Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünya gözəllərinin ən böyük eyibləri - Fotolar
Dünya gözəllərinin ən böyük eyibləri - Fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1938
Səs ver:
Bir çoxlarımıza elə gəlir ki, tanınmış insanlar öz gözəlliklərindən əmindirlər. Lakin bu, heç də belə deyil. Məşhurlar da bizim kimi insandırlar və onların da qüsurları var. Tanıdığımız və hətta pərəstiş etdiyimiz insanların öz qüsurları haqda söylədikləri fikirlər maraqlıdır.

Elə bilirsiniz ki, Ancelina Colinin qüsuru yoxdur? Gözəl ulduz hər kəsin ağlını başından alan dodaqlarını özü o qədər də bəyənmir. Çünki Coli dodaqlarının üzərində həddindən artıq xətt, yəni dodaqlarının çox qırışıq olduğunu düşünür.

Megan Foks cazibədar baxışları ilə çoxdan seksual ulduz statusunu qazanıb. Lakin ulduzun baş barmaqları digərlərinə görə çıx qısa və toppuşdur. O, genetik səbəbdən meydana gələn bu qüsurdan şikayətçi deyil. Aktrisa "Barmaqlarım ən böyük qüsurumdur, amma onları çox sevirəm”, - deyir.

Azra Akın özünün qıyıq gözlü və iri dişli olduğunu düşünür. Amma bu, əlbəttə, onun öz fikridir. Azra Akını sevənlər onun bu xüsusiyyətlərini qüsur olaraq belə görmürlər.

Son bir neçə il ərzində  Madonnanın əllərinin deformasiyaya uğramasına baxmayaraq, onları gizlətməyi lazım bilmir.

Beren Saat nə qədər qüsursuz və məsum görünsə də, belə deyil. Məsum və saf gözəlliyi ilə hər kəsin qəlbinə yol tapan aktrisanın iki dişinin ortası aralıdır.

Sandra Ballok "Özümə gözəl deyə bilmərəm. Gülüşüm isə kaftar səsinə və ya insan xorultusuna bənzəyir. Hollivuda gələndə mənə burnumun formasını dəyişmək və saçlarımı rəngləmək tövsiyə olundu”.

Skarlet Yohansson seks-simvol adına layiq görülsə də, öz görkəmindən razı deyil: "Çalışıram görkəmimlə kimisə narahat etməyim. Amma görünür, hər şey əhvali-ruhiyyədən asılıdır. Bəzən istəyirəm gözlərimin forması fərqli, burnum daha balaca, boyum hündür, bədənim isə qamətli olsun. Seks-simvol olsam da, ayaqlarım əyridir”.

Tilda Suinton zarafatla çirkin olduğu üçün məşhurlaşdığını deyib: "Hündür və makiyajsız olduğum üçün liftdə, küçədə, hava limanında mənə səhvən "cənab” deyərək müraciət edirlər. Onların heç təsəvvürünə belə gəlmir ki, "cənab” dedikləri varlıq qadın ola bilər”.

Culiya Roberts "Gözəlçə” filmi ilə milyonların sevgisini qazansa da, güzgüdə kök və gözünün altı şişmiş qadın gördüyünü etiraf edib.

Bəs, Viktoriya Bekhemin şəkil çəkdirərkən nəyə görə heç bir zaman gülümsəmədiyini bilirsinizmi? Sən demə, o, ictimaiyyət qarşısında gülümsəməkdən utanır. Gülümsəyəndə Viktoriya çox çirkin görünir. O, həmçinin gülərkən üzündəki qırışları da büruzə verməkdən çəkinir.

Şakiranın kliplərinə baxanda seks-simvolun öz bədənini sevdiyini düşünə bilərsiniz. Lakin müğənni özü etiraf edir: "Öz bədənimdən çox utanıram. Yalnız qarnımı çöldə qoya bilərəm”.

Keti Perri uşaqkən sinəsinin balaca qalacağından qorxurdu. Buna görə də o, Allaha dua edib: "Allaha yalvardım ki, gün o gün olsun, sinəm o qədər iri olsun ki, çarpayıda uzanarkən sinəmin iriliyindən ayaqlarım görünməsin”. Görünür, onun duası həyata keçib".

Aktirsa Kameron Diaz da sinəsi rahatlıq vermir: "Mən hər gün sinəmə toxunuram ki, bəlkə, az da olsa böyüyüb. Amma əbəs yerə, onlar əvvəlki kimi balacadır”.

Aktirsa Kira Naytlinin bədən formasına bir çox qızlar həsəd apara bilər, lakin o, öz arıqlığından utanır: "Jurnallar yazır ki, indiki dövrdə qarnını göstərmək dəb deyil. Maraqlıdır, o zaman mən nəyimi göstərim? Sinəm heç yoxdur axı”.

Model Keyt Apton isə sinəsinin iriliyindən narahatdır: "Hər zaman balaca sinə arzulamışam. Qısa köynəklər geyinmək və büstqaltersiz gəzmək istəyirəm”.

Selena Qomez öz bədən formasını bəyənsə də, qulaqları onu çox narahat edir: "Bilmirəm, fikir vermisiniz, ya yox, amma mən hər zaman qulaqlarımı saçlarımın arxasında gizlətməyə çalışıram”.

Alt paltarı defilələrinin axtarılan adı məşhur model Karolina Kurkovanın göbək dəliyi yoxdur. Körpə ikən keçirdiyi əməliyyat sonrası qarın bölgəsinin görüntüsü dəyişən Kurkova buna baxmayaraq, onunla barışıqdır. Məşhur model göbəyinin görünüşünü gizli saxlamaq əvəzinə, mərdliklə nümayiş etdirməkdən çəkinmir.

"Böyük şəhərdə seks” adlı filmdə baş rolda çəkilən Sara Cessika Parker şux çiyinləri ilə fəxr etsə də, ayaqlarına bunu aid etmək olmaz. Aktrisanın ayaqları həqiqətən də çox çirkindir. Kişi ayaqlarına bənzəyir desək, yanılmarıq.

Dünyanın məşhur top-modeli Klaudia Şiffer ilk baxışda gözəl görünsə də, bir neçə qüsurları var. Onun ayağının baş barmağında dırnağı demək olar ki, yoxdur. Lakin top-model bunu böyük ustalıqla gizləyə bilir. Dırnağın üzərinə müxtəlif qaşlar və aksessuarlar yerləşdirir. Beləcə həm fərqli görünür, həm də ki, qüsurunu örtə bilir.

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 1938
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz