Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İfritələrin bayramı - “HALLOWEEN”
İfritələrin bayramı - “HALLOWEEN”
Göndərən: zayka15
Şərhlər: 18
Baxılıb: 928
Səs ver:
"Halloween", ingilis dilindən "All Hallows' Eve və ya All Saints' Eve” bayramının qısadılmış adıdır. Bayram öz əsasını xristianlığa qədərki dövrdən Böyük Britaniya adasının xalqlarından – İrlandiya və Şotlandiyanın aborigen əhalisi olmuş qədim kelt tayfalarından götürür. İngilis dilinin Oksford lüğətinə əsasən, şotland ifadəsi kimi "Halloween” ilk dəfə məhz "All-Hallows-Even ” şəklində 16-cı əsrə aid əlyazmada qeyd edilir, mənası "Bütün müqəddəslərin axşamı” (even – evening (axşam) sözünün qısadılmış formasıdır) anlamını ifadə edir. Bu ifadə yazılı mənbələrdə 1556-cı ilə qədər rast gəlinmir. Xristian ölkələrində qeyd edilən "Bütün müqəddəslərin günü” bayramından bir gün öncənin - oktyabr ayının 31-də axşam saatlarında qeyd edilir.

Hellouin ənənəvi olaraq əvvəllər ingilisdilli ölkələrdə bayram edilirdi. Lakin XX əsrin sonlarından başlayaraq dünyada gedən qloballaşma və "amerikanlaşma” mədəni ekspansiyası nəticəsində digər ölkələr və xalqlarda, o cümlədən bizdə də bu qeyri-adi bayramı qeyd etmək dəbi formalaşdı.
 
"Halloween”in mənşəyini qədim Romada qeyd edilən "Parentalia” bayramı ilə əlaqələndirirlər. Həmin gün romalılar vəfat etmiş valideynlərini və qohumlarını yad edirdilər. Fevral ayının 13-də qeyd edilən bu qədim bayramı günorta saat 12 tamamda xüsusi kahin qadın (Vestalis Maxima) qurban kəsməklə açırdı və 21 fevralda "feralia” adlı orgiya və müxtəlif həmin dövr üçün xarakterik olan elementlərlə zəngin böyük qutlama sona çatırdı.
 
Lakin "Halloween”in tarixini araşdıran tədqiqatçı Nikolas Rocers qeyd edir ki, onun "Parentalia” ilə əlaqələndirilməsi yanlışdır və qədim keltlərin xristianlığa qədərki "Samhain” bayramı ilə əlaqələndirilməlidir. Bu bayram haqqında məlumata isə X əsrə aid qədim irland əlyazmalarında rast gəlmək olar. Bayramın adının mənası isə qədim irlandcadan "yayın sonu” anlamını ifadə edirdi. Sonralar Samhain – noyabr ayının irlandca adına çevrilir.
 Oksford folklor lüğətinə görə, Samhain – bütünlüklə Britaniya xalqları tərəfindən qeyd edilirdi və daha çox ölüm və fövqəlgüclərlə əlaqədar idi. VIII əsrdə xristianlığın İrlandiyada möhkəmlənməsi ilə "Bütün müqəddəslər günü” getdikcə "Samhain”I sıxışdırmağa başlayır və beləliklə getdikcə gələcəkdə qeyd ediləcək "Hellouin”in əsası qoyulmağa başlanır. X-XI əsrə yaşamış kilsə rahiblərinə aid gündəliklərdə gecə qeyd edilən bayram zamanı dəhşətli ritullar keçirildiyi, bu zaman şər qüvvələrlə - o cümlədən ruhlar və cinlərlə (demons) təmasda olduqlarıbarədə yazılar mövcuddur. Keltlərin inancına görə, həmin gün "dirilərin və ölülərin dünyaları öz qapılarını açır və bu səbəbdən də dünya ruhlar və şər qüvvələrlə dolur”. Şər qüvvələrin hücumlarından özlərini qorumaq üçün, keltlər evdə yanan hər şeyi söndürür, özləri isə müxtəlif heyvan dəriləri geyinərdilər. Onlar inanırdılar ki, belə etməklə gələn şər fövqəlqüvvələri qorxuda biləcəklər. Hər evin qarşısında ruhları qonaq etmək üçün qoyulmuş şirnilərə rast gəlmək olardı. Keltlərin özləri isə druid kahinlərinin qaladıqları tonqalların ətrafına toplaşır, müxtəlif heyvanları (bəzi əlyazmalara görə, insanlar da) qurban kəsirdilər. Bu zaman istifadə edilən rituallar, sonradan bir çox qara magiya elementləri kimi şər qüvvələrin çağırılması və iblisə pərəstiş (satanizm) elementlərində də öz əksini tapdı. Qurbankəsmədən sonra isə druidin xüsusi ritualı ilə guya ki, "müqəddəsləşdirdiyi” tonqaldan od götürərək evlərinə gətirirdilər.
 
Bayramın simvolu isə boranı idi. O nəinki yayın bitməsini və məhsul yığımını simvolizə edirdi, həm də tonqaldan götürülən odla içində yandırılan işıq vasitəsi ilə şər qüvvələri qorxutmalı idi.
 
IX əsrdə Roma papası III Qriqorinin əmri ilə "Bütün müqəddəslərin günü” noyabr ayının ilk gününə təyin edilir. Katolik kilsəsi bununla "Samhain” bayramını sıxışdıraraq tamamən aradan qaldırmağa çalışırdı. Lakin gözlənilənin əksi baş verir. Artıq bu dövrdən başlayaraq iki bayramın çulğalaşması dövrü başlayır. "Samhain” kimi Hellouin də 31 oktyabrdan 1 noyabra keçən gecə qeyd edilir. Təqribən XVI əsrdə 31 oktyabr gecəsi qapıları döyərək şirin şeylər istəmək ənənəsi formalaşır.
 
Beləliklə bu bayramın tarixinə və mahiyyətinə qısa da olsa nəzər yetirməyə çalışdıq, bununla da borcumuzdan çıxdıq. Artıq qeyd edib-etməmək, sizlərə qalmış...


Şərhlər: 18
Baxılıb: 928
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lili)
ifrusalar bayraminiz mubarekdi
23 yanvar 2015 09:12
# 18
Fiorella
Maraglydi,teshekkur
21 yanvar 2015 03:48
# 17
ece uslu
sevmirem
21 yanvar 2015 00:26
# 16
aziz a
Deliye her gun bayramdi onsuz
20 yanvar 2015 23:55
# 15
Qelbim doludu !!!!
ŞehZam
Telebelik vaxt bu movzuda olan derslerin uzune bele baxmirdim( Wekiller qorxuncdu ele(
20 yanvar 2015 23:39
# 14
Nazan
bize dusen tek sey cadu bayraminiz mubareeeeeeeeeeeeeeeeeeeeeeek
20 yanvar 2015 23:34
# 13
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
xeyalperest
Başa duşmedim ifritelerle olulerin ne elaqesi?neyse tewekkur
20 yanvar 2015 22:28
# 12
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
aynur2002
Cox qorxuncdur. 16 122
20 yanvar 2015 22:05
# 11
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Wappuw
ozleri demiwken esl ifritelerin bayramidii 122

ozleri demiwken esl ifritelerin bayramidii 122

ozleri demiwken esl ifritelerin bayramidii 122
20 yanvar 2015 20:53
# 10
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
arzum-aysum
sevmirem.
20 yanvar 2015 19:50
# 9
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
emis
Ifritelerin bayrami 122
20 yanvar 2015 19:29
# 8
Madina
Sevmirem,beyenmirem,pis baxiram
20 yanvar 2015 18:37
# 7
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Tomris Müslümova
men rusyada olanda qeyd elemisdik ruslar cox sevir mene gore menasiz oldu...
20 yanvar 2015 18:34
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Cox beyendiyim bayramlardan biridir
20 yanvar 2015 18:05
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Halloween haqqında məlumatım var ancaq bu bayram xristianlara aiddir,bizim ölkədə bəziləri qeyd edir,buna heç yaxşı baxmıram ...
20 yanvar 2015 17:54
# 4
Mrs.Pianist
Tesekkuurler
20 yanvar 2015 17:45
# 3
Acısı çox olan qizların guluşu gozel olur.!
rəmsə
Yavaş-yavaş Azərbaycanda da əməlli başlı qeyd olunacaq
20 yanvar 2015 17:45
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Melek5
biz onlara cadilar bayrami deyekde qisaca
20 yanvar 2015 17:31
# 1
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz