Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məsumluq
Məsumluq
Göndərən: NUR
Şərhlər:
Baxılıb: 726
Səs ver:
Tena səhər yeməyi hazırlayırdı,mən də yemək otagında pəncərənin qabağında dayanıb söyüd çəpərin arxasında səhər günəşinin Texas dumanı arasında süzüldüyünə tamaşa edirdim.Üç yaşlı qızımın Bekki arxa həyətdə oynayırdı, bütün diqqəti iki zığ-zığ quşunun çıxardığı oyunlarda idi.
Mən elə bil özümə gəldim.Cığırın üzərində elə bil qorxunc,eybəcər,formasız nə isə sürünürdü.Səhər tam açılmadığından o daha çox keçmişdən gələn yırtıcıya bənzəyirdi.Bu nəhəngin əyri uzun dişləri,qövsşəkilli belində hündür cod qılıncı var idi.Axır ki,mən onun nə olduğunu anladım.Cənub qərb çöllərinin azğın vəhşi donuzu.
Onun hardan peyda olduğunu,sıx əhalisi olan rayona necə girdiyini düşünməyə vaxtım yox idi:heyvan asta-asta qabağa gəlir,xortuldayır,fınxırır,burnu ilə torpağı eşirdi.Mən Bekkiyə evə girsin deyə qışqıra bilərdim,amma artıq gec idi.Onlar bir-birini eyni vaxtda gördülər.Xortultunu qorxuducu uğultu əvəz elədi.Burnunun ucu torpağdan bir düyüm yuxarı idi,balaca parıldayan gözləri qızıma zillənmiş,dörd kök ayaqlar hücuma hazır vəziyyətdə dayanmışdı.
Mən silah götürmək üçün ikinci mərtəbəyə cumdum,amma çata bilməyəcəyimi anladım.Hipnoz olmuş kimi,məndən bir neçə metr aralıda olan dramı izləyirdim.
Bekki heyvana tərəf gedir,əllərini qabağa uzada-uzada öz dilində nə isə danışırdı.Donuz yerində dayanmışdı,uğultusu indi daha qorxuducu idi.Mən onun qorxunc qılıncına və hamısı bir boyda olan iti dişlərinə baxırdım.Bu qılıncın elə bircə zərbəsi insana kifayət edərdi.
Mən arvadımı çağırmaq istəsəmdə,məni nə isə saxladı.Əgər o pəncərədən boylanıb qışqırası olsaydı,zəncirvari reaksiya gedir,sonu faciə ilə bitərdi.
Bekki iə heyvan bir-birini görəndə onların arasında bir neçə addım olardı,indi isə qızım donuzu dilə tuta-tuta bu məsafəni azaldırdı.Bekki əlini aşağı salmadan heyvan yaxınlaşdı.O,bir əlini donuza uzadıb onun sərt,cod qulağlarını sığallamağa başladı.Uğultulu donqultunu dərin bir səs,demək olar ki,mıriltı əvəz etdi.Mənə nədənsə güclü mühərrikin boş işləməsini xatırlatdı.Donuz etiyatla nəm yumru burnunu onun topuğunda gəzdirməyə başladı.İnanılmaz olsa da,deyəsən heyvan ona göstərilən diqqətdən xoşlanmışdı,artıq nəbzim normallaşmağa başladı.Qorxunc heyvanın hissiyatı bu balaca uşaqdan ona zərər gəlməyəcəyini anlamışdı.
Hər şey başladığı kimi də qəfildən bitti.Bekki birdən dönüb evə qayıtdı.Donuz sanki qısa sürən sevgi bayramının başa çatdığını anladı və yoluna dəvam etdi.
Qızım evə girib mənə yaxınlaşdı.
-Yaxşı it idi,ata,-qayğısız halda dedi.
 
Müəllif: Henri N.Fergyuson.


Şərhlər:
Baxılıb: 726
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz