Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cəsədi tapılmış bir qızın çantasındakı məktub
Cəsədi tapılmış bir qızın çantasındakı məktub
Şərhlər:
Baxılıb: 4151
Səs ver:
"Ana, bu gün qərara gəldim ki, sənə bu məktubu yazım. Bilirsənmi ana bilmirəm məktubumu necə qəbul edəcəksən. Yadıma məni baxçaya gətirərək? Qızım axşam gəlib götürəcəyəm səni burdan- deyərək əllərimi buraxmağın düşdü. Amma çox keçmədi ki qaçaraq yanıma gəlib mənə sarıldın, bağışla quzum mənim, bağışla məni? deyib ağladın. Həmin gün sənə son kəs sarıldığım an oldu. Anlamırdım bunu nədən etdiyini. Sakitcə durub elə ağlamağına baxırdım. Ana bir bilsəydim, bir anlasaydım o an səni heç buraxmazdım əlini, lakin o an elə balaca idim ki, elə köməksiz idim ki, düşünmürdüm ki sənə nəfəs qədər ehtiyac duyan bircə balanı atıb gedərsən. Ana sən getdin, axşamadək elə ancaq qapıya baxdım, hər saniyə gözləyirdim ki indi qapı açılacaq və sən daxil olacaqsan. Amma olmadı, gəlmədin... Niyə ana? Niyə məni buraxdın ki? Ana mən səni gözləyərkən baxırdım ki məndən əlavə hamı orada oynayır, sanki orada qalacaqdılar. Anlamırdım ki, ora baxça deyilmiş, ora sadəcə atılmış uşaqların yuvaları imiş. Gecə düşdü,hamı yatmağa gedərkən mən yenə səni gözləyirdim, qorxurdum...Böyük ana gəlib dedikdə ki , gözləmə,artıq o gəlməyəcək- o qədər ağlamışdım ki ana... Sənə elə ehtiyacım vardı ki... Zaman keçirdi, ancaq mən heç o yerə bağlana bilmədim, günlərcə böyüyürdüm və sənin məni buraxmağının səbəbini anlamaq istəyirdim. Al ınmırdı, bacarmırdım. Sənin çantama qoyduğun şəklinə baxırdım. Saatlarla baxırdım. Şəkilin arxasında Məni bağışla. Səni sevən anan yazılmışdı. Ana, axı bir övlad necə onu bu qədər suallar içində buraxan ananı bağışlaya bilsin ki? Bu gün 19 dekabr. Xatırlayırsansa mənim doğum günümdü. 18 yaşım tamam olur. Və bu gün artıq bu uşaq evindən buraxılacam. Amma bu mənim həyatımın son günlərim olacaq. Çünki sənsiz bu həyatımda bir məqsəd qura bilmədim. Ayaqda dayanmağa gücüm yox artıq. 13 il əvvəl dekabrayının 25ində məni atdın.. O tarix qara hərflərlə yazıldı mənim həyat səhifəmə. Bəli atıb getdin, düşünmədin bircə balamın həyatı necə qurulacaq, necə ayaqda duracaq o bu yüklə ki hətta anasına belə o artıq yük idi. Kimə lazımam ki indi ana? Sən buraxdınsa kim mənə ömrümün sonunadək sahib çıxacaq? Bilirsənmi buradan çıxan qızların sonu necə olur? Hamısı sadəcə satılır. Mində birinə kimsə sahib çıxır. Bəzən bizə biclərin uşaqları kimi baxırlar. Hamının bizə uşaq ikən yazığı gəlir, hər bayram hədiyyələr gətirirlər, ancaq böyüdükdən sonra hamı bizdən çəkinir. Niyə ana? Əlbət artıq buna cavab versən belə bir mənası olmayacaq. İndidə sən məni bağışla...

Əlvida


Şərhlər:
Baxılıb: 4151
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz