Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heyatinizda hec Qerarsiz oldugunuz anlar olubmu???
Heyatinizda hec Qerarsiz oldugunuz anlar olubmu???
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1987
Səs ver:
http://imgs.su/tmp/1321952521-656.jpg

Qərarlar... Həyatın hər hissəsində istəməsək də vermək məcburiyyətində olduğumuz qərarlar var. Bəzən beyin donur, bəzən də könüldən və həyəcan dolu verilən qərarlar olur.

Niyə həmişə bir otağın ortasında hansı istiqamətə dönmək haqqında qərar verə bilmirik?
Bəzən o qərarlar əlimizi qolumuzu bağlayar və bizi mütləq bir seçim etməyə məcbur edər, bəzən də istəməsək belə bir istiqaməti seçmək məcburiyyətindəyik.


Əslində hər seçimdə itirdiyimiz də olur bizim.
Bəziləri sizə heç seçim şansı saxlamaz, tək bir istiqamətimiz var gedə biləcəyimiz və siz istəsəniz də əksinə qərar verə bilməzsiniz.
Bəzi qərarları isə tək başına heç vermək olmur. O biri yarısını tapmadıqca, öz diametrində tək tərəfli qalar, bir nəticəyə çata bilməz, eləcə qalar.
Bəzən peşman olacağımızı bilə-bilə verərik qərarımızı. Hər qərar bir məsuliyyəti də özü ilə gətirər.
Onu verərkən nəticələrinə də dözürük əslində. İnsanlıq da bu günlərə verilən bəzi qərarların çəkdiyi xətti izləyərək gəlməyibmi? Amma bu bir gerçəkdir ki, qərar verə bilməyən insanlar hər vaxt başqalarının qərarlarına boyun əymək məcburiyyətində qalarlar.
Qərar əslində içindəki cəsarətin bir əks olunmasıdır. Heç bir şeydən qorxmadan qərar verə bilənlər üçün istifadə edən insanlar mənə qəribə gəlir.
Bəzən bizim doğru sandığımız şeylər, başqalarının səhv hesab etdiyi olur. Əhəmiyyətli olan doğru olduğuna daha çox inandığımız istiqamətdə qərar verə bilməkdir. Çünki verdiyimiz hər qərar, səhv olsun və ya doğru olsun həyat xəttimizdəki ayrı bir yolu meydana gətirəcək.
Ümid edirəm ki, doğru olduğunu zənn etdiyiniz qərarlar yolun çıxış istiqamətinə doğru atılmış bir addım olsun.


Bəs siz necə sonradan sizi peşmanlıqla üzən bir qərar vermisinizmi?
Qərar verərkən tək yoxsa sevdiklərinizlə məsləhətləşərək verirsiniz?
Kiminsə qərarından zərər çəkmisinizmi?
Qərarsız olmusunuzmu? Qərarsızlıq nə üçün olur?



Şərhlər:
Baxılıb: 1987
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz