Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxudan qalxma adətinizə görə xarakteriniz
Yuxudan qalxma adətinizə görə xarakteriniz
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 1456
Səs ver:
alt

2004-cü ildə aparılan sorğular nəticəsində zəngli saat ən çox nifrət oyadan ixtiralar içində 2-ci yeri tutub. Belə ki, axşamdan saatı qurulur və ona sabah oyandırmaq üçün ümidlə baxılır, səhər isə oyanmaq məqamı çatanda onu parçalamaq istəyirlər. Lakin bununla belə, araşdırmalar göstərir ki, insanların səhər yuxudan qalxmalarına görə onların xasiyyəti haqqında mühakimə yürütmək olar. Elə isə buyurun, siz yuxudan necə qalxırsınız və necə bir xarakterə maliksiniz?

Əgər siz saat çalandan sonra uzun müddət yataqda uzanırsınızsa…

- Siz səhərlər orqanizminiz üçün ən rahat şərtlər yaradırsınız. Yuxu zamanı beyinin yavaşıyan qan dövranı bərpa olunmağa müvəffəq olur. Səhərlər tez-tez ağlınıza dahiyanə fikirlər gəlir. Ağıllı olduğunuza görə dərhal “lehinə” və “əleyhinə” ölçüb-biçirsiniz. Ancaq belə oyanmada işgüzar keyfiyyətləriniz şübhə oyadır. Axı siz bu qədər vaxtı boşuna sərf edirsiniz. Müasir həyat ritmində bu, bağışlanılmazdır. Məhz buna görə də mütəxəssislər məsləhət bilir ki, səhər tez oyanmaq üçün gözlərinizi bərk qıyın və göz qapaqları özləri açılmayana qədər açmayın.

Əgər siz saatın zəngindən əvvəl oyanırsınızsa…

- Vaxtı və əsəblərinizi qorumağa kömək edən yaxşı intuisiyanız var. İşə rahat, yavaş-yavaş, aramla hazırlaşmaq hara, nə gəldi geyinmək, səhər yeməyini çeynəyə-çeynəyə evdən tələsik çıxmaq hara? Siz sadəcə orqanizmin iradəsinə tabe olmalısınız. Gözəl əhval-ruhiyyə sizə zəmanət verilir.

Əgər siz səhərlər dura bilmir, buna görə də bütün işlərinizi günün 2-ci yarısına keçirirsinizsə…

- Siz yuxunu gümrahlıqdan çox qiymətləndirirsiniz. Axı yuxuda siz daha çox şeyə nail olursunuz, nəinki oyaq olanda. Yuxuda hər şey sizin üçün aydın və asandır. Ona görə də siz mübarizə aparmırsınız, sadəcə sizə rahat olan ritmdə həyata uyğunlaşırsınız. Yaxınlarınız və biznes-partnyorlarınız sizi başa düşmür və tez-tez bu müdrik sözləri yadınıza salır: “Tez duranla tez evlənən uduzmaz”.

Saat çalandan sonra yüksək səslə musiqiyə qulaq asırsınızsa…

- Səhərdən siz döyüş ruhuna köklənirsiniz. Sizi hərəkət etmək yanğısı coşdurur. Belə oyanma intizamlı olmağınızdan xəbər verir. Ancaq yadınızda saxlayın ki, oyandıqdan sonra ilk yarım saat ərzində orqanizm xarici qıcıqlandırıcılara qarşı kəskin reaksiya verir. Yüksək səs gümrahlaşdırdığı kimi, eyni zamanda əsəblərə toxuna bilir. Həkimlər hesab edirlər ki, ən yaxşısı ya yumşaq işıqdan, ya da gözəl ətirdən oyanmaqdır. O da bildirilir ki, artıq zəng çalmayan, yavaş-yavaş işıq saçan və xoş ətir verən saatlar ixtira olunub.

Əgər siz saatı yataqdan uzağa qoyursunuzsa…

- Bu zaman onu söndürmək üçün 100% qalxmalı olacaqsınız. Deməli, əngəllərin öhdəsindən gələ bilərsiniz. Bununla belə, siz pessimistsiniz; hər şeyə şübhə ilə yanaşırsınız və həmişə pis bir şey gözləyirsiniz. Onda bilin ki, belə ehtirasla pis xəbərlər gözləsəniz, onlar mütləq başınıza gələcək. Belə ekstremal oyanma orqanizm üçün zərərlidir. Yuxudan ayıqlığa dərhal keçmək başgicəllənməsinə səbəb ola bilər.

Əgər siz dərhal yuxudan oyanıb kontraslı duş qəbul edirsizinizsə…

- Belə yuxudan oyanmaqla iş qabiliyyəti yüksəlir, orqanizm möhkəmlənir və iradə qüvvəsi artır. Axı isti yataqdan qalxıb soyuq duş qəbul etmək hər adamın hünəri deyil. Bu, orqanizmə çox xeyirlidir. Bizim damarlarımız əvvəlcə birdən sıxılır, sonra birdən genişlənir, deməli, baş ağrıları, başgicəllənmələri və təzyiq bizim üçün qorxulu deyil. Amma yataqdan birdən qalxmaq ziyandır. Orqanizm hələ tam oyanmamış stress keçirir. Əgər belə üsulla oyanmağa alışmısınızsa, onda siz həyatı mübarizəyə çevirən adamsınız. Siz həmişə hadisələrin mərkəzində olmağa can atırsınız. Ola bilsin ki, hər şeyi dramlaşdırmağı sevirsiniz və ətrafınızdakı atmosfer tez-tez alışıb yanır.


Şərhlər:
Baxılıb: 1456
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz