Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gündəliyin başqasının əlinə keçərsə
Gündəliyin başqasının əlinə keçərsə
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 711
Səs ver:
Maraq dairəndə olan adamların şəxsi gündəliklərinə gözucu belə baxmaq gizli sirlərdən biridir.

Cəmiyyətdə isə insan özünü başqa cür, bir növ maskalanmış kimi aparır.
Başqasının, xüsusilə də səni maraqlandıran insanın gündəliyini açıb oxumaq insanı cəlb edir. Sanki səni narahat edən sualların cavabını tapacaqsan. Kiminsə gündəliyi əlinə keçdikdə ondan yan keçmək güclü iradə tələb edir.

Bəzən kiminsə daxili aləmini, onun hiss və həyacanlarını, başına gələn hadisələri və ya sadəcə sənə olan münasibətini bilmək üçün şəxsi gündəliyi oxumaq yetər. Lakin şəxsi gündəlikləri hamı yazmır. Yazıldıqda isə gündəliklər gizli saxlanılmalıdır. Belə ki, gündəliyin başqa adamın əlinə keçməsi onun sahibinə ağır psixoloji travmalar vurur. Ona görə ki, gündəlik yazarkən şəxs öz gizli hisslərini, fikirlərini açıqlayır. Cəmiyyətdə isə insan özünü başqa cür, bir növ maskalanmış kimi aparır.

Əgər kiminsə gündəliyi tapılıbsa, etik davranışa uyğun olaraq oxunmamalıdır. Gündəlik şəxsi bir şeydir. Əgər kimsə başqasının gündəliyini oxuyubsa, özünü heç nə olmamış kimi aparmalıdır. Əgər bunu da edə bilmirsə, deməli gündəliyin sahibinin ağır psixoloji sarsıntı keçirəcəyinə səbəbkar olacaq.

İnsanlar gündəlik yazmaqla öz hərəkətlərini, başına gələn hadisələri rahat analiz edə bilirlər. Gündəlik yazanlar daha çox özünə qapalı, ünsiyyət qura bilməyənlər adamlar olur. Belə adamlar pessimizmə də meyllidirlər. Şəxsi gündəlik tutanlar sırasında qadınlar kişilərə nisbətən çoxluq təşkil edir.

Bəzi adamlarsa gündəlik yazmağa ehtiyac duymurlar. Məsələn, bəziləri müntəzəm olaraq uzun müddət telefonla kiminləsə danışaraq bütün narahat edən məqamları bölüşürlər. Belələrinin gündəlik yazmağa həvəsləri olmur. Onlar bölüşə bildikləri üçün daxilən boşalırlar. Lakin heç kimlə bölüşə bilməyənlər, fikrini kiməsə demək istəməyənlərə gündəlik tutmaq daha rahatdır.

Gündəlik yazmaq əsasən də həyatda tez-tez səhv buraxanlar üçün faydalıdır. Belə ki, bəzi adamlar həyatı boyu eyni səhvlərə yol verir və bu üzdən də əziyyət çəkirlər. Bu tip insanlar özlərinə obyektiv baxa bilmirlər. Bu səbəbdən də gündəlik tutmaqları məsləhətdir. Belə ki, onlar dəfələrlə buraxdığı səhvləri gündəlikdən oxuyub analiz edə bilərlər. Bir növ öz hərəkətlərinə kənardan baxarlar.

Gündəlik necə yazılmalı
Gündəlikdə başına gələn hadisələr, həmin hadisələr zamanı keçirdiyiniz hissləri ətraflı yazmaq olar. Bir həftədən sonra oturub gündəliyi oxuyub analiz etmək lazımdır. Misal üçün, gündəlikdə qələmə alınan hiss və hadisələri təhlil edərkən "niyə həmin insana cavab vermədin?", "həmin anda niyə bu hissləri keçirtdin?", "müəyyən xoşagəlməz hisslərin qarşısını necə aldın?" kimi suallara cavab verməyə çalışmaq lazımdır. Gündəliyi oxuyarkən insan özünü tanımağa başlayır.

Qeyd edək ki, gündəlikləri əsasən yeniyetməlik dövründə yazmağa başlayırlar. Statistik göstəricilərə nəzərən, gündəlik yazan qadınlar kişilərə nisbətən çoxdur. Yeniyetməlik dövründə emossionallıq, yeni hisslərin, sevgi macəralarının başlanması onlarda gündəlik yazmağa meyli artırır. Gündəlik yazanlar bu adətlərinə ömrünün axırına qədər sadiq də qala, bir müddətdən sonra sevdikləri məşquliyyətdən uzaqlaşa da bilərlər.

KİŞİLƏR də gündəlik yazır
Kişilər də gündəlik yazır. Gündəlik yazan kişilərin qadın xarakterli olması tam yanlış fikirdir. Gündəliyin əsas mahiyyəti insanın daxilən psixoloji boşala bilməsidir. Öz problemlərini danışa bilməyən, daha çox sosiumdan kənarda qalan, ünsiyyət qurmaqda çətinlik çəkənlər, kiminləsə danışarkən də fikrini izah edə bilməyən kişilər daha çox gündəlik tuturlar. 

Hörmətli Qadınlar.Biz saytının xanımları, sizin şəxsi gündəliyiniz varmı? Və başqası oxumasın deyə gündəliyinizi necə saxlayırsınız? Gündəlik yazdığınızı gizli saxlayanınız varmı yoxsa gizlətməyə heç bir səbəb görmürsünuzmü? Gündəliyinizdə keçmişi vərəqləyərkən yaşamaq istəmədiyiniz və mümkün olsaydı yaşamamış kimi silmək istədiyiniz anlar varmı və o anları geri vərəqləyərkən nə hiss edirsiniz?


Şərhlər:
Baxılıb: 711
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz