Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kitab oxumayaq, "Facebook"da vaxt öldürək!
Kitab oxumayaq,
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 631
Səs ver:
Vaxt azlığı bir problemdir. Hamı vaxtın azlığından şikayət edir. İşləyən də, işləməyən də. Tələbə də, müəllim də, fəhlə də.

Vaxt olanda oxuyarıq!
Bizim dəqiq vaxt bölgümüz yoxdur. Eşitmisinizmi ki, bir adam vaxt azlığına görə teleseriala, ya da futbola baxmadığından şikayət edə? Mümkün deyil. Amma həmin o adam "vaxt azlığından” qəzet oxumur, kitab oxumur. Tez-tez görərsiz, adamlardan soruşanda ki, "asudə vaxtınızı necə keçirdirsiz” belə cavab verirlər: kitab oxuyuram. Amma o adama izah etmək gərəkdir ki, kitab oxumaq üçün asudə vaxta ehtiyac yoxdur.

Kitab oxumaq bir borcdur, onu "asudə zaman”da etməzlər.
Sosiologiyada dar bir ixtisas var: Asudə vaxtın sosiologiyası. Onunla ötəri tanışlıq göstərir ki, "asudə vaxt”dan istifadə edilməsində fərqlər ölkələrin inkişaf tempinə uyun gəlir.

Yəni inkişaf etmiş ölkələrin insanları vaxtlarını daha yaxşı keçirirlər, nəinki az inkişaf etmiş ölkələrin. Məşhur türk yazıçısı Əhməd Altan da bu məqama işarə vuraraq yazır: "Almandan bir görüş istəyəndə deyir ki, çərşənbə günü saat 13.45-də görüşək. Türkdən görüş istəyəndə deyir ki, sabah günortadan sonra zəngləşərik”.

Korrekt olmamaq hər zaman vaxt itkisinə səbəb olur.
Bəli, Azərbaycanlı üçün kitab oxumağa vaxt yoxdur. Teatra getmək üçün vaxt yoxdur. Amma toya getməyə vaxt var. Amma çayxanada oturmağa vaxt var. Amma televizora baxmağa vaxt var.
Məsələ heç də vaxtın azlığında da deyil. Bütün dünyada bir gün 24 saatdır. Onlar bu 24 saatda neynirlər, biz neynirik.

Ağrılı fərq
Mənimlə yaşıd olan fransız, ispan, alman dostlarım var. Yaradıcılıqla da məşğul olmurlar, orta səviyyəli, universitet təhsilli gənclərdir. Çantalarında həmişə kitab olur. Klassikləri yaxşı bilirlər, çağdaş ədəbiyyatdan məlumatlıdırlar. Öz dillərindən əlavə ingilis dilini də bilirlər. Azərbaycan dilini də öyrənməyə çalışırlar.
Mən onlara izah edəndə ki, "Azərbaycan dilini bilsəniz, Türkiyə türkcəsini də rahat anlayacaqsınız”, daha həvəslə bu işə girişdilər.
Onlara baxıram, bir də gününü, müxtəlif tanışlıq satlarında "odnoklassik"də, "facebook"da səmərəsizcəsinə keçirən, futbola baxıb saatlarla boğaz yoran öz gənclərimizə.
Azərbaycandakı vəziyyəti izah edən bir nəticəni də özüm üçün çıxardıram.

Hərəyə öz vaxtı
Hərə bir ixtisas yiyəsidir və dünyadakı çap edilən bütün kitabları da oxumaq məcburiyyətində deyil. Lakin hər kəs öz ixtisasında təkmilləşməlidir. Adam var, filologiya məzunudur, amma yeni çıxan kitablardan xəbəri yoxdur. Adam var, iqtisad məzunudur, böhran haqqında taksi şoferi kimi danışır. Adam var, dindardır, amma islamdan xəbəri yoxdur, Babəklə fəxr edir. Bütün bunlar vaxtı amansızcasına xərcləməyin nəticəsidir.
Futbola, teleseriala xərclənən vaxtın onda biri qədər vaxt oxumağa xərclənmir. Nəticədə çoxları ixtisasını da bilmir.
O ki, qaldı ümumi mədəni səviyyələri ola, Hüqonu, Dostoyevskini oxuyalar, Nitsşedən xəbərdar olalar...

Zaman pulsuzdur, amma puldan qiymətlidir!
Zamanı pulla almaq olmaz. Onu uzatmaq olmaz. Zamanı pul kimi yığmaq olmaz. Zamanı saxlamaq olmaz. Zaman bir çay kimi axıb gedər, ona baxıb şeir də yazmaq olar, balıq tutmaq da. Ən pisi isə ona arxa çevirməkdir.


Şərhlər:
Baxılıb: 631
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz