Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heç Bir Şey Təsadüf Deyildir...
Heç Bir Şey Təsadüf Deyildir...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1298
Səs ver:

http://imgs.su/tmp/1322289081-656.jpg

 

Bəzən həyatımıza girən elə insanlar olar ki, onların müəyyən bir məqsədə xidmət etmək, bizə bir dərs vermək, kim olduğumuzu ya da olmaq istədiyimizi tapmağımıza kömək etmək üçün bizimlə olduqlarını ürəyimizin dərinliklərində hiss edərik...

Bu insanların kim olacağını əsla əvvəldən bilmərik... Bəlkə otaq yoldaşınız, qonşunuz, uzun zamandır görmədiyiniz bir yoldaşınız, sevgiliniz ya da bəlkə də yalnız göz-gözə gəldiyiniz yad bir insan...


Hər kim olursa olsun, o rastlaşma anında həyatınızın hər hansı yolla təsirlənəcəyini bilərsiniz. Bəzən həyatınızda elə qorxunc hadisələr yaşayarsınız ki, o anda bu hadisələr sizə qorxunc kədər dolu, haqsız kimi görünər. Ancaq fırtına sakitləşdikdən sonra bütün bu hadisələrin öhdəsindən gəlməmiş olsaydınız, əsla potensialınızın, gücünüzün, əzminizin və ürəkliliyinizin fərqinə çata bilməyəcəyinizi anlarsınız...

Hər hadisənin bir reallaşma səbəbi vardır. Heç bir şey təsadüfən, pis ya da yaxşı şans səbəbiylə reallaşmaz. Xəstəlik, yaralanma və təcrübəsizliklər, ruhumuzun sərhədlərini test edən hadisələrdir.
İstər hadisələr, istər xəstəliklər, istər əlaqələr olsun, bu kiçik testlər olmasaydı həyat heç bir yerə çatmayan düz və darıxdırıcı bir yol kimi uzanıb gedərdi. Etibarla və rahat, ancaq boş və məqsədsiz...


Həyatınıza, müvəffəqiyyətlərinizə və düşüncələrinizə təsir edən insanlar, şəxsiyyətinizi yaradan insanlardır. Pis təcrübələr belə bəzilərindən öyrənilə bilər. Bu dərslər ən çətin, ancaq böyük bir ehtimalla ən əhəmiyyətli olanlardır. Əgər biri sizi incitsə, xəyanət etsə ya da üzsə, sizə etibarı və ürəyinizi açdığınız birinə qarşı diqqətli olmağı öyrətdikləri üçün onları bağışlayın. Əgər biri sizi sevsə, siz də bunun qarşılığında onu şərtsiz sevin. Yalnız onlar sizi sevdiyi üçün deyil, sizə sevməyi və onlar olmadan görə bilməyəcəyiniz ya da hiss edə bilməyəcəyiniz şeylərə ürəyinizi və gözlərinizi açmanızı öyrətdikləri üçün...

Hər günün dadını çıxarın. Hər anın dəyərini bilin və bəlkə də təkrar yaşaya bilməyəcəyiniz bu andan ala biləcəyiniz ən çox şeyi almağa çalışın. Daha əvvəl heç danışmadığınız insanlarla danışın, onları dinləyin, aşiq olun, zəncirlərinizi qırın və gözünüzü zirvəyə dikin...

Başınızı dik tutun, çünki bunun üçün hər cür haqqınız var. Özünüzə böyük bir insan olduğunuzu təkrarlayın və özünüzə inanın. Əgər özünüzə inanmasanız, heç kim sizə inana bilməz. Həyatınızı necə istəyirsinizsə elə şəkilləndirə bilərsiniz...



Şərhlər:
Baxılıb: 1298
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz