Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sehr nədir, şeytanların məlumatı, yoxsa?
Sehr nədir, şeytanların məlumatı, yoxsa?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1318
Səs ver:
http://imgs.su/tmp/1321450489-656.jpg

«Sehr nəticəsində kişi öz arvadına, yaxud arvad öz kişisinə nifrət edir və bu da onların ayrılmasına gətirib çıxarır»


Sehrin hansı tarixdən yaranması haqqında çox bəhslər olub. Lakin demək olar ki, sehr hələ çox qədim zamanlardan insanlar arasında meydana gəlməyə başlayıb və onun dəqiq tarixi məlum deyil. Sehr bəzən gözbağlıca və hoqqabazlıq kimi olur və bəzən də psixoloji və xəyali təsir bağışlayır. Sehr Quranda üç mənada təqdim olunub:

1. O xəyallar ki, həqiqətdən uzaqdır, hoqqabazlıq kimi.

2 . Şeytanların məxsusi yollardan cəlb edilib onlardan kömək istəmək.

3. Başqa mənası hamının təxmin etdiyidir və o da bəzi vasitələrlə mövcudatların şəklini və mahiyyətini dəyişdirməkdir. Məsələn, insanı sehrin vasitəsilə heyvana çevirmək. Bütün bunlar bir növ xəyaldır və həqiqət deyildir. Sehrlə və cadu ilə məşğul olmaq Allahın bəyənmədiyi əməllərdən sayılır: "Allahın insanlara verdiyi bu azadlıq və ixtiyar onların imtahan olmalarının bir vasitəsidir..."

"Təsviri-nümunə"yə əsasən qədim dövrlərdə Babil şəhərində sehr elmi özünün ən yüksək zirvəsində idi. Allah Təala iki mələyi insan cildində yer üzərinə göndərir. Bu mələklər insanlara sehrin ziyanını və batil bir əməl olduğunu bildirməli və insanları sehrdən qorumalı idilər. Ancaq bu mələklər sehirbazların sehrini batil etmək üçün sehri də açıqlamalı olurlar ki, bunun vasitəsilə sehrə qalib gələ bilsinlər. Bu da ona səbəb olur ki, bir qrup insan sehirbazların sırasına qoşulsunlar və insanlar üçün yeni narahatlıqlar yaratsınlar. Sehrbazlar Allahın izni olmadan heç kimə zərər vura bilməzlər. Bu o mənada deyil ki, cəbr vardır. Xeyr, bu tövhidin üsullarından birinə işarədir. Yəni, bu dünyada olan bütün qüdrətlər İlahi qüdrətdən bəhrələnir. Hətta alovun yandırmaq qüdrəti, qılıncın kəsmək qüdrəti belə onun əmri ilə olur. Bu belə deyil ki, sehrbaz Allahın iradəsinin əksinə olaraq, yaradılışa təsir göstərsin. Və bu belə deyil ki, Allahın hökumətini məhdudlaşdıra bilərlər, bunlar bəzi təsirlər və xüsusiyyətlərdir ki, Allah müxtəlif varlıqlarda onu qərarlaşdırıb. Bəziləri ondan yaxşı işlər üçün istifadə edir və bəziləri də sui-istifadə edirlər. Allahın insanlara verdiyi bu azadlıq və ixtiyar onların imtahan olmalarının bir vasitəsidir.

Bunu demək olar ki, sehr çox qədim zamanlardan insanların arasında yayılıb. Ancaq onun dəqiq tarixi əlimizdə yoxdur. Sehrə tərif verəsi olsaq, deyə bilərik ki, sehr qeyri-adi əməldir ki, insanlara öz təsirini qoyur. Bəzən gözbağlıca formasında olur, bəzən də psixoloji və xəyali olur. Quranın bəzi ayələrindən görmək olur ki, bəzi sehrlər həqiqətən təsir qoyur. Belə ki, bəzi ayələrdə deyilir ki, onlar sehr vasitəsilə ərlə arvad arasına ayrılıq salırdılar.

Bəs sehrlər ancaq psixoloji təsir qoyur, yoxsa cismi təsiri də vardır?

Bəziləri bu fikirdədirlər ki, sehrin ancaq psixoloji təsiri vardır. Bunu da qeyd etmək lazımdır ki, bəzi sehirbazlar kimyəvi maddələrdən istifadə edərək, sadəlövh insanları aldadırdılar.

Bu gün də elə bir elm mövcuddur ki, sehrbazlar keçmişdə ondan istifadə edərək, sehrlərini göstərərdilər.

Xüsusi kimyəvi maddələrdən istifadə edərək. Belə ki, Musa (ə) haqda gələn dastanda deyildiyi kimi onlar kimyəvi maddələrdən istifadə edərək, əsanı ilan kimi hərəkətə gətirərdilər.

Əlbəttə kimyəvi maddələrdən istifadə etmək heç bir zaman qadağan edilməmişdir. Onlar haqda daha çox məlumat toplayıb, öyrənmək lazımdır. Ancaq onlardan insanları aldatmaq məqsədilə istifadə edilərsə, sehrin bir növü hesab edilər.

Hipnozdan, telepatiyadan istifadə etmək.

Əlbəttə, bu elm də müsbət elmlərdən hesab edilir. İnsan həyatının müxtəlif sahələrində faydalı şəkildə istifadə edilə bilər. Ancaq sehrbazlar ondan sui-istifadə edərdilər və insanları qorxutmaq və aldatmaq üçün istifadə edərdilər. Əgər bu gün də sadəlövh insanlar qarşısında ondan istifadə edilsə, sehr hesab edilər.

ehr, sehrləndirilən adama, onun qəlbinə və yaxud ağlına dolayı yolla təsir etmək üçün sehrbazın dediyi və ya yazdığı söz və yaxud da etdiyi şeydir.

Sehrin zərəri və onun haram edilməsinin gözəllikləri:

Sehr, şeytan ilə sehrbaz arasında olan bağlılığın nəticəsidir. Bunların hər ikisi pis nəfslərdir və onlar öz məqsədlərinə nail olmaq üçün əlbir olublar. Tamahının həddi olmayan pis nəfsdən cəmiyyət üçün nə fayda olar? Ona görə də sehr, cəmiyyət üçün böyük təhlükədir və dağıdıcılıqdır. İndi isə bu təhlükələrin bəzilərinə nəzər salaq:

Sehr insanın bədəninə və ağlına təsir edir.

Sehr olunmuş adama qarşı düşmənçilik edilmişdir. Bu sehr onu

öldürə, yaxud ağlına və ya bədəninə xələl gətirə bilər. Nəticədə insan və onun yaşadığı cəmiyyət zərər çəkər.

Sehrbaz əməlini uzaqdan etdiyinə görə, dünyada öz cəzasını çəkmir. O bu əməli ilə, cinayət törədib sonra tapılmayacağından əmin olub gizlənən cinayətkara bənzəyir. Belə cinayətkar cəzalanmayacağına arxayın olaraq çoxlu fəsad törədər. Sehrbaz da bu dünyada cəzalanmayacağına arxayındır. Ona görə də onun şəri və fəsadı yer üzündə çoxalır və insanlar şərin haradan gəldiyinin fərqində olmurlar.

Allah təala buyurur:

"Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər..." (əl-Bəqərə: 102).

Sehr hərtərəfli ziyandır. Onun heç bir xeyirli tərəfi yoxdur. İlk zərər çəkən sehrbazın özüdür. Çünki o, özünü düşməni olan iblisə tabe etmişdir. İblis onun üçün yalnız şər istər. İnsan bu gözəgörünməz düşməni görməkdə acizdir. Sehrbazın başqalarına verdiyi zərər isə açıq-aşkardır.

Sehr, tikilmiş evlərin yıxılmasına səbəbdir. O, mehriban insanları və ailələri parçalamağa qadirdir. Bu yalnız sehr əməli ilə mümkündür. Onun nəticəsində kişi öz arvadına, yaxud arvad öz kişisinə nifrət edir və onların ayrılmasına gətirib çıxarır. Bu haqda Allah buyurur:

"(Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər..." (əl-Bəqərə: 102).

Ailələrin dağılması cəmiyyətdə fitnə-fəsadın çoxalması deməkdir.

Sehr, insanların dərrakəsini xurafat və mövhumatçılığa qaytarır. Çünki sehr elm üzərində qurulmamış və bəlli yollarla təcrübədən keçmiş üsullardan ibarət deyildir. Əslində sehr sehrbazın gizli yollarla, şeytan vasitəsi ilə əldə etdiyi məlumatlardır. Bu fəslə insanların cahilliyindən istifadə etmək istəyən hər yalançı daxildir. İnsanlar problemlərini həll etmək üçün doğru yollardan və maddi səbəblərdən istifadə etmək əvəzinə, qəlblərini sehrbazlara, baxıcılara və falçılara bağlayırlar. Bu fırıldaqçıların işləri yalnız insanların dərdlərinin üstünə dərd qoymaq və onların mallarını mənimsəməkdir. Eyni zamanda insanlara yanlış fikirlər aşılamaqla onları dinlərindən uzaqlaşdırır və mallarına sahib çıxırlar.

Əslində sehrbaz muzdlu qatildir. O, pulun əvəzində hansısa evi dağıtmağa, ər-arvadı ayırmağa, ailə üzvlərində müvəqqəti xəstəliklər göstərməyə razılıq verir. Ailə bu problemləri həll etmək üçün müəyyən çətinliklər, tibbi müalicə və müayinələr ilə qarşılaşırlar. Bütün bunlar sehr olunmuş adamın nəfsinə pis təsir göstərir və eyni zamanda onun malı və bədəni tələf olur. Hətta bəzi hallarda sehr ölümlə nəticələnir. Yaxud sehr, sehrlənmiş adamı həddindən artıq üzür və nəticədə onun ölümünə və ailə üzvlərinin əzab-əziyyətinə səbəb olur. Dünya malına görə edilən bu əməl əsl cinayətdir.

Bu təhlükəli zərərlərə və müxtəlif şər əməllərə görə İslam dini sehrin haramlığını bildirmiş, sehrbazın isə kafir olduğunu və onun cəzasını ölüm hökmü etmişdir.



Şərhlər:
Baxılıb: 1318
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz