Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəzzafinin intim köləsi danışır...
Qəzzafinin intim köləsi danışır...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1692
Səs ver:

http://imgs.su/tmp/1321640629-656.jpg

 

Le Monde-a istinadən bilğdirir ki, 22 yaşlı Safiyə adlı liviyalı gözəl Müəmmar Qəzzafinin paytaxt Tripolidəki Bab əl Əziziyyə iqamətgahında illərlə əsir saxlanıb.
O, Qəzzafinin intim köləsi olub, sürəkli olaraq təcavüz və işgəncələrə məruz qalıb.

9 yaşı olanda ailəsi Qəzzafinin doğma Sirt şəhərinə köçdüyü Safiyə, Liviya liderini liseydə görüb.

Safiyə 15 yaşında olanda onun oxuduğu liseyə Qəzzafi gəlib və ona çiçək verən gözəl qızı görərək onun sarayına aparılmasını əmr edib: "Qəzzafi məni görəndə diqqətlə baxdı, sonra mühafizəçilərinə "Bu, mənə lazımdır" dedi. Ertəsi gün evimizə hərbi geyimdə üç qadın gəldi. Çox sonradan bildim ki, onlar Qəzzafinin qadınlardan ibarət mühafizə dəstəsindəki zabitlər Səlma, Məbruka və Feyz imiş. Bu qadınlar anama "Qardaş Rəhbər qızınızı saraya dəvət edir. Orada qıza hədiyyələr veriləcək" dedilər. Onu qəhrəman sayır, rəhbər bilirdim və sözün açığı, Qəzzafi ilə danışacağıma, onunla tanış olacağıma çox sevinirdim. Saraya aparıldım və orada Qəzzafi gecə məni yanına çağırdı. Təcavüz etdi mənə. Səhərədək, dəfələrlə", - Safiyə ağlayaraq danışır.

62 yaşlı Qəzzafi sonra qıza bildirib ki, atasına hədiyyələr yollayacaq, maşın və ev verəcək.

Safiyə danışır: "Hər axşam məni alt paltarında Qəzzafinin yanına yollayırdılar. Orada rəqs etməli, lüt soyunmalı, axırda da Qəzzafi ilə yatmalıydım. Ağlayır, evə qayımaq istədiyimi deyirdim. Amma kim idi ki, mənə qulaq asan?! Məbruka isə dedi ki, evə qayıtsam, hamı mənə fahişə deyəcək".

Onun sözlərinə görə, həyatının kabus kimi beş ili Bab əl Əziziyyədə keçdi.
Dəfələrlə abort etdirilən, Qəzzafinin sadist hərəkətlərindən sürəkli qanaxmalar keçirən Safiyə təki sarayda daha 20 qadın varmış. Onlar da "Qardaş Rəhbərin hərəmləri" sayılırdılar.

Safiyə danışır: "Qəzzafi kokain düşkünü idi, əməlli-başlı narkoman idi. Mənə də zorla narkotik maddələr verdirirdi və bir dəfə dozanı bilərəkdən artırdığı üçün xəstəxənaya aparılmışdım. Saraya eyş-işrət gecələrinə dəvət edilən qərbli modellərə ovuc-ovuc pullar verirdi. Bizi də o gecələrə çağırırdılar. Bir dəfə məni həmin gecədə iki Afrika liderinə "hədiyyə" etmişdi. Qəzzafinin ailəsi, arvadı, oğulları və qızları sarayda yaşayırdılar. Amma Müəmmar Qəzzafiyə təbii ki, kimsə bir söz deyə bilməzdi".

Safiyənin sözlərinə görə, Qəzzafi ona sonda hərbi forma geyinərək sarayda qarovula qatılmağı əmr edib. Amma dodaqlarına pomada sürtdüyünü görəndə, əvvəlcə Qəzzafinin özü, sonra da oğulları Safiyəni vəhşicəsinə döyüblər.

Saraydan qaçmaq üçün dəfələrlə cəhd göstərən Safiyə, növbəti dəfə abort əməliyyatına aparılanda klinikadan qaçmağı bacarır.

Onu ailəsi dərhal Fransaya göndərir.

Safiyə sonradan Tunisə yollanıb, orada ərə gedib.

Əri Liviyada üsyan başlayanda Misrata şəhərinə gedib, orada ağır yaralanıb.

22 yaşlı Safiyənin indi sanki 40 yaşı var. O, danışdıqca ağlayır, qara yaylığının küncü ilə göz yaşlarını silir.

Tripolidəki otellərdən birində reportyorla danışan Safiyə, həyatının "Qəzzafili illəri"ni xatırlamağın çox ağır, dözülməz olduğunu deyir.

"Qəzzafinin həyatının son anlarını, öldürülməsini görəndə elə sevindim ki. Amma sonra təəssüfləndim. Bu qəddar cəlladın məhkəməsinin keçirilməsini, onun bütün əməllərinə görə cavab verməsini arzulayırdım. Onun qarşısında dayanıb "Mənə niyə əzab verdin?!" soruşmaq istərdim", - Safiyə deyib.



Şərhlər:
Baxılıb: 1692
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz