Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kainatın böyüklüyü nə qədərdir?
Kainatın böyüklüyü nə qədərdir?
Göndərən: Glamurka Nemiska
Şərhlər:
Baxılıb: 856
Səs ver:
Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır.
Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir parçasıdır. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən meydana gəlir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.
Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətməylə açıqlayaq. Əgər diametri 12.200 km olan Yer kürəsini üzüm dənəsi böyüklüyünə gətirsək, Günəş də futbol topunun iki misli böyüklüyündə olan kürə halına gələr. Amma daha maraqlı olan aradakı məsafədir. Həqiqətə uyğun model qurmaq üçün üzüm dənəsi böyüklüyündəki Dünya ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etmək lazımdır. Günəş Sisteminin lap xaricində olan planetləri isə kilometrlərlə uzağa aparmaq lazım olacaq.
Ancaq bu qədər nəhəng ölçüyə sahib Günəş Sistemi yerləşdiyi Südyolu Qalaktikasına nisbətdə olduqca kiçik ölçüdədir. Çünki Südyolu Qalaktikasında Günəş kimi və ondan daha böyük təxminən 250 milyard ulduz var. Bu ulduzlardan Günəşə ən yaxın olanı Alfa Sentavradır (Alpha Centauri). Əgər Alfa Sentavranın bayaqkı nisbətə, yəni Dünyanın üzüm dənəsi böyüklüyündə olduğu və Günəş ilə Dünyanın arasının 280 metr olduğu nisbətə yerləşdirsək, onu Günəşdən 78 min kilometr uzağa yerləşdirməyimiz lazımdır!

Modeli bir az da kiçildək. Dünyanı gözlə çətin görülən bir toz zərrəsi edək. Onda Günəş qoz böyüklüyündə olub Dünyaya üç metr məsafədə yerləşəcək. Bu halda Alfa Sentavra Günəşdən 640 km (bəli, kilometr) uzaqda  olmalıdır.
Südyolu Qalaktikası aralarında bu cür nəhəng məsafələr olan 250 milyard ulduzu saxlayır. Spiral şəklindəki bu qalaktikanın qollarının birində bizim Günəşimiz yerləşir.
Ancaq maraqlıdır ki, Südyolu Qalaktikası da kosmosa nisbətən çox "kiçik” yer tutur. Çünki kosmosda təxminən 300 milyarda qədər başqa qalaktikalar da var. Bu qalaktikaların arasındakı boşluqlar isə Günəş ilə Alfa Sentavra arasındakı boşluğun milyonlarla misli qədərdir.
Corc Qrinşteyn (George Greenstein), bu heyrətamiz böyüklüklə bağlı The Symbiotic Universe (Simbiyotik Kainat) adlı kitabında belə yazır: "Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsaydılar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, nebulalarda və digər göy cisimlərində davam edən təməl fiziki proseslərdə heç bir dəyişiklik olmazdı. Uzaq məsafədən baxdıqda qalaktikamızın görünüşü də indikiylə eyni olardı. Yeganə fərq, gecə çəmənlər üzərinə uzanıb izlədiyim səmada çox sayıda ulduz görünərdi. Amma üzr istəyirəm, bəli; bir fərq daha olardı: Bu mənzərəni seyr edən "mən” olmazdım… Kosmosdakı bu nəhəng boşluq, bizim var olmağımızın vacib şərtidir.” (The Symbiotic Universe. s. 21)

Qrinşteyn bunun səbəbini də açıqlayır; kosmosdakı böyük boşluqlar, bəzi fiziki dəyişənlərin insan həyatına ən uyğun şəkildə formalaşmasını təmin edir. Eyni zamanda Dünyanın kosmos boşluğunda hərəkət edən nəhəng göy cisimləriylə toqquşmasına maneə olan faktor da, kainatdakı göy cisimlərinin arasında bu cür böyük boşluqların olmasıdır. Kainatın böyüklüyü və möhtəşəm nizamı təsadüfən meydana gəlməyəcək qədər mürəkkəbdir. Bütün bunlar yaradılış həqiqətini göstərir.


Şərhlər:
Baxılıb: 856
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz