Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Keçmişdəki acı xatirələr silinə bilərmi?
Keçmişdəki acı xatirələr silinə bilərmi?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1257
Səs ver:

ictimai, yaddaş, yaddaşa, yaddaşda, xatirələr, Yavuz, beynə, ifadə, toplanır, davranış, yaddaşdan, məlumatlar, hadisələr, bilər, prixoloji, travmatik, səbəblə, ağrısız, zərər, qismən

 

Şübhəsiz hər kəsin keçmişdə qalmış, "Kaş ki yaşanmasaydı" deyərək unutmaq istədiyi bir çox xatirəsi vardır.

Bu acı yaşananların beyindən silinib silinə bilməyəcəyi illərdir elm adamlarının ən əhəmiyyətli araşdırma mövzularından biridir. Reem Nevropsikxiyatrı Mərkəzindən Ekspert Nevrolog Mehmet Yavuz, keçmişdəki acı xatirələrin təsirini azaltma mövzusunda bütün maraqlanılanları izah edir...
Ön yaddaş və ana yaddaşdan ibarət olan beynimizdə, əhəmiyyətli olmayan məlumatlar ön yaddaşda toplanır. Məsələn bir dəfəyə məxsus lazımlı olan bir telefon nömrəsini ön yaddaş 10 dəqiqə üçün saxlayar və daha sonra bu məlumat bir daha xatırlanmaz. Əhəmiyyətli məlumatlarsa ana yaddaşda toplanır. Ən son məlumatlar ən üstdə, ilk öyrənilənlərsə ən altda saxlanılır və beləcə yaddaş layları meydana gəlir. Ən üst layda yığılan ən son məlumatlar daha asan xatırlanır.

Travmatik hadisələr ictimai yaddaşda toplanır:
Yaşanan acı xatirələr həm ana yaddaşa həm də ictimai yaddaşa qeydlənir. Sol prefrontal bölgə prixoloji dünyamızın da mərkəzidir. Acı xatirələr eyni zamanda ictimai yaddaşa da qeydləndiyi üçün, prixoloji ruh hallarımıza və davranış tərzlərimizə də yaxından təsir edər.Bu səbəblə travmatik hadisələr depresiya, çaxnaşma hücum ya da digər prixoloji pozuqluqlara səbəb ola bilər. Bəzən də ictimai yaddaşa qeydlənən acı hadisələr, ana yaddaşda çoxdan yaddaş laylarının arasında itib unudulduğu halda bədənsəl dillə xatırlanar.İnsan, keçmişindəki ağrılı zədəni tamamilə unutsa belə ictimai yaddaş zaman zaman xatırlaya bilər. Beləcə çaxnaşma hücum ya da digər psixosomatik pozuqluqlar ortaya çıxar.

Acı xatirələr davranış pozuqluğuna gətirib çıxarır:
Yalnız ana yaddaşa qeydlənən acı xatirələr, zamanla təsirini itirib unudular ancaq ictimai yaddaşa da qeydlənmişsə hissiyat dünyamıza da yerləşmiş olar. Mənfi ictimai yaddaş qeydləri ya davamlı şüurlu hüzn halına ya da hissiyatın idarə etdiyi müxtəlif davranış pozuqluqlarına səbəb olar.

Psixopatlarda ictimai yaddaş çox zəifdir:
Anti ictimai şəxsiyyət pozuqluğu (psixopat) olanlarda ictimai yaddaş çox zəif olduğu üçün zədələrdən psixoloji təsirlənmə yaşamazlar. Bu səbəblə qorxusuz və duyğusuzdurlar.

Eşq ağrısı da yaddaşdan silinə bilərmi?:
Əgər tibbi olaraq ön frontal lobdakı ictimai yaddaşı silmək mümkün ola bilsə, travmatik zədələr xatırlansa belə acı və hüzn yaşanmaya bilər. Hadisə yalnız yaddaşda olmasıyla qalar və narahatlıq verməz. Bu bacarıla bilsə, eşq ağrıları da tarixə qarışmış olacaq. Ancaq burada unudulmaması lazım olan ünsür, acı xatirələrin tamamilə yaddaşdan silinməsi deyil, ağrısız hala gətirilməsidir.

Xatirələri ağrısız hala gətirmək mümkünmü?
Bu qismən də olsa mümkündür. Hal-hazırda şüur altını təmizləmək üçün hipnoz, EFT, NLP, meditasyon kimi bir çox üsul istifadə edilir ancaq bunların fəaliyyəti şübhəlidir. Kuantum texnikalarının daha təsirli olduğunu ifadə edən Dr.Yavuz, bu üsulların heç birində beynə çöldən hər hansı bir müdaxilə olmadığını vurğuladı.Hissiyat təmizləmədə ən təsirli üsulun Maqnetik Stimülasyon, yəni TMS tətbiqi olduğunu xatırladan Dr.Yavuz, bu cəhət ilə acı xatirələri qismən də olsa silə bildiklərini ifadə etdi.

TMS müalicəsi beynə zərər vermir:
Beynin sol ön bölgəsinə tətbiq olunan TMS seansları, ictimai yaddaşı resetləyərək psixoloji olaraq adamı narahat etməyəcək mövqeyə gətirməkdədir.TMS müalicəsinin konkret bir müalicə olub, maqnetik bir aparat vasitəçiliyi ilə birbaşa baş bölgəsinə tətbiq olunduğunun vurğulayan Dr.Yavuz bu müalicənin beynə zərər vermədiyini ifadə edərək sözlərini tamamladı.



Şərhlər:
Baxılıb: 1257
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz