Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Mənimlə evlənərsənmi?" sualından əvvəl...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1162
Bölmə: Maraqlı, Evlilik
Səs ver:
http://imgs.su/tmp/1321881456-656.jpg

O sualdan əvvəl soruşulmağı lazım olanlar və "bəli" deməmişdən əvvəl lazım olan bəzi cavablar var. Evlənməyə qərar verməmişdən əvvəl sevgilinizlə əlaqədar soruşmalı olduğununz 16 sual var.


1. Romantik və psixoloji olaraq evliliyə hazırdırmı? Həyati planları arasında evlənmək varmı?

2. Keçmişi haqqında danışmaq istəmədiyi mövzular nələrdir? Sual soruşanda sizə başından sovdu, ya da qısa cavablar verirmi?

3. Səbirlidirmi? Ürəyini sıxan mövzulara qarşı müqavimət göstərir və düzəlməyi üçün lazımlı zamanı verirmi?

4. Xoşlamadığı bir vəziyyətlə necə reaksiya verir? Elə anlarda ünsiyyətə özünü bağlayırmı?

5. Hörmətli və düşüncəlimi? Siz dərdinizi izah edərkən necə reaksiyalar verir? Həssas olduğunuz mövzulara qarşı necə davranır?


6. Ailəsiylə olan əlaqələri necə? Sizə onlardan bəhs edərkən hansı sözləri seçir?

7. Gələcəyə aid planları varmı? Yalnız sizinlə əlaqədar deyil, kariyera və uşaq fikirləri varmı?

8. İctimai həyatı necə keçir? Yoldaşlarıyla olan dialoqu necədir? Onlarla sizi tanış edəndə sıxıldığını düşünürsünüzmü?

9. Hobbiləri varmı? Ortaq maraq sahələrinizlə əlaqədar mövzularda mütləq sizi də planlara daxil edirmi? Ortaq sahələr üzərinə söhbət edə bilirsinizmi?

10. Başınızdakı suallara cavab verə bilirmi? Xoşbəxt olmağınız üçün səy göstərdiyini hiss edirsinizmi?

11. Romantikmi? Yalnız o anda ehtiyac duyduğunuz şeylərimi söyləyir, yoxsa həllər tapmaq üçünmü gözləyir?


12. Pula yanaşması necədir? Maddi maneələrə qarşı baxışı və alternativləri necədir?

13. Gözləntiləriniz parallelik təşkil edirmi? Həyat şərtləriniz bənzəyirmi?

14. Duyğuları ifadə etmək tərziniz bənzərlik daşıyırmı? Sözləri sizi təmin etməyəndə ondan istədiklərinizi açıqca izah edə bilirsinizmi?

15. Müqayisə edirmi? Sizin vəziyyətinizdəki digər cütlüklərlə ictimai bir mühitdə olanda nümunə göstərirmi?

16. Çox səmimi dostlarıyla bərabər ikən sizə qarşı necə davranır? Prioritetləriylə əlaqədar çətinliklər yaşayırsınızmı?

Bu sualları özünüzə verin. "Bəli" deməmişdən əvvəl cavablamalı olduğunuz bu 16 sual doğru yoldaşı tapıb tapa bilmədiyinizi göstərəcək.



Şərhlər:
Baxılıb: 1162
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz