Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəl bir şəkil çəkdirək
Gəl bir şəkil çəkdirək
Göndərən: Ayşə_gül
Şərhlər:
Baxılıb: 1204
Səs ver:
Sosial şəbəkələr, xüsusilə də bu "insteqram” çıxandan şəkil bazı olmuşuq. Harada gəldi, kiminlə oldu şəkil çəkdirib sosial şəbəkələrdə paylaşırıq. İndi hər kəsin əlindəki telefon həm də fotoaparatdır. Bir dənə "çıkk”, vəssalam.
Bir vaxtlar uşaqlar Yeni il bayramında Şaxta baba ilə, Qar qızla şəkil çəkdirərdilər. İndi onlar maraqdan düşüblər, çünki uşaqlar bilirlər ki, o Şaxta baba nağıldan-zaddan gəlməyib, hansısa özfəaliyyət dərnəyinin üzvüdür.
Amma nə olur-olsun bir məsələ var ki, biz şəkil çəkdirməyi sevən xalqıq. Başqasının bahalı maşınının qabağında əllərimizi sinədə çarpazlayıb şəkil çəkdiririk. Sahibini tanımadığımız villaların qabağında elə poz veririk ki, baxan həsəd aparar. Bahalı restoranın qarşısında, süfrə arxasında şəkil çəkdiririk. Oturursan lap yuxarı başqa, süfrə də ki necə lazımdır, sol əlində bıçaq, sağ əlində çəngəl, guya yeməyə başlamaq istəyirsən ki, birdən kameranı hiss edirsən və təəccüb dolu baxışlarını qaldırıb baxanda bir dənə "çıqq”.
Telekanallarda yayımlanan şou proqramları qurtaranda bütün salonlarda təxminən eyni mənzərə yaşanır, zalda oturanların məşhurlarla "selfi” mərasimi başlayır. Məşhurlar da bir qayda olaraq onların istəyini geri çevirmirlər. O yazıq iki saat sənə çapan çalıb, indi iki saniyə onunla yanaşı durmaq nədir ki. Adam var ki, bu cür şəkillərdən kolleksiya yığıb. O şəkillərə baxanda adam elə bilər ki, bu yetim ölkənin ən "bərkgedənidir”. Aygünlə, Röya ilə, Könüllə, Faiqlə, Səmədlə.., şəkil çəkdirməkdən qürur duyuruq. İş o yerə çatıb ki, xanım sənətçi qoluna girib şəkil çəkdirənə: "Sən mənim nəyimsən ki, mənimlə şəkil çəkdirirsən?”,- deməyi ağlına da gətirmir. Sanki hər şey belə də olmalı imiş. İndi təsəvvür elə ki, sənin o məşhur xanımlardan biri ilə şəklin var. Sən lap "yeriməz”in, əfəlin biri olsan da, o şəkillə evdəkini necə qısqandırmaq olar, bilirsənmi? Hər dəfə səni anda çəkəcək ki, sən ölənlərinin goru, onunla nə alış-verişin vardı? Sən də bic-bic qımışıb deyəcəksən ki, "aaz, əl çək yaxmadan”. Yəni guya sən o səhifəni bir daha vərəqləmək istəmirsən. Yəni sən cavanlığında, məsələn, Namiq Qaraçuxurludan heç də balaca kişi olmamısan. Aradan illər keçəcək, xanımın keçmişi xatırlayanda uşaqlara deyəcək ki, "Sizin bu dədəniz var haa, heç bilirsiniz cavanlığında necə xatakar olub?”
Vəzifə sahibləri də xalqın bu şəkil şakərini yaxşı bildikləri üçün kimsəni yaxın buraxmırlar. Nəyinə lazımdır axı, kimınləsə yanaşı durub zorla gülümsəsin, sonra da bu şəkil haradasa kiminsə işinə yarasın, ya da kiminsə bazarında qiymət öldürsün. Heç qapıdan içəri buraxma, sonra da peşman olma.
Hələ sovet zamanında "yuxarılar”dan birisinin toyunda, ya yasında kiminləsə yanaşı kadra düşmək bilirsiniz nə demək idi? Heç bilirsiniz, o bircə kadr sonra nə işlərə yarayırdı?
Sovet məkanının Brejnevin "atalıq qayğısı ilə” çiçəkləndiyi illərdə hamı rəhbərin qəhrəmanlığından bəhs edirdi. Və o zaman məlum olmuşdu ki, Dünya müharibəsinin taleyi Stalinqradda yox, Brejnevin döyüşdüyü "kiçik torpaq”da həll olunubmuş. Rəhbərin o illərdə əsgərlərlə çəkilmiş şəkli yayımlandı. Bizim soydaşlarımızdan biri də əlini qoydu Brejnevin yanındakı şəklin üstünə, dedi ki, bu mənəm. O şəkillə həmin adamın həyatı dəyişdi, nəslinin üzünə "gün doğdu”.
Əlqərəz, biz bu şəkil işinə boş yerə bu qədər önəm vermirik. Bilirsən niyə? - Ac da öləcək, tox da, qalan şəkil olacaq. O şəkillərə baxan deməyəcək ki, gorbagor acın biri imiş. Aydın oldumu? Onda gəl bir şəkil çəkdirək. 
 
Müəllif:Əli Çərkəzoğlu


Şərhlər:
Baxılıb: 1204
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz