Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu əhvalatı oxuyanda " İnsanlıq hələ ölməyib" deyəcəksiniz
Bu əhvalatı oxuyanda
Göndərən: Miss_Azerbaijan
Şərhlər:
Baxılıb: 1244
Səs ver:
Nyu-York şəhərinin taksi sürücülərindən biri öz "Facebook” səhifəsində başına gəlmiş hadisəni paylaşıb.
"Mən sifariş verilən ünvana gəldim və siqnal verdim. Bir neçə dəqiqə gözləyəndən sonra yenidən siqnal verdim. Bu, mənim axrıncı sifarişim idi. Maşını sürüb getmək istədim, amma getmədim. Maşını park edib qapıya yaxınlaşdım, zəngi çaldım. "Bir dəqiqə”, - kövrək bir qadın səsi eşidildi. Deyəsən nəyisə sürüyə-sürüyə gətirirdi.
Bir neçə dəqiqəlik fasilədən sonra qapı açıldı. Qarşımda 90 yaşlı, balaca boylu bir qadın dayanmışdı. Pambıq don geyinmiş, duvaqlı papaq taxmışdı. Sanki 1940-cı illərin filmlərindən çıxmışdı. Yanında balaca bir çemodan vardı. Evdə deyəsən uzun illər heç kim yaşamamışdı. Bütün əşyaların üstünə ağ parça sərilmişdi, divarlarda saatlar, şəkillər yox idi.
"Çemodanı maşına apara bilərsinizmi?” – dedi qadın. Mən çemodanı maşına qoyub qadına kömək etmək üçün geri qayıtdım. Əlimdən yapışıb astaca maşına doğru irəlilədi.
Dayanmadan xeyirxahlığıma görə təşəkkür edirdi. "Bir şey deyil”, -  deyirdim – "Mən bütün sərnişinlərimə hamının anama davranmağını istədiyim kimi davranmaq istəyirəm”.
"Sən necə yaxşı oğlansan” – o dedi. Maşına əyləşəndə mənə bir ünvan verdi, sonra əlavə etdi: "Olar ki, biz ora şəhərin mərkəzindən keçib gedək?”.
"Axı bu yol uzun olacaq” – mən dedim.
"Oh, heç nə olmaz. Mən tələsmirəm. Onsuz da "Qocalar evi”nə gedirəm”.
Güzgüdən ona baxdım, gözləri parıldayırdı. "Ailəm çoxdan dağılıb”, - davam elədi: "Həkim deyir, ömrümə çox az qalıb”.
Mən sakitcə sayğacı söndürdüm.
"Haralardan keçmək istəyirdiniz?” – deyə soruşdum.
Növbəti iki saat ərzində biz bütün şəhəri fırlandıq. O, mənə nə vaxtsa liftçi işlədiyi binanı göstərdi, əri ilə yaşadığı rayondan keçdik, balaca vaxtı getdiyi rəqs məktəbini görüb sevindi, heyf ki, indi oranı mebel anbarı etmişdilər. 
"Yoruldum, deyəsə, getmək vaxtı çatdı” – qaranlıq düşəndə dedi. Biz sakitcə o ünvana yollandıq. Sanatoriyaya bənzəyən bir yer idi. Çatan kimi qocalar evinin iki işçisi yaxınlaşdı, qoca qadına maşından düşməyə kömək elədilər. Görünür, onu gözləyirdilər. Mən çemodanı maşından çıxartdım.
"Mən sizə nə qədər borcluyam?” – o soruşdu.
"Heç nə” – mən dedim.
"Siz axı evə pul aparmalısınız” – o dedi.
"Başqa sərnişinlər də var” - dedim.
Qəfil əyilib onu qucaqladım, o da məni eyni sevgi ilə qucaqladı.
"Sən qoca bir qarını xoşbəxt etdin” – dedi, - "Təşəkkür edirəm”.
Mən onun əllərini sıxıb sağollaşdım. Qayıdanda daha sərnişin götürmədim. Fikirləşdim görəsən, mən yox, başqa bir sürücü çıxsaydı onun rastına, necə olardı? Bəs mən onu gözləməyib getsəydim, necə olardı?
Bu günə kimi həyatımda bundan daha vacib iş görmədiyimin fərqinə vardım.
Biz belə düşünməyə öyrəşmişik ki, həyatımız həmişə böyük hadisələrin ətrafında fırlansın. Biz həyatı dərk etmək üçün ciddi nəsə baş verməsini gözləyirik. Amma bəzən elə xırda şeylər olur ki, sənin ürəyinin dərinliklərinə təsir edir. Halbuki başqalarına adi şey kimi görünə bilər...” 


Şərhlər:
Baxılıb: 1244
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz