Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölkələrin fərqli süfrə qaydaları
Ölkələrin fərqli süfrə qaydaları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3021
Səs ver:

http://imgs.su/tmp/1321875289-656.jpg


Hindistan
Hər yeməkdən əvvəl və sonra əllərini mütləq yuyan Hindlilər, sağ əlləri ilə yemək yeyərkən sol əllərini ortaq yeməklərin dəyişdirərkən istifadə edirlər. Hindistanda qabda yemək buraxmaq çox kobud bir davranış olaraq qəbul edilir və yemək masası ancaq hər kəs yeməyini bitirdikdən sonra tərk edilə bilir.

Rusiya
Yeməyə qonaq olduğunuzda, qabınızda bir parça yemək buraxmaq Rusiyada bir nəzakətlilik göstəricisi sayılır. Ayrıca süfrədə şən olmaq və mübahisə yaratmamağa da əhəmiyyət verilir. Bir başqasının qabına gözünüzü tikib baxmanızı əslində yalnız Rusiyada deyil, heç bir masada təklif etmirik və əlbəttə masadan qalxmadan əvvəl yeməyi bişirən adama bəyənmənidiyinizi bildirmək çox nəzakətli bir rəftar.

Filipin
Yemək masasındakı mövqenizi təyin edən ev sahibi, yemək xidmətini də mütləq özü etmək istəyir. Sizə isə təqdim etdiyi heç bir şeyi rədd etməmək və mütləq dadına baxmaq düşür. Yeməyinizi bitirdikdən sonra, çəngəl və bıçağınızı qabınızın üstünə açıq bir şəkildə buraxmalı və yemək masasını yığışdırarkən hər vaxt ev sahibinə kömək etməlisiniz.

Pakistan
Pakistanlılar hər yeməkdən əvvəl mütləq Allahın adını təkrarlayarlar və yeməyə əsla ailənin, ya da qonaqların ən böyüyü masaya oturmadan başlamazlar. Pakistanda yemək yeyərkən səs çıxarmaq çox ayıb sayılır, buna görə tikələrinizi səssiz şəkildə çeynəməyiniz lazımdır. Yeyilmədən əvvəl mütləq kiçik parçalara ayrılan çörək isə yalnız sağ əldə tutulur.

Yaponiya
Yaponiyada bir evə yeməyə dəvət edildiyinizdə, başlamadan əvvəl ev sahibinin sizə 3 dəfə yeməyə başlaya biləcəyinizi söyləməsini gözləməlisiniz. İçki xidməti masada yaşca ən kiçik adam tərəfindən, yaşca ən böyük olana xidmət edilərək başlanar. Son olaraq isə ən böyük adam, ev sahibinin içkisini qoyar. Yemək yeyərkən çəngəl bıçaq istifadə etməyən Yaponlar, bunlar yerinə istifadə etdikləri chopstickləri üstündəki qalıqları atmaq üçün bir-birinə sürtə bilməzlər çünki bu ev sahibinə qarşı kobudluq hesab edilir. Masada qablara xidməti yalnız qadınlar edir və kişilər bu işə heç qarışmırlar. Yaponlarda isti noodle yeyilərkən ağız şapırdatmak ayıb sayılmır çünki ağıza qaçan havanın noodlesi daha ləzzətli etdiyinə inanırlar.

Tanzaniya
Tanzaniyada yeməyə erkən getmək çox kobud bir davranış hesab edilir, yeməyə ümumiyyətlə deyilən saatdan 15-20 dəqiqə daha gec gedilir. Və əgər yemək yerdə yeyilir isə ayaqlar həmişə arxa tərəfdə saxlanır, əsla önə uzadılmır.

Çin
Yaponlar kimi yemək yeyərkən chopstick istifadə edən Çinlilər, bu çubuqların iti olmayan tərəflərini xidmət qabından öz qablarına yemək götürmək üçün istifadə edirlər. Və bunu edərkən də onlara ən yaxın uzaqlıqda olan parçanı götürürlər yəni aralarından gözəl olanı seçməyə cürət etməyəcək qədər nəzakətlilər.



Şərhlər:
Baxılıb: 3021
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz