Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tək qalmağın 10 faydası
Tək qalmağın 10 faydası
Göndərən: my_angel
Şərhlər: 13
Baxılıb: 717
Səs ver:
1. Ruhən tükənməyimizin qarşısını alır
Müasir dövrdə bir insanın dəyərini onun məhsuldarlığı ilə ölçürlər. Toplum bizə tək qalmağa imkan vermir. İnsanın tək qalıb özünə vaxt ayıra bilməsi onun "məhsuldarlıq” məcburiyyətindən bir balaca uzaqlaşmasına kömək edir. Heç nə etməmək əslində bir çox yaxşı şeyləri reallaşdırmağa stimul yaradır. "Promega” adlı bir şirkət işçilərinin təbii gün işığında rahatlanıb, fasilələr zamanı meditasiya ilə məşğul ola biləcəyi xüsusi yerlər ayırıb. Bu tətbiq olunduqdan sonra işçilərin səhhətinin müsbətə doğru getdiyi və məhsuldarlığının artdığı bəlli olub.

2. Duyğu üzvlərimiz kəskinləşir
Çox adam üçün 10 gün ərzində sakit qalmaqla suda gəzmək arasında fərq yoxdur. Vipassana Səssizlik İnstitutu da bu işlə məşğuldur. Bura qatılanlar on gün ərzində oxumaqdan, danışmaqdan və göz təmasından uzaq dururlar. 100-ə yaxın elm adamı araşdırma məqsədi ilə sakit qalmaq meditasiyasını həyata keçirib və danışmaq funksiyasını istifadə etməməyin digər duyğu orqanlarının işinin yaxşılaşmasına gətirib çıxardığını sübut ediblər.

3. İndiyə konsentrasiya olmaq
Britaniyalı filosof Alan Vats yazır ki, gərginliyimizin və narahatlıqlarımızın səbəbi illüziya olan gələcəkdə "yaşayıb” indiki zamanda qopuq şəkildə varlığımızı davam etdirməyimizdir. Yəni fikrimiz həmişə gələcəkdədir. Anı yaşaya bilmirik. Səssiz qalmaq diqqətimizi real xoşbəxtlik olan indiki zamana cəmləməyə kömək edir. İndinin bizə verə biləcəklərinin yanında gələcəyin bizə təqdim edə biləcəyi şeylər çox balacadır. Səssizlik və tənha qalmağımız bizi saxta xoşbəxtlik hissindən xilas edib real həyata qaytarır.

4. Yaddaşı gücləndirməyə kömək edir.
Təbiət qoynunda sakitcə gəzmək beynimizdə "hippocamus” deyilən hissənin böyüməyinə gətirib çıxarır və beləcə yaddaş gücümüz artır.

5. Qərar qəbul etmə və onları reallaşdırma qabiliyyətimizi gücləndirir
Psixoloq Kell Mcgonigal qeyd edir ki, səssizlik zamanı beynimiz daha ağıllı qərarlar verir. Və onları reallaşdırmaq üçün motivasiya olmağımızı təmin edir.

6. Kim olduğumuzu bir daha xatırladır
Özümüz kimi davranmağımıza, içimizdən gələn qərarları qəbul etməyimizə kömək edir tək qalmaq. Bizə daim kənar səslər müdaxilə edir, öz içimizdən gələn səsi eşidə bilmirik. Sükut – bizə öz düşüncələrimizi eşitməyə kömək edir. İnsan iradəsi düşüncəsiz hərəkətlərin boyunduruğundan xilas olanda möhkəmlənir.

7. Beynimizi inkişaf etdirir
Beyin ən qarışıq və ən güclü orqanımızdır, əzələlərimiz kimi, onun da dincəlməyə ehtiyacı var. Araşdırmalara görə özümüzə qulaq asıb sakitləşdiyimiz anlarda beynimizin informasiya sürəti artır və qırışlar güclənir.

8. Daha yaradıcı olmağımıza gətirib çıxarır
Yaradıcı prosesdə bir "tormozlanma” anı olur. Bu andan xilas olmaq üçün tamamilə sakitlik və tənhalıq lazım olur. Bu zaman beyin daha güclü işləyir və Arximedin "evrika”sına gətirib çıxarır. Mütəxəssislər deyir ki, tək qalıb xəyallar qurmaq yaradıcı ideyalar istehsal etməyin ən yaxşı yollarından biridir.

9. Sıxıntılarımızla mübarizə aparmağımıza kömək edir
Səssiz bir yer tapdınız, tək oturub bir az rahatlanmaq istəyirsiniz, birdən haranızsa qaşınır. Amma bir çox meditasiya müəllimləri deyir ki, özünüzü saxlasanız, dərin nəfəs alıb diqqətinizi cəmləsəniz qaşıntı keçəcək. Yəni beyninizi yoran problemlərdən də bu yolla qurtulmaq mümkündür.

10. Mənəvi çətinliklərdən xilas edir
Özünümüdafiə mexanizmi sadəcə fiziki çətinliklərdən deyil, hissi çətinliklərdən də qaçmağımızı təmin edir. Ancaq neqativ düşüncələri içimizə atmaq onların stress, gərginlik və yuxusuzluq olaraq geriyə qayıtmasına gətirib çıxarır. Bu neqativ vəziyyətdən xilas olmağın yollarından biri, sakit yerdə oturub öz-özümüzə nəyin bu pis vəziyyətə təkan vermiş ola biləcəyini düşünməyimizdir.


Şərhlər: 13
Baxılıb: 717
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
Daha yaradıcı olmağımıza gətirib çıxarır
22 yanvar 2015 20:13
# 13
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ismayilova ulker
Tek qalmagi cox xoslayiram. Insan rahatlanir tek olanda. Amma axir zamanlar hec tek qalmaga imkanim yoxdu.
20 yanvar 2015 15:36
# 12
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
ece uslu
bezen tek qalmaga ehtiyacim olur amma teklikden cox qorxuram
19 yanvar 2015 23:47
# 11
leyla_258
tek qalmagi sevirem...
19 yanvar 2015 21:06
# 10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
FISTIK
Tek qalmagi xosluyuram.
19 yanvar 2015 15:26
# 9
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
adsiz-a
herden istiyirem tek qalim,ve doyunca honkurerey aqlayim girl_cray
19 yanvar 2015 13:56
# 8
emis
Kim olduğumuzu bir daha xatırladır
Özümüz kimi davranmağımıza, içimizdən gələn qərarları qəbul etməyimizə kömək edir tək qalmaq. Bizə daim kənar səslər müdaxilə edir, öz içimizdən gələn səsi eşidə bilmirik. Sükut – bizə öz düşüncələrimizi eşitməyə kömək edir. İnsan iradəsi düşüncəsiz hərəkətlərin boyunduruğundan xilas olanda möhkəmlənir.

aynen oyle 08
19 yanvar 2015 13:20
# 7
ayan97
Tek qalmag lazimdir arada etdiklerinnen netice cixarmaq kimi komeyi var
19 yanvar 2015 12:33
# 6
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Fialka
Qeyd edilmiş qaydalar hamsı doğrudur mən də yalnızlığı sevirəm
19 yanvar 2015 10:38
# 5
xeyalperest
Men tek qalmagi sevmirem etrafimda adam oslun ama sakitcilik olsun twk
19 yanvar 2015 10:10
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
lili)
baxirda hemise yox herden olur ki tek qalmaq isdiyirem fikrimi toplamaq ucun
19 yanvar 2015 08:59
# 3
rəmsə
Bəzən türklər deyiraa ,,yalnız kalmak istiyorum,,bu düzdü həqiqətən də insan tək qalanda bütün fikirlərini topluyur
19 yanvar 2015 08:14
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Hemise tek qalmagi sevmisem insana cox seyde komey edir
19 yanvar 2015 04:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz