Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sənin axtardıqların, səni axtarır
Sənin axtardıqların, səni axtarır
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1179
Səs ver:
Xəzinənin öz evində basdırıldığını anlamaq üçün, hərdən dünyanı dolaşmaq lazım gəlir.

Sən gözəlliyi görmək qabiliyyətinə maliksənsə, bu sənin içindəki gözəlliklə bağlıdır. Çünki dünya güzgü kimidir, orda hər kəs öz əksini görür.

Bir dəfə baş verən şey, daha heç vaxt baş verməyə bilər. Amma iki dəfə baş verən şey, mütləq üçüncü dəfə də baş verəcək.

Əgər sən bir şeyi ürəkdən istəyirsənsə, bütün kainat bu arzunun yerinə yetməsi üçün səfərbər olacaq.

İnsanların məndən gözlədiyi hərəkətləri etsəm, o zaman onların quluna çevriləcəm.

Həyat həmişə hərəkət etmək üçün münasib vaxtı gözləyir.

Azmaq – nəsə maraqlı bir şey tapmağın ən yaxşı üsuludur.

Heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, heç vaxt olmadığın birisi olmalısan.

Gedən sizin üçün çox qiymətli də olsa, qapını örtün ki, içəridə qalanlar üşüməsin.

Dünyada hər şey eyni şeyin müxtəlif təzahürləridir.

İnsanlar lazımlı şeyləri arxadan danışırlar, sərf edən şeyləri isə gözün içinə baxa-baxa.

Bizim mələklərimiz həmişə bizimlədirlər, onlar bizə nəsə demək üçün bəzən başqalarının dodaqlarından istifadə edirlər.

Bəzi insanlar dünyaya göz açıblar ki, tənha yaşasınlar. Bu nə pisdir, nə də yaxşı, bu həyatdır.

Heç vaxt xəyallardan imtina etmək olmaz! Yeməklər bədənimizi qidalandırdığı kimi, xəyallar da ruhumuzu qidalandırır. Hər nə qədər arzularımız puç olsa da, onlardan vaz keçmək olmaz.

Bəzən səninlə birlikdə kimlərin qaçacağını bilmək üçün qaçmalısan. Bəzən sən daha  astadan danışmalısan, əslində kimin sənə qulaq asdığını görmək üçün. Bəzən kimlərin  səninlə birlikdə olduğunu bilmək üçün bir addım geri çəkilməlisən. Bəzən sən səhv qərarlar  çıxarmalısan, biləsən ki, hər şey dağılanda kimlər səninlə qalacaq.

Cavabları tapdıqdan sonra, bütün suallar dəyişdi.

Bəzən yaşamağa başlamaq üçün, ölmək lazımdır.
Sənin axtardıqların, səni axtarır.

İnsanlar həm hər şeyi dəyişmək istəyir, həm də istəyirlər ki, hər şey olduğu  kimi qalsın.

İnsan hər şeyi tərsinə edir. Tez böyüməyə tələsir, sonra uşaqlığının həsrətini  çəkir. Pul üçün sağlamlığını verir, sonra sağlamlıq üçün pul xərcləyir.  Gələcəyi səbirsizliklə gözləyir, indiyə məhəl qoymur və buna görə də nə  indiyə, nə də gələcəyə sahib olur. Elə yaşayır ki, sanki heç vaxt ölməyəcək,  elə ölür ki, sanki heç yaşamayıb.


Şərhlər:
Baxılıb: 1179
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz