Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Susmaq
Susmaq
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 2614
Səs ver:
Susmaq
Qəbul etməkdir xəbərsiz gələni,
bəzən acı çəkməkdir, haqlı olduğunu bilə-bilə boyun bükməkdir,
sözlərə küsməkdir, üzməmək üçün sevdiyini.

Susmaq
Dinləməkdir ala bildiyinə asi düşüncələri,
bəzən göz yaşlarını saxlamaqdır, hüznü səssizliyə zəncirləməkdir,
göstərməmək üçün topraga düşəni.

Susmaq
Sevməkdir adını çəkə bilmədiyin kisini,
bəzən güzəşt etməkdir,hicranıyla ürəyi dağlamaqdır,
getməsin deyə möhkəm-möhkəm örtməkdir ürəyini.

Susmaq
Həbs etməkdir, qalib gələ bilmədiyin çarəsizliyi,
bəzən gələcəyi gözləməkdir,xatirələr uğruna sinəyə çəkməkdir,
dostluq adına, çiynəməkdir qürurunu,
bəzən qaçıb getməkdir,həyatla qədəri birləşdirməkdir,
təslim olub itirməkdir.

Susmaq
Çox vaxt susuruq, hətta lazım olan yerdə də susuruq, 
bizə yaxın olan insanların xətrinə dəyməmək üçün, 
kimisə incitməmək üçün.
Belə bir atalar sozü var: Danışmaq qızıldırsa, susmaq gümüşdür.
Amma bir şeyi də unutmayın ki, susmaq insanın içini dağıdır.

Susmaq 
Bəzən sabaha məktubla göndərilmiş ümid məktubu olur. Bəzən ürəkdən danışarkən belə susur insan. Bütün sözlər, hərflər, danışıqlar otaqdakı boşluğu doldurmaq üçündür. Susmaq danışmaqdan daha çətindir əslində. Danışarkən istədiyin cümləni qurub istədiyin yerdə dayanıb nəfəslənirsən, istədiyində qışqırır, istədiyində hirslənir, istədiyində gülürsən, amma susarkən... Susarkən bütün qışqırıqların, hıçqırıqların, yalvarışların, üsyanların düyünlənib qalır bir yerdə...


Şərhlər:
Baxılıb: 2614
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz