Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ziddiyyətli ata sözləri
Ziddiyyətli ata sözləri
Göndərən: my_angel
Şərhlər: 20
Baxılıb: 1912
Səs ver:
Atalar sözlərindən yazacam bu gün, o atalar sözləri ki dərin hikmət daşıyır, ildən ilə, dildən dilə bu günədək ötürülüb çatdırır. Bəzən də elə atalar sözlərinə rast gəlirik ki, bu ata sözüynən o ata sözü bir-birinə uyğun gəlmir, tamamilə əks mənada dayanır

Bir neçəsi ilə tanış olaq:

Dama-dama göl olar.
Quyuya su tökməklə quyu dolmaz.

Yaxşı insan sözünün üstünə gələr.
İti an, çomağı hazırla.

Bu günün işini sabaha qoyma.
Tələsən təndirə düşər.

Danışmaq gümüşdüsə, susmaq qızıldır.
Susmaq razılıq əlamətidir.

Düzlük ən böyük biclikdi.
Əyri otur düz danış.
Düz düzdə qalar.

Öyrənmənin yaşı yoxdur.
Qırxında öyrənən, gorunda çalar.

Ağıl ağıldan üstündür.
Ağlın yolu birdir.

Anasına bax qızını al, kənarına bax bezini al.
Beş barmağın beşi də bir deyil.

Niyyətin hara, mənzilin ora.
Şər deməsən xeyir gəlməz.

Artıq tamah baş yarar.
Çox pul cib deşməz.

Aza qane olmayan toxa çatmaz.
Aza qane olan toxa çatmaz.

Pis günün ömrü az olar.
Dərd gələndə batmanla gələr.

Pul vermə, can ver.
Cana gəlincə, mala gəlsin.

Palaza bürün, el ilə sürün.
El üçün ağlayan göz kor olar.

Taylı tayın tapar.
Armudun yaxşısın ayılar yeyər

Qız yükü, duz yükü.
Qız qalar, qızıla dönər.

Ağıllı fikirləşincə dəli vurdu keçdi.
Yüz ölç, bir biç.

Ad adamı bəzəməz, adam adı bəzəyər.
Adı gözəl olanın özü də gözəl olar.


Şərhlər: 20
Baxılıb: 1912
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ismayilova ulker
Həqiqətən insan çaşıb qalır.
25 yanvar 2015 23:54
# 20
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
arzum-aysum
İlk oxuyanda insanda gulus oyadır. Ancaq islenme məqamına gore hamisi dogru ve menalidi
25 yanvar 2015 20:19
# 19
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Nazan
Pis günün ömrü az olar.
Dərd gələndə batmanla gələr.
25 yanvar 2015 19:19
# 18
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ece uslu
zidiyyetli gorunse de heresini yerinde iwledende boyuk menalari var
25 yanvar 2015 16:32
# 17
efsane..
hec fikir vermemisdim teeccublu geldi
25 yanvar 2015 15:52
# 16
Bestoş
tewekkur
25 yanvar 2015 15:15
# 15
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
emis
Artıq tamah baş yarar.
her birinin yeri var beyendim
25 yanvar 2015 15:08
# 14
rəmsə
Necə də uyğunlaşdırıbsızee
Sitat: aydan_21
niye analar sozu yoxdu goresen?/

Niyə bacı analar sözü də var.Elə qadinlar.biz yazılmışdı
25 yanvar 2015 14:30
# 13
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Fiorella
Heresinin oz menasi var
25 yanvar 2015 14:12
# 12
Gulu-Qezi
hemiwe ele men bunlari demiwemki cox vaxt bir birine eks olur
25 yanvar 2015 13:57
# 11
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
xeyalperest
Tamda razi deyilem bularin heresinin oz menasi var tewekkur
25 yanvar 2015 13:39
# 10
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Super atalar sozleridi hardasa her gin osletdiyimiz cumlelerdi
25 yanvar 2015 13:23
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
zidiyyetli gorunsede eslinde her birinin mecazi menasi basqadi,ve her biri illerin sinagindan kecmis dogru sozlerdi.
25 yanvar 2015 13:22
# 8
sona
Aza qane olmayan toxa çatmaz.
Aza qane olan toxa çatmaz.
Bunu nece bawa duwek indi?
25 yanvar 2015 13:12
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
aziz a
Cox yerinde deyilmis atalar sozleridi yani heyatimizda bu misallara uygun isler tez tez bas verir...
25 yanvar 2015 12:36
# 6
Qelbim doludu !!!!
Glamurka Nemiska
Atalar sozleri hemiwe duz cixir sinamiwam esasende pis gunlerin omru qisa olar bu dogurdanda beledi
25 yanvar 2015 12:33
# 5
#Narminintheskywithdiamonds
Qlamurr
Əslində ilk baxışda ziddiyyətli görünə bilər,ancaq hansı məqamda deyilməsinə görə fərqli mənalarda düşünülə bilər,məsələn birinci atalar sözünə baxaq,dama-dama gölə olar-burda yəni insan qənaətcil olarsa ,imkanlarını artıra bilər,ikinci atalar sözü isə,quyuya su tökməklə dolmaz-burda isə tamam fərqli fikir var,yəni insanın qabında bir şey yoxdusa sonradan öyrənməklə heç nə alınmaz,insan bu cür formalaşıb...
25 yanvar 2015 12:26
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Tomris Müslümova
niye analar sozu yoxdu goresen?/
25 yanvar 2015 12:25
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Little girl
Heqiqeten de maraqlidir.Tesekkur.
25 yanvar 2015 12:18
# 2
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
ayan97
Coxunu bilirem...
Danişmaq qizildirsa, susmaq gümüsdur...

Menim ucuuun...
25 yanvar 2015 12:17
# 1
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz