Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yayı sevdirəcək yazı
Yayı sevdirəcək yazı
Göndərən: tek umidim sen
Şərhlər:
Baxılıb: 689
Səs ver:
Qış aylarında yayı səbirsizliklə gözləyirik. Amma yayın cırhacırında qışı arzu edirik. Tərləmək, nəfəs ala bilməmək, işdə kondisioner davaları bizi bezdirir. Bütün bunlara baxmayaraq yayda zövq ala biləcəyimiz şeylərin siyahısı digər fəsillərə baxanda daha çoxdur.

Yayı nələrə görə sevirik?...
Səhər tezdən yuxudan duranda fikirləşirsən ki, artıq yay gəlib, şortik geyinmək, rahat geyimlərdə gəzmək olar.

Yay paltarı geyinməyin dözülməz yüngüllüyünü hiss etmək.

Açıq pəncərədən qəfildən əsən küləyin təravətləndirici sərinliyini hiss etmək.

Təzə biçilmiş otun qoxusunu duymaq.

Soyuq yerdən isti havaya çıxmağın ləzzəti. Və isti yerdən sərin otağa girmək.

Rayona gedərkən başını sürətlə hərəkət edən avtomobilin pəncərəsindən çıxarıb gözlərini yumaraq uçduğunu düşünmək…

Uşaqlıq dövrünün tətillərini xatırlamaq.

Çəmənlikdə ayaqyalın gəzmək.

Dondurma əriyib barmaqların arasına tökülməmiş onu yeyib qurtarmaq.

İlk çiyələyi qopartmaq.

Beşinci gün axşam işdən çıxanda sənin qarşıda iki həftəlik məzuniyyətin olduğunu xatırlamaq.

Dənizə getmək. Dənizə getmək. Dənizə getmək.

Qum üzərində yeridikdən sonra ayaqların dincəldiyini hiss etmək.

Bədənindən quru qumu çırpmaq.

Günəş əleyhinə qoruyucu kremi bədənə sürtdükdən sonra dəridə şirin qoxunu hiss etmək.

Axşam çimərlik geyimini çıxartmaq və qaralma izi görmək.

Meşədə gəzintidən sonra ayaqlarını sərin gölə sallamaq...

Manqal qalamaq, kabab bişirmək və samovar çayı içmək.

Böyük bir ağacın kölgəsi altında uzanıb kitab oxumaq.

Qəfil yağan yağışa yaxalanmaq, yağışdan sonra islanmış torpaq qoxusunu içinə çəkmək.

Skamyada uzanıb dostunun dizlərini yastıq kimi istifadə etmək.

Kənddə gecələr qurbağaların simfoniyasına qulaq asmaq.

Yaddan çıxmamış: gecə yuxudan oyanıb soyuducudan sərin qarpız çıxarıb yemək.

Meşədə çadır qurub qalmaq, tonqalın ətrafına toplanmaq.
Gecə evin eyvanında uzanıb, ulduzları seyr etmək.


Şərhlər:
Baxılıb: 689
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz