Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Danışırsan, doğru danış
Danışırsan, doğru danış
Göndərən: Glamurka Nemiska
Şərhlər:
Baxılıb: 1806
Səs ver:
Qurtuluş doğruluqdur.
Ey əzizim! Danışırsan doğru danış! Doğruluq kəramətdir. Qurtuluş doğruluqdur. Yalançı və hiyləgər şeytandır, lakin görünüşdə insandır. Yalan söyləyən kimsədən xeyir gəlməz. Boş sözlər və zarafatlar zərərə yol açar və ömrü hədər keçirərsən. Qeybət və dedi-qodudan uzaq dur ki, bunlar insanı xalqdan və haqqdan uzaq salar.
Üzr istəyənin üzrünü qəbul et.
Allahı tanıyan kimsə insanlardan üzr istəyər. Üzr istəyənin üzrünü qəbul elə. Sənə əziyyət verəni bağışlayıb, ona yumşaq və gözəl sözlər söylə. Əlindən gəldiyi qədər qüsurlarını bağışla, ayıbları görməməzliyə vur. Bağışlamaq ehsanların ən gözəlidir.
Dili şirin olanın dostu çox olar.
Dil insanın tərəzisidir, alimi və cahili bir-birindən ayırır. Mömin insafla davranır. Əxlaqı gözəl olan xoş danışar. Çoxlu salam və şirin dil sevgiyə səbəbdir. Böyüklərin yolu-gözəl sözlü olmaq və açıq salam verməkdir. 
Yaxşı dost həyatın bəzəyidir.
Yaxşılıq edənlə pislik edəni bir tutma. Yaxşılıq edəni dualarında unutma. Yaxşılığı unudub, qüsuru yadda saxlayan dost deyil, düşməndir. Dostunun xətasına dözməyən ölüm döşəyində tək qalar. Dostun gözün kimi olan insandır. İki dost həyatın bəzəyi və bəlada yardımçıdır. Səmimi görüşməklə yoldaşlıq davam edər. 
Mömin həlim, səlim olur.
Mömin yumşaq və həlim olur. Elm möminin əsas silahıdır. Elmin isə başı öyrənməkdir. Elmin zəkatı ağıllı insanlara elm öyrətməkdir. Elmin bəzəyi əziyyətə qatlaşmaqdır. Nemətin bəzəyi qohum-əqrabanı ziyarət etməkdir.
 
Ən əsası dilimizi yalandan, özümüzü çirkin əməllərdən qoruyaq. Haqqı batildən ayıraq. Şeytanın bizə düşmən olduğunu heç vaxt unutmayaq. Çünkü şeytan bizi yalnız uçuruma doğru sürükləyər. Allah ilə olaq! Yaradanımıza həmişə şükr edək! Çünkü bəlkə də bizim həyatımızı xəyalında yaşadanlar var. Bu günümüzə, bu anımıza daima şükr edək. Dilimizdən "Allah və Rəsulu Muhamməd (s.a.s)” , əlimizdən "Quran!” əksik olmasın. Amin.


Şərhlər:
Baxılıb: 1806
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz