurler.
16 yanvar 2015 19:19
# 5
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Сладкий Ангел
4 cu sira mene aiddir
16 yanvar 2015 18:52
# 4
.Bir gülüşüm var Sizlərə ömür...
BARBI
Men diskrit tipe aidem
16 yanvar 2015 18:42
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Vizual və Diskritlik daha çox uyğundu.
16 yanvar 2015 18:36
# 2
Tomris Müslümova
tesekkurleeeer
16 yanvar 2015 18:31
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz