Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Beyninizin gənc qalmasını istəyirsiniz?
Beyninizin gənc qalmasını istəyirsiniz?
Göndərən: ismayilova ulker
Şərhlər: 19
Baxılıb: 625
Səs ver:
Danılmaz faktdır ki, bu gün gənclərin əksəriyyəti ümumiyyətlə kitab oxumağı sevmir. Ona verilən pulu itirmiş hesab edir və istər elektron, istərsə də adi kitablardan uzaq durur. Fikirlərini daha çox məşğul edən kompüter, telefon, film, gəzinti və digər əylənclərə vaxt ayırmaq daha xoş olduğundan saatlarla bir kitabı bitirməyə çalışmaq elə də maraq çəkmir.

İnsanların bir qismi düşünür ki, kitab oxumaq vaxt itkisidir. Əksəriyyət isə kitabın verdiyi faydaların saysız olduğu iddiasındadır və kitab oxumayanı boş insan hesab edir. İki fikir arasında qalanlar isə boşluğu müxtəlif filmlərlə doldurmağa çalışırlar. Bəs həqiqətən də filmlər kitabları əvəz edə bilərmi? Bəli. Filmlər kitabları əvəz edə bilir. Amma sadəcə, hər hansı bir məlumat, proses, hadisədən xəbərdar olmaq və ümumilikdə hansısa yazarın hansı fikirlər irəli sürdüyünü öyrənmək baxımından. İnsanın şəxsi bazası isə film seyr edərək alınan məlumatları faydalı olaraq qəbul etmir. Çünki filmlər insanları düşündürmür, səbəb-nəticə axtarışına vadar etmir, film izləyərkən analiz qabiliyyəti işə düşmür və əslində 3 günlük mütaliə ilə yekunlaşmalı olan bir hadisə film sayəsində 3 saata tamamlanır. Bu isə o deməkdir ki, insan sadəcə 3 saatını itirir, əvəzində isə qısamüddətli hiss və fikirlərə sahib olur.

Ötən il Yıldız Teknik Universitetinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, 90 dəqiqəlik hər hansı bir janrda olan film izləmək insan ömründən 33 dəqiqə alır. Eyni zamanda 1 film izləmək insan beyni və yaddaşını 1 həftə geriyə saxlayır ki, bu da mütəmadi film izləyənlər üçün yaddaşda problem yaranması üçün kifayət hesab oluna bilər. Əksinə, daim mütaliə edənlər kitabları yarı-yarı oxuduqları üçün qaldıqları hissəni xatırlamaq, eyni zamanda oxuduqlarını düşünmək və analiz etmək qabiliyyətinə malik olurlar ki, bu da beynin gənc qalmasına kömək edir. Xüsusən unutqanlığı əngəlləmək üçün mümkün qədər az film izləməkdə fayda var.

Psixoloq Qurban Talıblının fikrincə, kitab oxumağın yerini hər hansı bir filmin alması qeyri-mümkündür. İnsan filmdən zövq ala bilər, hadisələrin gedişatında özünü hadisənin qəhrəmanı kimi isə görməz. Əsas məsələ anı yaşamaq və problemlərdən çıxış yolunu tapa bilməkdir: "Film imkan vermir ki, insan beynini işə salsın, analiz qabiliyyətindən istifadə etsin. Film çeynənilmiş qidanı udmağa bənzəyir, kitab isə əskinədir. Heç bir film, tamaşa, səyahət 1 kitabın verdiyi müsbət auranı, düşünmə qabiliyyətini, əhvalı, biliyi vermə imkanına malik deyil. Kitab oxumaq başqa üsullarla müqayisədə insana sakitləşməyə və yüngülləşməyə tez bir zamanda kömək olur. Qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Bundan başqa, kitab oxumağın insan üçün digər əvəzedilməz faydaları da var. Kitablar xüsusilə uşaqların zehni, hissi, sosial və dil inkişafında önəmli tədris vasitəsidir. O uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, inkişaf etməkdə olan daxili və xarici dünyasına öz müsbət təsirini göstərir. Bu nöqteyi-nəzərdən heç bir film 1 kitabı əvəz edə bilməz".


Şərhlər: 19
Baxılıb: 625
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ismayilova ulker
Menimde encox sevdiyim pesadi kitab oxumaq. Sevirem romanlari detektiv kitablari lap cox sevirem. Hec bir film heqiqeten kitabin yerini vera bilmir. Ela ona gore bu xeberi gorende diqqetimi cekdi. Heqiqeten kitab oxumaq beyni cavan saxlayir.
Xeberi redakte edib yayima qoyanlara tesekkur edirem.
1 fevral 2015 16:57
# 19
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
lili)
kitab oxumaqi cox sevirem yataqimin yanina qoymusam axsamlar oxuyuram
1 fevral 2015 09:27
# 18
Ağ_Qara
Kitab oxumağı sevirəm.Ümumiyyətlə ədəbiyyat fənnini keçəndə də əsərlərə daha çox həvəsim olur.Lakin dərslərdən çox vaxt qalmır kitab oxumağa.2013-cü ilin yayında səhv eləmirəmsə 10-a yaxın kitab oxumuşam.Bir də ki,2014-cü ildə məktəb vaxtı bir kitab var idi,ədəbiyyatdan həmin kitandan bir parça keçəcəydik,mən də buna görə həmin kitabı o dərsi keçənə qədər oxuyub qurtardım.Məqsədim bu idi.Təbii ki,mənim oxuduğum kitablar öz yaşıma aid kitablardı.Amma həqiqətən maraqlı əsərlərdi.Filmə baxmağı da sevirəm.Arada baxıram.Əsasən də 5-ci və 6-cı günlər.Xəbərə görə tşk.

İlk dəfə Daniel Defo'dan "Robinzon Kruzo"nu oxumuşam.Səhv eləmirəmsə axşamüstü idi başladım oxumağa,səhəri gün günorta vaxtları bitirdim.Tam dəqiq yadımda deyil.
1 fevral 2015 02:10
# 17
FISTIK
eveller oxuyurdum robenzonu, sefiler, birde herden seyir, hekayeler indi arada vaxd olanda din haqda oxuyuram ta kitab cox oxumuram.twk maraqliydi
31 yanvar 2015 23:34
# 16
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
arzum-aysum
Kitab oxumaq delisiyem. Kitabın verdiyi məlumatı heç nə verə bilməz insana.
31 yanvar 2015 22:42
# 15
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
KRALİCEM
Sebrim yoxdu
31 yanvar 2015 21:14
# 14
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Beynim masallah gencdir beyin genc qalmagcun mumkun qeder stresden uzaq durmalisan eseblesmemelisen
31 yanvar 2015 20:30
# 13
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Qlamurr
İndiyə qədər oxuduğum kitablarını sayını itirmişəm,mütaliə etmək lazımdı,çünki hansısa film ki mütaliənin yerini verə biməz,kitab oxuyan insanın dünya görüşü tamamilə fərqli olur,söz bazası zəngin olur,nitqi gözəl olur,həm də beyin düşünür...Axırıncı oxuduğdum roman Orxan Pamukun "Mənin adım qırmızı" romanıdı....
31 yanvar 2015 20:26
# 12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
AYKA-ISI
oxumagi sevsemde oxumaga vaxtim olmur
31 yanvar 2015 19:56
# 11
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Rusi
maraqli kitab olsa oxuyaram
31 yanvar 2015 19:42
# 10
emis
duzud yazildigi kimi menimde kitab oxumaqla aram yoxdu, birce yayada 3 dene kitab oxumusam
31 yanvar 2015 19:00
# 9
Nazan
01 isteyirem
31 yanvar 2015 18:58
# 8
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Tomris Müslümova
men gece yatanda oxuyuram.<<<robin sharma>>>
31 yanvar 2015 18:44
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Melissa
men her gun kitab oxuyuram. kitabi oxuyub qutarandan sonra yenisini aliram
31 yanvar 2015 18:43
# 6
ece uslu
kitab oxumagi cox sevirem
31 yanvar 2015 18:38
# 5
Сладкий Ангел
mende cox sevirem kitab oxumagi ama sebrim yoxdur axiracan oxumaga istirem tez her seyden xeberdar olumeh
31 yanvar 2015 18:16
# 4
.Bir gülüşüm var Sizlərə ömür...
Fialka
Kitab oxumağı çox sevirəm heç bir film kitab oxumağı əvəz edə bilməz,kitab oxumağın bir çox faydaları var ki, saymaqla bitməz və hal hazırda yeni bir romanı oxuyuram aldıgım zövqü film verə bilməz kitab qədər ...
31 yanvar 2015 18:11
# 3
isveç.de
Vallah beynimdə o qədər qarmaqarışıqlıq varki bəlkədə ən qoca beynə sahibəm. Xəbərə görə çox sağ olun.

Vallah beynimdə o qədər qarmaqarışıqlıq varki bəlkədə ən qoca beynə sahibəm. Xəbərə görə çox sağ olun.
Yatmazdan qabağ dini kitablar oxuyuram.
31 yanvar 2015 17:45
# 2
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Gulu-Qezi
duzdu ne qeder filme baxsanda kitabi evez elemir....sevirem kitab oxumagi ama cox oxumaga vaxtim olmur
31 yanvar 2015 17:43
# 1
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz