Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt olmağın 10 möhtəşəm sirri
Xoşbəxt olmağın 10 möhtəşəm sirri
Göndərən: Nazlı_qız
Şərhlər: 23
Baxılıb: 1789
Səs ver:
1. Xeyirxah olun
"Psychological Bulletin”də yayımlanan araşdırmaya görə özünüz üçün yox, başqaları üçün pul xərcləmək, özünüzü daha yaxşı hiss etməyinizə gətirib çıxarır. Ən xoşbəxt insanların, paylaşmağı sevən insanlar olduğunu sübut edən araşdırmaya görə, xeyirxahlıq edərək, başqalarına pul verərək xoşbəxt ola bilərsiniz.

2. Şükür edin
Pensilvaniya Universitetinin professoru Martin Seliqman hər gecə onları xoşbəxt edən üç yaxşı şeyi yadına salan insanların digərlərindən daha xoşbəxt olduğunu sübut edib. Sizi xoşbəxt edən şeylərin çox da mühüm şeylər olması vacib deyil. Həyat yoldaşınızın sevdiyiniz şirniyyatı xatırlayıb alması belə şükür etməyiniz üçün yetərlidir.

3. Təzə şeyləri sınayın
Araşdırmalar göstərir ki, yeniliklər edən, yeni təcrübələr yaşayan və rutin həyatdan çıxmağı bacaran insanlar daha xoşbəxt olurlar. Yeni şeylər sınamaq beyin dalğalarını oyandırır.

4. Hədəflər müəyyən edin
Psixoloq Jonathan Freedman qarşısına qısa, yaxud uzun müddətli hədəf qoyanların, digərlərinə nisbətdə daha xoşbəxt olduqlarını iddia edir. Viskonsin Universitetindən Richard Davidson isə deyir ki, hansısa məqsəd naminə çalışmaq, müsbət emosiyalar oyadır insanda.

5. Bitərəf olun
"Ultimate Happiness Prescription” adlı kitabın müəllifi Deepak Chopra yazır ki, xoşbəxt olmaq üçün tərəfsiz olmaq lazımdır: "Əgər öz mövqeyinizi müdafiə etməyi dayandırsanız, enerjinizin 99 faizinə qənaət edərsiniz və daha çox xoşbəxt olarsınız”.

6. İnanclı olun
Aparılan yeni araşdırmalara görə inanclı insanlar olmayanlara nisbətdə həyatlarından daha məmnun və xoşbəxtdirlər. Melburn Universitetindən Bruce Headeyin 25 illik araşdırmasının nəticəsində bəlli olub ki, inanclı insanlar karyera narahatlığından uzaqdırlar və ruhən daha stabildirlər.

7. Azı 6 saat yatın
İngiltərədə aparılan bir araşdırma göstərir ki, gündə ən az 6 saat  15 dəqiqə davamlı olaraq yatmaq, insanın xoşbəxt olmasında böyük əhəmiyyət daşıyır.

8. On yaxşı dostunuz olsun
Nottinqam Universitetinin araşdırmasına görə ən azı 10 yaxşı dosta sahib olduğunu deyən yetkin insanlar, beşdən az dostu olanlara nisbətdə daha xoşbəxtdirlər. Daha xoşbəxt hiss etmək üçün, dost çevrənizi genişləndirməyiniz lazımdır.

9. Tez-tez gülümsəyin
Gülümsəmək və xoşbəxt insan kimi davranmaq insanda müsbət emosiyalar yaradır. Durduğunuz yerdə, heç bir səbəb olmadan gülümsəsəniz, əhvalınız düzələcək. Bu da araşdırma nəticəsidir.

10. Romantik olun
Münasibətlərin xoşbəxtliyə çox böyük təsiri var. Kornell Universitetində aparılan araşdırmaya görə sevgi münasibəti olan insanlar, olmayanlara nisbətdə daha xoşbəxtdir.


Şərhlər: 23
Baxılıb: 1789
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ask Doktoru
Demekle olunmurki her sey birden adamin ustune gelir
28 fevral 2015 19:59
# 23
Aliye
uliçka
sevdiyim hər zaman yanımda olsun mən xoşbəxt olaram...! belədə olacaq İnşallah.
25 yanvar 2015 04:46
# 22
Həyat kino kimidir,ən marağlı anında bitir
Nazan
en romantik menem
25 yanvar 2015 03:22
# 21
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
qonaqa
Bunu bilmek mataqlidi teşekkürler
25 yanvar 2015 01:56
# 20
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
ece uslu
bezen bir gulumseme bele insani xowbext ede bilir
25 yanvar 2015 01:39
# 19
emis
On yaxşı dostunuz olsun
1 ni zornan tapiriq)))
25 yanvar 2015 00:28
# 18
arzum-aysum


Həqiqətən de xoşbəxtlik umumi mevhumdu. Onu bir seyle baglamaq olmaq. Sevdiklərimiz yanimizdadirsa ve aldigimiz her nefesde saglamiqsa sukur edek. Demek ki xosbextik
24 yanvar 2015 22:43
# 17
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
aynur2002
Men ozume 1 yaxsi dostu gucle tapmisam o ki, qaldi 10 dostum ola

Men ozume 1 yaxsi dostu gucle tapmisam o ki, qaldi 10 dost ola
24 yanvar 2015 21:49
# 16
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
My sun
Boş şeylerdi eşiii.
24 yanvar 2015 21:47
# 15
Bağışla gözlərim,mən sevdim sən ağladın.
roksi1995
tesekkurler maraqli idi
24 yanvar 2015 20:28
# 14
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Tomris Müslümova
sukur edin..nasukur insani gorende deli olurem
24 yanvar 2015 19:38
# 13
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fiorella
Inancli olun

5,6 yoxdu
24 yanvar 2015 19:24
# 12
BARBI
Bezen bir kicik sey bele bizi cox xosbext ede biler teesufki xosbextliyin deyerini itirende bilirik
24 yanvar 2015 19:16
# 11
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fiorella
Biteref olun
24 yanvar 2015 19:15
# 10
sona
Allahima min wukur xirda bir weynende sevine, xowbext ola bilirem. Cunku wukur edenlerdenem
24 yanvar 2015 18:39
# 9
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
aylin24
emel elemey lazimdi
24 yanvar 2015 18:32
# 8
insanin deyerini bezen varligi deyil yoxlugu gosterir, yoxlugu bir sey deyisdirmeyenin varligi da gereksizdi...... F.M.Dostayevski
rəmsə
Yazılanlar düzdü məncə.
24 yanvar 2015 18:28
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Sevgi Meleyi
Azı 6 saat yatın bunan baska hamiusi menim xasiyyetimdi TWK. heart
24 yanvar 2015 18:11
# 6
love love love
Gulu-Qezi
ehh gerek bexdin xowbext ola

24 yanvar 2015 18:11
# 5
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Fialka
8. On yaxşı dostunuz olun
10. Romantik olun
bu iki şeydən başqa qalanı var xarakterimdə və razıyamki dogru yazılıb.
24 yanvar 2015 18:07
# 4
Qlamurr
Razıyam insanın xoşbəxt olması üçün yazılanların olması vacibdi.....tşk...
24 yanvar 2015 17:49
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Melissa
tskrler
24 yanvar 2015 17:43
# 2
ayan97
Hamisi mende var sukrler olsunki xosbextem... amma mence xosbext olmagin en boyuk sirri insanin sevdiklerinin yaninda olmasidi...
24 yanvar 2015 17:38
# 1
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz