Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tələbələrin ən çox işlətdiyi yalanlar
Tələbələrin ən çox işlətdiyi yalanlar
Göndərən: S_E_M_A
Şərhlər:
Baxılıb: 1296
Səs ver:
Tələbələr bir-birilərini müdafiə etmək üçün hər cür yalan deyə bilərlər. Bu yalanlar çox təbii və hərdən də çox gülməli görünür.
Bəs tələbələrin ən çox işlətdiyi yalanlar hansılardır?
1. "Müəllim, qayıb yazmayın, indi gəlir”
Tələbənin ən yaralı yeri qayıbdır. Hətta bizə uşaq vaxtı deyilən "Filan şeyi sayma, azalar” misalı da qayıb mövzusunda gücsüzdür. Qayıb yeganə şeydir ki, saydıqca artır.
2. "Oxuduğumdan biri də düşmədi”
Bu hal, necə deyərlər, "başımıza gələndən sonra başmaqçı oluruq”. İmtahanda qəfil elə bilet düşür ki, hamısı zəif bildiyimiz mövzular olur. Qonşu tələbənin biletindəkiləri isə əzbər bilirik. Bunun sadəcə "şanssızlıq”dan adı yoxdur.
3. "O, uzaqda qalır”
Yenə qayıb dərdinin üstünə gəlirik. Qayıb yazdırmamağın başqa bir bəhanəsi də budur: "Müəllim o, uzaqda qalır, 3 avtobus dəyişir”. İstər-istəməz bunu eşidən müəllim əlini saxlamalı olur.
4. "Qrupun yeganə qızıdır”
Universitetlərdə elə fakültələr var ki, orda doğrudan da "qız qıtlığı” var. Hətta bəzilərində heç yoxdur. Qrupun tək qızı olmağın həm üstünlükləri var, həm də çatışmazlıqları. Qiymət yazılanda "tək” olmaq nə qədər xoşdursa, jurnal yazmaq, daşımaq da o qədər çətindir.
5. "Söz verirəm, gələn dərs danışacam”
Bu tələbəyə deyən lazımdır ki, axır-əvvəl onsuz da cavab verəcəksən, bunu vaxtında öyrən də. Tələbə həmişə azlığından-çoxluğundan asılı olmayaraq, "vaxt udmağı” böyük qazanc hesab edir.
6. "Kəsilən çox oldu”
İmtahan bitir, artıq təxminlərinə görə kəsilmisən. Bunu evdə bir cür açıqlamalısan. Ancaq bəhanə düşünürsən. Bu vaxt məlum olur ki, daha bir nəfər də kəsilib, yəni "sən tək deyilsən”. Əslində, onun yerinə sevinməsən də, hardasa təsəlli olur. Evdə deyiləcək sözümüz var artıq: "Kəsilən çox idi. Bu qədər çətin gözləmirdik”.
7. "Evdən zəng vururlar e, cavab verməliyəm”
Dərsdən 10 dəqiqəlik də olsun qaçmaq üçün "müəllim, evdən zəng vururlar e, olar çıxım?” bəhanəsi o qədər də uğurlu deyil. Müəllimlərin də tutarlı cavabları olur: "Evdə bilmirlər ki, sən dərsdəsən?”
8. "Yerliyik ki!”
Müəllimlə bir rayon, bir bölgədən olmaqdan yaxşı nə ola bilər? Bir dəfə belə rayona getməyən adamın bütün qohum-əqrəbası yadına düşür, cəmi bir neçə dəqiqəyə "qlamur tələbə” olur "rayon uşağı”.
9. "Bu, oxuyan uşaqdı e, müəllim”
Müəllimlər bu sözü ən çox qiymət yazılanda eşidirlər. Bu o deməkdir ki, bu uşaq imtahanda sizin üzünüzü qara etməz.
10. "Tapış”
"Tapış” sözünün mənasını hamı çox yaxşı bilir. "Tapşırılmış uşaq” olmaq universitetə "qızıl zənbillə” düşmüş deməkdir, onun üçün həmişə hava yaxşıdır, həmişə müəllimlər mələkdir.


Şərhlər:
Baxılıb: 1296
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz