Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
3 dəqiqəlik öpüş, qırmızı alt paltarı, 12 gilə üzüm - Yeni il ənənəsi
3 dəqiqəlik öpüş, qırmızı alt paltarı, 12 gilə üzüm - Yeni il ənənəsi
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1870
Səs ver:
Yeni il bayramını dünyanın ayrı-atrı xalqları böyük həvəs və sevinclə qarşılayırlar. Növbəti təqvim ilinə keçidlə bağlı hər bir xalqın özünəməxsus adi və qeyri-adi ənənələri var və bu ənənələr çox qədim zamanlardan müasir dövrə kimi qorununb saxlanılıb.

Dünya xalqlarının Yeni il bayramı ilə bağlı ənənələrini təqdim edir
1.Bolqarıstanda Yeni il bayramını ev şəraitində yaxın qohumlarla birgə keçirməyə üstünlük verilir. Yeni təqvim ilinə bir neçə dəqiqə qalmış otağın işığı södürülür və bayramı qeyd edənlərə qaranlıq otaqda 3 dəqiqə örüşmək imkanı verilir. Bu mərasimdən sonra ev sahibəsi tərəfindən bayram piroqu kəsilir. Piroq hazırlanarkən onun içərisinə xırda pul əskinazı qoyulur. Həmin əskinaz kimin payına düşürsə deməli o adam növbəti ildə varlanacaq. Bayram şənliyində ən çox qazanan isə ailənin ən kiçik üzvü olur. Ənənəyə görə ailənin bütün üzvləri ona bayram hədiyyəsi verməlidirlər.
 

 

2.Ekvador sakinlərinin Yeni il ənənələri də çox maraqlıdır. Əgər kimsə növbəti ildə daha çox səyahət etmək istəyirsə gecə saat 12-də böyük çamadanla yaşadığı binanın ətrafında bir neçə dövrə qaçmalıdır. Növbəti ildə daha çox pul qazanmaq istəyənlər bayram gecəsi sarı rəngdə alt paltarı geyinməlidir. Yeni ildə özünə xoşbəxt bir sevgi arzulayanların isə alt paltarı qırmızı rəngdə olmalıdır.

 

 

 

3.İtaliyada yeni il şənlikləri köhnə əşyaların atılması ilə başlanır. İtalyanlar bu ənənəni çox sevirlər. Çünki köhnə ildə atılmış əşyalar yeniləri ilə təzələnir. İtalyanlar bayram süfrəsinə qoz, mərci və üzüm qoymağı mütləq sayırlar və bu qida məhsullarını uzunömürlülük, sağlamlıq rəmzi kimi qəbul edirlər. İtaliyada Yeni il ənənələrindən biri bayram münasibətilə yaxın və doğma insanlara su doldurulmuş qabın içərisinə zeytun budağı qoyub hədiyyə etməkdir. Belə qəbul olunub ki, bu hədiyyə insanlara xoşbəxtlik gətirir.

 

 

 

 

4.İspaniyada bayram şənlikləri böyük təntənə ilə keçirilir. İspanların ən əsas yeni il ənənəsi on iki üzüm giləsi ilə bağlıdır. Bu ölkənin sakinləri yeni il gecəsi yaşadıqları şəhərin mərkəzinə çıxır, yeni ilə 12 saniyə qalmış niyyət tuturlar, hər saniyə ərzində bir gilə üzüm yeyib tumlarını atırlar. Əsas məsələ saniyə ərzində bu prosesi vaxtında həyata keçirməkdir. Kim bunu bacarırsa növbəti ildə onu uğurlar gözləyir. İspanlar üçün üzüm uğur, bolluq, xoşbəxtlik rəmzi sayılır.

İspanların daha bir bayram ənənəsi isə bayram günündə kilsənin qarşısına yığışıb ötən ildə baş verən hadisələri xatırlamaqdır. Bəzən bu tədbir saatlarla davam edir.


 

5.Daniyada Yeni ili tullanmaqla qarşılayırlar. Belə ki, gecə saat 12-də hamı stulun üstünə çıxır və tullanır. Beləliklə, onlar köhnə ildən təzə ilə tullanırlar. Bu ölkədə daha bir bayram ənənəsi yaxın dostların və qonşuların qapılarına boşqab çırpmaqdır. Kimin qapısının kandarında daha çox qab-qacaq qırıntıları varsa gələn il onun üçün düşərli və uğurlu olur.

 

 

6.Yunanstanda Yeni il bayramını qonaqlarla keçirməyi sevirlər. Ənənəyə görə qonaqlar təşrif buyurduqları ailələrə hədiyyələr gətirirlər. Bu hədiyyələrin arasında daş da olur. Daş nə qədər ağır olarsa həmin ailənin növbəti ildə var-dövləti də həmin ağırlıqda olar. Yunanların ənənəsinə görə bayram ziyafəti başa çatdıqdan sonra ailənin başçısı bir ədəd narı həyətdə yerə çırpır. Narın dənələri nə qədər çox səpələnərsə yeni il də bir o qədər uğurlu olar.

 

 

 

7.Avstriyada da Yeni il bayramı böyük təntənə və şənliklərlə qeyd olunur. Avstriyalılar öz ənənələrinə görə bayram günündə doğmalarına donuz bağışlayırlar. Ancaq canlı yox, oyuncaq donuz balası. Belə hədiyyə bu ölkədə var-dövlət rəmzi sayılır.

 

 

 

8.Braziliyada Yeni il şənliklikləri olduqca romantik keçirilir. Bayran günü braziliyalılar okean sahilində qum üzərində şamlar yandırırlar. Qadınlar isə uzun paltarlarda suya girib gül ləçəklərini okeana atırlar. Bayram şənliklərinə karnavallar xüsusi gözəllik qatır.

 

 

 

9.Argentinada Yeni il ərəfəsində evlərin qapısına gül çələngləri bağlanır. Bu onu göstərir ki, ailə Yeni il bayramına hazırdır. Bu ölkədə ilin son günündə iş yerlərində olan bütün artıq kağızları pəncərələrdən küçələrə atırlar. Yeni il bayramı argentinalılara baha başa gəlir. Ənənəyə görə bu ölkədə işləyən hər bir kəs ailə üzvlərinə və qohumlarına hədiyyələr almalıdırlar.

 

 



Şərhlər:
Baxılıb: 1870
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz