Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünya ölkələrinin maraqlı Yeni il adətləri
Dünya ölkələrinin maraqlı Yeni il adətləri
Göndərən: Miss_Azerbaijan
Şərhlər:
Baxılıb: 826
Səs ver:
Ekvador sakinlərinin Yeni il ənənələri olduqca maraqlıdır.

Burada kimsə növbəti ildə daha çox səyahət etmək istəyirsə, gecə saat 12-də böyük çamadanla yaşadığı binanın ətrafında bir neçə dövrə qaçmalıdır.

İtaliyada yeni il şənlikləri köhnə əşyaların atılması ilə başlanır. Buna görə küçədə olan adamlar yoldan keçərkən ehtiyatlı olmalıdırlar. İtalyanlar bu ənənəni çox sevirlər. Çünki köhnə ildə atılmış əşyalar yeniləri ilə təzələnir.

İtalyanlar bayram süfrəsinə qoz, mərci və üzüm qoymağı mütləq sayırlar və bu qida məhsullarını uzunömürlülük, sağlamlıq rəmzi kimi qəbul edirlər. İtaliyada Yeni il ənənələrindən biri bayram münasibətilə yaxın və doğma insanlara su doldurulmuş qabın içərisinə zeytun budağı qoyub hədiyyə etməkdir. Belə qəbul olunub ki, bu hədiyyə insanlara xoşbəxtlik gətirir.

İspaniyada da bayram şənlikləri böyük təntənə ilə keçirilir. İspanların ən əsas Yeni il ənənəsi on iki üzüm giləsi ilə bağlıdır. Bu ölkənin sakinləri yeni il gecəsi yaşadıqları şəhərin mərkəzinə çıxır, yeni ilə 12 saniyə qalmış niyyət tuturlar, hər saniyə ərzində bir gilə üzüm yeyib tumlarını atırlar. Əsas məsələ saniyə ərzində bu prosesi vaxtında həyata keçirməkdir. Kim bunu bacarırsa, növbəti ildə onu uğurlar gözləyir. İspanlar üçün üzüm uğur, bolluq, xoşbəxtlik rəmzi sayılır.

ispanların daha bir bayram ənənəsi isə bayram günündə kilsənin qarşısına yığışıb ötən ildə baş verən hadisələri xatırlamaqdır. Bəzən bu tədbir saatlarla davam edir.

Vyetnamda yeni il ay təqvimi ilə yanvarın axırında və ya fevralın əvvəlində qarşılanır. Bu zaman burada bahar havası olur. Yeni il süfrəsinə toplaşan qonaqlar əllərində çiçək dəstələri tuturlar. Vyetnamlılar Yeni il axşamı əziz adamlarına çiçək açmış ərik ağacının budaqlarından düzəldilmiş çələng bağışlayırlar.

Macarıstanda Yeni il axşamı milli paltar geymiş cavanlar küçələrə çıxıb musiqi çala-çala gəzməyə başlayırlar. Dəstəbaşı təntənəli sürətdə elan edir ki, köhnə ili "dəfn" eləyib yenisini qarşıladığımız üçün hamı yeyib-içib şənlənməlidir. Küçələri gəzən cavanlar hansı evin qabağında dayansalar, ev sahibi mütləq onları ləzzətli yeməklərə və şəraba qonaq etməlidir. Macarlar Yeni il süfrəsinə qaz, ördək, toyuq bişirib qoymazlar. Guya Yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayət edirlər ki, yeni ildə ərə gedə bilsinlər.

Danimarkada Yeni ili tullanmaqla qarşılayırlar. Belə ki, gecə saat 12-də hamı stulun üstünə çıxır və tullanır. Beləliklə, onlar köhnə ildən təzə ilə tullanırlar. Bu ölkədə daha bir bayram ənənəsi yaxın dostların və qonşuların qapılarına boşqab çırpmaqdır. Kimin qapısının kandarında daha çox qab-qacaq qırıntıları varsa, gələn il onun üçün düşərli və uğurlu olur.

Yunanıstanın bəzi əyalətlərində yeni ili yanvarın 3-də qarşılayırlar. Həmin gün kişilərə aid olan bütün hüquq və ixtiyar qadınlara verilir. Qadınlar qoyun və ya donuz kəsib təmizləyir, oxuya-oxuya gəzintiyə çıxırlar. Kişilər isə ev süpürür, qab-qacaq yuyur, uşaqlara baxır və özlərinə təskinlik verirlər ki, eybi yoxdur, bu vəziyyət cəmi bircə günlükdür. Daha bir ənənəyə görə isə qonaqlar təşrif buyurduqları ailələrə hədiyyələr gətirirlər. Bu hədiyyələrin arasında daş da olur. Daş nə qədər ağır olarsa, həmin ailənin növbəti ildə var-dövləti də həmin ağırlıqda olar. Yunanların ənənəsinə görə bayram ziyafəti başa çatdıqdan sonra ailənin başçısı bir ədəd narı həyətdə yerə çırpır. Narın dənələri nə qədər çox səpələnərsə yeni il də bir o qədər uğurlu olar.

Braziliyada Yeni il şənlikləri olduqca romantik keçirilir. Bayram günü braziliyalılar okean sahilində qum üzərində şamlar yandırırlar. Qadınlar isə uzun paltarlarda suya girib gül ləçəklərini okeana atırlar. Bayram şənliklərinə karnavallar xüsusi gözəllik qatır.
Rumıniyada Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisində daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Yemək vaxtına kimin bəxtinə nə çıxdı, çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.

Avropanın çox ölkəsində Yeni ili xüsusi təmtəraq və ciddi qaydalarla qarşılayırlar. Elə ölkə var ki, orada Şaxta baba, elə yerlər də var ki, orada uşaqların Şaxta nənəsi olur. Şaxta babanın adı Noel ata, Şaxta nənənin ismi isə Befandır. Avropada belə bir fikir də dəbdədir ki, Yeni il axşamı ən yaxşısı evindən bayıra çıxmamaqdır. Bunun da bir səbəbi var: həm o axşam pəncərədən atılan köhnə mebellər sənin üstünə düşməz, həm də bayramı hansı ovqatla qarşılasan, elə o əhval-ruhiyyə ilə də sona çatdırarsan.

Rusiyada isə hər evdə kilsə şamları yandırılır. Süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanclara görə, süfrə nə qədər zəngin və gözəl olarsa, gələn il də elə gözlənilər. Rusların süfrəsinin tən ortasında mütləq qızardılmış donuz balası qoyulmalıdır. İnanca görə, donuz var-dövlət simvoludur. Süfrəyə quş ətindən heç nə verilməz. Belə hesab edilir ki, xoşbəxtlik evdən uça bilər. Gələn qonaqlara xəmirdən hazırlanmış müxtəlif fiqurlu şirniyyatlar paylanılır. Yeni il axşamı mütləq təzə paltar və ayaqqabı geyinilməlidir. Yaxın adamlar bir-birini təbrik edir, qonaq gedir, səhərədək yemək-içmək bitmək bilmir.

Azərbaycanda isə Yeni il axşamının bir özəlliyi ondan ibarətdir ki, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Gününə təsadüf edir. Doğrudur, Yeni ilin gəlişini biz adətən Novruz bayramında qeyd edirik. Amma illərdir ki, yeni ili də eyni məhəbbətlə qarşılayırıq. Süfrəmizə ləziz yeməklərlə bərabər, milli mətbəximizin gözəl təamları da qoyulur.


Şərhlər:
Baxılıb: 826
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz