Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qisqanc Qaynana Fikirleri
Qisqanc Qaynana Fikirleri
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 2218
Səs ver:
http://imgs.su/tmp/2012-01-07/1325920723-302.jpg
Oğul- Ana, bu köynəyimi ütülə.
Ana- Ütülü köynəklərindən birini geyinsən olmaz oğlum?
Oğul- Olmaz bunu geyinəcəyəm.
Ana- Evlən arvadın ütüləsin!
Oğul- Ütüləyəcək!
Ana- Görəcəm mən səni. Ah oğlum, ah, yad qızı ütüsüz köynək geyindirər. Səsini də çıxarda bilməzsən.
alt
Ana- Oğlum bu şkaf niyə bu haldadı? Dünən düzəltmişdim.
Oğul- Ordakı idman formamı götürərkən dağıldı.
Ana- Ordakı forma imiş, forma hörsünlər başına.
Oğul- Ana o corab deyil?
Ana- Sən anana lağ et evlən görəcəm mən səni. Ah oğlum, ah. Yad qızı necə nizama salar səni görərsən.
alt
Oğul- Ana corablarım hardadı?
Ana- Sağdan, soldan yığıram o corabları yuyuruq qoyuruq siyirtməyə götür geyin.
Oğul- Tapa bilmədim.
Ana- Necə tapa bilmədin baxmırsan ki? Al götür!
Oğul- Ana bunların biri qara biri göydü.
Ana- Bax belə dağınıqla heç bir qız gəlməz sənə gəlsədə dözməz. İki gündə atasının evinə qaçar gedər. Ah ,oğlum ah. Yad qızı biri qara, biri ağ corab giyindirsə sənə, nə olduğunu belə bilməzsən.
alt
Ana- Harada qaldın sən dünən gecə?
Oğul- Fəridgilin evində qaldıq üç beş yoldaş, zəng edib dedim axı ana.
Ana- Rəfiqə xalanda yox idi, evdə nələr qarışdırdınız kim bilir. Amma yox sənin başını bağlamağın vaxtı gəldi. Evlən bax, görək səkkizdən sonra evə gələ bilirsənmi? Ah, oğlum, ah yad qızı qapı belə açmaz adama.
alt
Oğul- Ana bu yemək duzsuzdu.
Ana- Duz qədər başına daş düşsün sənin. Ana əlinə sağlıq ən çox sevdiyim yeməyi hazırlamısan deməkdənsə duzu az deyirsən.
Oğul- Ana mən makaron sevmirəm ki, sənin ürəyinə yatsın deyə yeyirəm.
Ana- Yemə, oğlum yemə. Yemək məcburiyyətində deyilsən evlən görəcəyəm mən səni, yad qızı söykəsin üç pay makaronu sənin qarşına görüm ən sevdiyin yemək olmurmu?
alt
Ana- Oğlum gözəl balam xəstəyəm qalx mənə bir stəkan su ver.
Oğul- Oldu ana qoy bir qol vursunlar!
Ana- Oğlum yarım saat əvvəl bir stəkan su istədim səndən
Oğul- Gətirirəm ana!
Ana- Qalsın gətirmə mən özüm içərəm suyumu. Ah başım, bəslə böyüt sonra bir damla su gətirməsin sənə ah, belim!
Oğul- Ana bağışla yat sən mən dərhal gətirirəm.
Ana- İstəmirəm sənin sununu qalsın evlənincə arvadına gətirərsən. Bir az başım ağrıyır desə həkim-həkim gəzdirərsən onu. Yad qızı barmağında oynadar səni..
P.S.Sonda demək istəyirəm ki, qaynanalar nə qədər danışsalar da biz onlara hörmət etməliyik. Çünki onlar bizim sevdiyimiz insanın Anasıdı. Və ya ən azından onu bilməliyik ki, biz özümüz də gələcəyin qaynanasıyıq.



Şərhlər:
Baxılıb: 2218
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz