Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maddə haqqında 10 maraqlı fakt
Maddə haqqında 10 maraqlı fakt
Göndərən: ayka
Şərhlər:
Baxılıb: 737
Səs ver:
1. Dünyada yaşadığımız bütün hadisələr, insanlar, binalar, şəhərlər, avtomobillər, qısacası, həyatımız boyunca gördüyümüz, tutduğumuz, toxunduğumuz, iylədiyimiz, daddığımız, dinlədiyimiz heç bir şeyin əsli ilə təmasda olmuruq. Biz yalnız beynimizdə meydana gələn görüntü və hisslərlə təmasda oluruq.

2. Bütün həyatımız boyu beynimizdə meydana gələn görüntülərlə təmasda olduğumuza görə, bu görüntüləri beynimizdə meydana gətirən kimdir? Beynimizdə yaranan bu görüntüləri beynimizin içində gözü olmadan izləyən və izlədiklərindən zövq alan, sevinən, həyəcan duyan RUHDUR.

3. Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısası, gördüyümüz hər şey, Quranda Allahın yoxdan xəlq etdiyini bildirdiyi hər varlıq yaradılmışdır və mövcuddur. Ancaq insanlar bu varlıqların əsllərini duyğu orqanları vasitəsilə görə bilmir, hiss edə bilmir. Görüb hiss etdikləri isə mövcud varlıqların beyinlərindəki nüsxələridir. Bu, elmi həqiqətdir və bu gün başda tibb fakültələri olmaq üzrə, bütün məktəblərdə tədris olunan elmi mövzudur.

4. Pəncərədən çöldəki mənzərəyə baxan bir insan, əslində, çöldəki deyil, beynindəki mənzərəyə aid görüntünü izləyir. İnsanın gözünə düşən işıq gözdəki hüceyrələr tərəfindən elektrik siqnalına çevrilərək beyinin arxasındakı görmə mərkəzinə çatır. Beləliklə, beynimizin içindəki "şüur" beyinə gələn elektrik siqnallarını mənzərə hesab edir.

5. Bir kitabın əslinə heç bir zaman toxuna bilməzsiniz. Pəncərədən çöldəki mənzərəyə baxan insan, əslində, çöldəki deyil, beynindəki mənzərəyə aid görüntüyə tamaşa edir.

6. Biz gözlərimizlə görmürük. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrəmiz yalnız görmə hadisəsinin reallaşması üçün beyinə mesaj çatdıran kabel vəzifəsini icra edir. Bir cisimdən gələn işıq göz linzasından keçir və gözün arxa tərəfindəki retinanın üzərində tərs və iki ölçülü görüntü yaradır. Retinadakı konus hüceyrələr bəzi kimyəvi əməliyyatlardan sonra bu görüntünü elektrik cərəyanına çevirir. Bu elektrik cərəyanı göz sinirləri vasitəsi ilə beynin arxa qismində yerləşən görmə mərkəzinə aparılır. Beyin isə bu gələn siqnalı üç ölçülü görüntü halına gətirir.

7. Beyinin yerləşdiyi yer qapqaranlıqdır, bu səbəbdən, beyinin işıqla təmasda olması əsla mümkün deyil. Ancaq siz möcüzəvi bir şəkildə bu zülmət qaranlıqda işıqlı, tərtəmiz bir dünyanı izləyirsiniz. Rəngarəng təbiət, al-əlvan mənzərə, yaşılın hər tonu, meyvələrin rəngi, çiçəklərin naxışları, günəşin parıltısı, izdihamlı bir küçədəki bütün insanlar, sürətlə gedən maşınlar, ticarət mərkəzindəki yüzlərlə çeşid paltarlar da daxil olmaqla, hər şey bu zülmət qaranlıq yerdə meydana gəlir.

8. Dennet beyin haqqında yazdığı bir kitabında rənglərin meydana gəlməsi isə bağlı bunları bildirir: "Dünyada rəng yoxdur; rəng yalnız baxan insanın gözündə və beynində meydana gəlir. Obyektlər işığın fərqli dalğa uzunluğunu əks etdirirlər, ancaq bu işıq dalğalarının rəngi yoxdur”. (Daniel C Dennett, Brainchildren, Essays on Designing Minds, s. 142)

9. Böyük zalda bütün diqqəti ilə bir mühazirəni dinləyən insanlar natiqin ağzından çıxan hər səsi eşitdiklərini zənn edirlər. Natiq də eyni əminliklə düşüncələrini izah edir və dinləyicilərin özünü eşitdiyini fikirləşir. Halbuki, həqiqət bundan çox fərqlidir və o anda zaldakı heç kimin fərqində olmadığı, fövqəladə bir möcüzə reallaşır. Mühazirəni söyləyən adam beynindəki dinləyicilərə nələrsə izah edir, eyni şəkildə, dinləyicilər də izah edilənləri beyinlərində qulaq asırlar.

10.
Ətrafımızda gördüyümüz hər şey daxil olmaq üzrə, sahib olduğumuz bədənimiz, əlimiz, qolumuz, üzümüz kölgə varlıq olduğu üçün beynimiz də kölgə varlıqdır. Elə isə görüntü olan bir varlığın görüntü meydana gətirdiyini deyə bilmərik. Ruhumuza bütün görüntülüəri göstərən, bütün səsləri eşitdirən, ruhumuzun zövq alması üçün bütün dad və qoxuları yaradan, bütün aləmlərin Rəbbi, hər şeyin yaradıcısı Allahdır.


Şərhlər:
Baxılıb: 737
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz