Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kədər, Sevgi, İnsan, Həyat, Dünya...
Kədər, Sevgi, İnsan, Həyat, Dünya...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1792
Səs ver:

http://imgs.su/tmp/1321724309-656.jpg

 

Mən kiməm? FƏLƏYin oynatdığı DÜNYAda öz HƏYATini SEVGİsi ilə, KƏDƏRi ilə yaşayan İNSAN.
İndi bu ünsürləri mənim kiçik dünyamdakı böyük dünyamda təhlil edək....

Yəni ilk 5 hərfli söz-KƏDƏR...


Kədər bir qədər sevilməyən hissdir. Cəmiyyətdə də sevilməyən insanlar var. Onlar özlərinə qarşı bu nifrəti hiss etdikdə zərərverici texnikaya cevrilirlər. Bax bildiyimiz kədər hissi də belədir. Yəni 100 nəfərdən 80-nin kədərli olmasının səbəbi var: KƏDƏR SEVİLMİR VƏ İNSANDAN ƏL ÇƏKMƏYƏRƏK BUNUN QİSASINI ALIR... İnsanlar da var ki, kədər onlara doğmadır. Təbii ki, bu da insanlar arasında istisnalardan irəli gəlir.

İkinci 5 hərfli ünsür-SEVGİ...

Sevgi hazırda dünyada çox azdır... Hamı onu sevir, bunu bilən sevgi isə özünü naza qoyur, hər adama nəsib olmur. 100 nəfərdən 80-i kədərli, 20-si isə sevgi dolu olur. Bu, əlbəttə, çox acınacaqlı haldır... Ali məktəbə qəbul olmaq üçün verdiyimiz 4 səhv cavab 1 doğru cavabı aparır. Səhvlər üzündən itirdiyimiz o bir doğru cavab adamı elə vəziyyətə salır ki! Hələ diqqətsizlik ucbatından edilən səhvlər.... Həyatda isə 40-dan 39-nu dogru edib 1-ni unudanda da günahkar sayılır insan.

Üçüncü 5 hərfli ünsür-İNSAN...

Yaxşısı-pisi ilə, sevinci-kədəri ilə, sevgisi-nifrəti ilə, saflığı bicliyi ilə hamımız insanıq. Xeyir qarşılıgında zərər veririk.... Labirint kimi insanlar var, daxili dünyasına addım atdınmı, qayıdıb çıxmaq qeyri mümkündür. Hara gedirsən get, xeyri yoxdur, başın daşa-divara dəyir.... Eləsi də var o qədər safdır ki, heç kim bu saflığa inanmır. "Necə yəni, insan da bu qədər saf ola bilər?..." Eləsi də o qədər kinli və bicdir ki, hamı tərəfindən sevilir.... Doğrudan qəribədir...

Dördüncü 5 hərfli ünsür-HƏYAT...

Həyat maraqlı təzadlarla doludur. Tanrının biz insanlara bəxş etdiyi hədiyyə, verdiyi həyat. Etik normalara göre, verilən hədiyyə geri qaytarılmaz. Amma təəssüf ki, onlara verilən hədiyyəni qaytarmaq istəyən, bəzən isə gözünü qırpmadan geri verən insanlar da var. Halbuki bu, ağlımızın ucundan belə keçməməlidir....

Beşinci 5 hərfli ünsür-DÜNYA.....

Dayanmadan fırlanan dünyamızda bizə müvəqqəti olaraq verilən hədiyyədir. Onu heç sevmirik. Uşaq ikən oyuncaqlarımızla oynayıb çirkləndirirdik, sonra gözdən düşən həmin oyuncaq ya atılır, ya da unudulurdu. Dünya ilə də belə rəftar edirik. Halbuki dünya bizim oyuncagımız deyil, o bizə müvəqqəti verilib. Axı bizim olmayan bir şeylə bu cür rəftar etmək düzgün deyil!...


Şərhlər:
Baxılıb: 1792
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz