loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
90 yaşı qadından həyat dərsləri
90 yaşı qadından həyat dərsləri
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1034
Səs ver:
Qadınlar.biz sosial şəbəklərdə yayılmış "90 yaşlı qadının həyatdan öyrəndikləri" adlı yazını təqdim edirik.
 
1. Həyat ədalətli deyil, amma yenə də gözəldir.
 
2. Həyat o qədər qısadır ki, kiməsə nifrət edərək vaxt itirmə.
 
3. Heç kim özünü ciddi hesab etməməlidir.
 
4. Kredit kartlarını hər ay vaxtı-vaxtında ödə.
 
5. Hər mübahisədə qalib gəlmək məcburiyyətində deyilsən, bəzən qəbul et getsin.
 
6. Kiminsə çiynində ağlamaq, tək ağlamaqdan daha yaxşıdır.
 
7. İlk maaşından başlayaraq pensiya dövrü üçün pul toplamağa başla.
 
8. Ortada şokolad varsa, dirəşmək lazım deyil.
 
9. Keçmişinlə barış ki, gələcəyini zəhərə döndərməsin.
 
10. Uşaqlarının səni ağlayarkən görməyində problem yoxdur.
 
11. Həyatını başqalarının həyatı ilə müqayisə etmə. Hansı şərtlər altında bura gəlib çıxdıqlarını bilmirsən.
 
12. Əgər münasibətin gizlin qalmasını istəyirsənsə, o münasibətin içində olmamalısan.
 
13. Xoşbəxt uşaqlıq yaşamaq heç vaxt gec deyil. Yenidən uşaqlığını yaşamaq tamamilə səndən asılı olan şeydi və heç kim qarışa bilməz.
 
14. Həyatda nəyə marağın varsa, arxasınca getməli və bu yolda "yox” sözünü bir cavab olaraq qəbul etməməlisən.
 
15. Ən gözəl paltarlarını geyin, cehizindəki yemək qablarından istifadə et, onları özəl günlərə saxlama. Özəl gün bu gündür.
 
16. Hansısa rəngdə paltar geyinmək üçün bir yaş dövrünün gəlməyini gözləmə.
 
17. Çox pis hadisələr baş verəndə belə düşün: "5 il sonra bu hadisənin heç bir əhəmiyyəti olmayacaq”
 
18. Hamını və hər ediləni bağışla.
 
19. Başqalarının sənin haqqında nə düşündüyündən sənə nə?
 
20. Hər şeyin dərmanı zaman deyilmi? Zamana burax.
 
21. Vəziyyət nə qədər yaxşı yaxud da pis olursa olsun, dəyişəcək.
 
22. Xəstə olanda işin sənə baxmayacaq, dostların baxacaq. Əlaqələri kəsmə, dostlarına vaxt ayır.
 
23. Möcüzələrə inan.
 
24. Unutma, səni öldürməyən şey, seni daha da güclü edir.
 
25. Övladının cəmi bir uşaqlıq dövrü var, dəyərini bil, unudulmaz elə.
 
26. Hər gün mütləq bayıra çıx, möcüzələr hər yerdədir.
 
27. Həyatı çox sorğu-sual etmə, hərəkətə keç və lazım olanı indi et.
 
28. Ən yaxşı şeylər hələ reallaşmayan şeylərdir, ümidini itirmə.
 
29. Nə etmək lazım olduğunu bilməyəndə dərindən nəfəs al, xeyri dəyəcək.
 
30. Gözəl bağlanmış qutuda olmasa da, həyat yenə də bir hədiyyədir.

Şərhlər:
Baxılıb: 1034
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz